Xəbər lentiwidget-title-icon

​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI

Akademik Milli Dram Teatrında ustad dərsləri keçiriləcək

Akademik Milli Dram Teatrında ustad dərsləri keçiriləcək

Rusiyanın məşhur pedaqoqları və aktyorları Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ustad dərsləri keçəcəklər.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Aleksandrinski Teatrının, Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə həyata keçiriləcək Aleksandrinski Teatr Məktəbi təhsil layihəsidir.

Layihə Sankt-Peterburq Dövlət Universiteti və Dövlət Səhnə Sənətləri İnstitutu ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

Ustad dərsləri “Müasir milli teatrda idarəetmənin əsasları” və “Müasir kontekstdə fəaliyyət” proqramları üzrə rus dilində əyani üç günlük intensiv proqramı əhatə edəcək. “Müasir milli teatrda idarəetmənin əsasları” proqramı menecment məsələlərini, “Müasir kontekstdə fəaliyyət” proqramı isə aktyor sənətini əhatə edir.

Qeyd olunan hər iki istiqamət üzrə dərsləri Sankt-Peterburq Dövlət Universitetinin, Dövlət Səhnə Sənətləri İnstitutunun müəllimləri və Aleksandrinski Teatrının mütəxəssisləri keçəcək.

“Milli teatrda menecmentin əsasları” proqramının 35 dinləyicisi nəzəriyyəni öyrənəcək və paralel olaraq 5-6 komandaya bölünərək ekspertlərin dəstəyi ilə öz yaradıcılıq layihələrini inkişaf etdirəcəklər. Daha sonra komandalar ekspertlərin qarşısında layihələrini müdafiə edib Sankt-Peterburq Dövlət Universitetinin proqramın mənimsənməsinə dair dövlət nümunəli şəhadətnaməsini alacaqlar.

“Aktyor sənəti müasir kontekstdə” proqramının 25 dinləyicisi isə nəzəriyyəni öyrənəcək, eyni zamanda, praktik məşğələlərdə iştirak edəcəklər. Yekunda proqramın mənimsənməsinə dair dövlət nümunəli şəhadətnamələr alacaqlar.

Layihə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçirilir. Layihənin rəhbəri Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanovdur.

Həmçinin layihə çərçivəsində Aleksandrinski Teatrı və Akademik Milli Dram Teatrı arasında Memorandum imzalanacaq, “Rus səhnəsinin seçilmiş obrazları” sərgisinin açılışı olacaq, 2024-cü ildə qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə ediləcək. Akademik Milli Dram Teatrı sentyabr ayında Sankt-Peterburqda keçiriləcək XV Beynəlxalq Teatr Festivalında çıxış edəcək. Aleksandrinsk Teatrı isə oktyabrda öz tamaşası ilə Bakıya qastrol səfərinə gələcək.

Ötən ilin noyabr ayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Akademik Milli Dram Teatrı IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunub. Forum çərçivəsində Aleksandrinski Teatrı ilə qarşılıqlı səfərlərin təşkili, o cümlədən “Milli Teatr Məktəbi” layihəsi çərçivəsində Bakıda ustad dərsləri və mühazirələrin keçirilməsi, mədəniyyət menecerləri üçün əyani üç günlük ixtisasartırma proqramı təşkili məsələsi müzakirə edilib və razılıq əldə olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər