VEX Robotics yarışmasının ölkə turnirinə qeydiyyat başlanıb

VEX Robotics yarışmasının VEX IQ və VEX V5 kateqoriyaları üzrə Azərbaycan turnirinə qeydiyyat başlanıb.
Təhsil İnstitutundan bildirilib ki, qeydiyyat www.steam.edu.az portalı üzərindən fevralın 13-ü saat 12:00-a qədər davam edəcək.
Ölkə turniri fevralın 23-24-də keçiriləcək. Qeydiyyat prosesində VEX IQ üzrə 10-15 yaşlı (mayın 1-nə qədər 16 yaşı tamam olmayan), VEX V5 üzrə 14-17 yaşlı (mayın 1-nə qədər 18 yaşı tamam olmayan) şagirdlərdən ibarət komandalar iştirak edə bilər.
Qeydiyyat bitdikdən sonra komandalara ətraflı məlumat veriləcək.



























