Xəbər lentiwidget-title-icon

“Jurnalistin Hüquqi Sərhədləri” mövzusunda təlim keçirildi
“Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik”
Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndərin məzarı ziyarət edib
Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib

Mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klas başa çatıb - FOTO

Mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klas başa çatıb - FOTO

Media Tәhlil Mәrkәzinin (MTM) Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA), ADA Universitetinin dəstəyi və MAS MMC-nin texniki köməkliyi ilə dövlət, qeyri-hökumət və digər təşkilatların mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil etdiyi üç günlük master-klas başa çatıb.

tehsilmedia.info xəbər verir ki, 3-5 may tarixlərində ADA Universitetində keçirilən beynəlxalq təlimin iştirakçıları müsahibәlәr yolu ilә fәrqli vә peşəkar müzakirәlәrә qoşulub, sosial media tәşәbbüslәrinin inkişaf etdirilmәsi ilә bağlı praktiki sessiyalarda iştirak ediblər. Master-klasın sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Serifikatların təqdimetmə mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Media Təhlil Mərkəzinin Baş direktoru Vüqar Xəlilov və Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov iştirak ediblər.

Təlimlə bağlı təəssüratlarını bölüşən Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova söyləyib ki, bu formatda ustad məşğələlərinin keçirilməsi rəsmi kommunikasiyanın daha peşəkar səviyyədə qurulmasına yardımçı olmaqla yanaşı, beynəlxalq standartlar və təcrübələrlə tanış olmağa imkan yaradır: "Bu tip master-klaslar mövcud fəaliyyətin daha da yüksək səviyyədə qurulmasına yardımçı olur. Bizə bu şansı yaratdığına görə Heydər Əliyev Mərkəzinə, Media Təhlil Mərkəzinə, Medianın İnkişafı Agentliyinə və ADA Universitetinə minnətdarlığımı bildirirəm”.  

Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev qeyd edib ki, təlimin əhəmiyyəti olduqca böyükdür. Onun sözlərinə görə, media ilə dövlət qurumları arasında düzgün kommunikasiyanın aktuallıq kəsb etdiyi və yeni yanaşmaların, yeni çağırışların ön plana çıxdığı bir dönəmdə qabaqcıl beynəlxalq media modellərinin öyrənilməsi, bu cür təlimlərin keçirilməsi bu sahədə professional mühitin yaranmasında mühüm rol oynayır: "Bu, həm də kommunikasiyaya məsul şəxslər kimi bizlərin praktik bilik və bacarıqlarımızı artırır. Əminəm ki, bu cür faydalı dialoq, mütərəqqi format ölkəmizdə yeni mərhələyə keçid almış media və kommunikasiya islahatlarına töhfə verəcək, müxtəlif qurumlar arasında kommunikasiya sahəsində ünsiyyətin dinamikliyini artıracaq, mediaya məsul şəxslərin kommunikasiya işində məsuliyyətini və bu sahədə media vasitələri ilə sıx işləmək bacarıqlarını, peşəkarlığını daha da təkmilləşdirəcək”.

AYNA-nın İctimaiyyətlə əlaqələr və media ilə iş departamentinin direktoru Pərvanə Əliyevanın fikrincə, təlimlər şəxsi inkişaf və müasir standartlara  cavab verən    idarəetmə bacarıqlarına yiyələnmək baxımından çox səmərəli olub: "Həm nəzəri, həm də praktik sessiyalarda beynəlxalq mütəxəssislər böhran vəziyyətlərinin effektiv kommunikasiyasında öz təcrübələrini bizimlə bölüşdülər. Ünsiyyət, informasiyanın təqdim edilməsi və kommunikasiya sahəsində müasir trendlərlə tanış olduq. Düşünürəm ki, təlimin praktik olması əldə etdiyimiz yeni biliklərin gündəlik işimizə tətbiqində faydalı olacaq. Şübhəsiz ki, indi öyrəndiklərimiz ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyətimizin keyfiyyətini daha da artıracaq”.

Xatırladaq ki, Media Tәhlil Mәrkәzi yerli media nümayәndәlәrinin, xüsusilә dә mәtbuat xidmәtlәrinin rәhbәrlәrinin peşәkar bacarıqlarının tәkmillәşdirilmәsinin vә inkişafının vacibliyini, bu sahәdә effektivliyin artırılmasının zәruriliyini nәzәrә alaraq beynәlxalq tәşkilatlarla sıx әmәkdaşlıq edir. Bu әmәkdaşlıq çәrçivәsindә növbəti master-klassı London şәhәr Universitetinin jurnalistika üzrә professoru, "The Media Society” təşkilatının vitse-prezidenti, İcmalar Palatasında media məsləhətçisi kimi çalışan Barni Cons və qlobal kampaniyaların, mürәkkәb mәsәlәlәrin idarә edilmәsi sahәsindә tәcrübәli kommunikasiya vә marketinq üzrә mütәxәssis Tobi Orr aparıb.

Oxşar xəbərlər

Bütün xəbərlər