Xəbər lentiwidget-title-icon

​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI

Azərbaycan kulinarları dünya kulinariya olimpiadasında mükafatlandırılıb - FOTO

Azərbaycan kulinarları dünya kulinariya olimpiadasında mükafatlandırılıb - FOTO

Almaniyanın Ştutqart şəhərində keçirilən “IKA – Dünya Kulinariya Olimpiadası”nda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə müvafiq tədbir üçün xüsusi yaradılmış kulinariya komandası “fərdi iştirakçı” kateqoriyasının qənnadı incəsənəti üzrə iki bürünc medal və 6 diplom, eləcə də “ictimai keytrinq” kateqoriyası üzrə komanda yarışında diplom qazanıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, dünya üzrə mötəbər kulinariya müsabiqələrindən sayılan olimpiadada ölkəmizi Milli Kulinariya Mərkəzinin dəstəyi və Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının (“Wordlchefs”) assosiativ üzvü olan Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının (ACSA) təqdimatı ilə 9 aşpazdan ibarət heyət “ictimai keytrinq” və “fərdi iştirakçı” kateqoriyalarında təmsil edib.

Müsabiqənin standartlarına əsasən milli komandanının təqdim etdiyi menyu ölkəmizin təbii biomüxtəlifliyini əks etdirməklə, eləcə də milli mətbəx mədəniyyətinin əsasları nəzərə alınmaqla hazırlanıb.

Müsabiqəyə təqdim olunan 2 menyuda Qafqaz şabalıdı, baltalı düyüsü kimi beynəlxalq “Slou Fud” qastronomik turizm modelinə daxil edilən, məhz Azərbaycana məxsus biomüxtəliflik nümunəsi kimi tanınan məhsullar, o cümlədən zəfəran, Zirə pomidoru, nar kimi yerli təbiət məhsullarından istifadə edilib.

Müsabiqədə qiymətləndirmə bir neçə mərhələdən ibarət olmaqla həyata keçirilib. Müsabiqəyə təqdim edilən menyular dadlı, sağlam və dayanıqlı qida, tullantı olmadan və istifadə edilən hər bir məhsula xüsusi yanaşma ilə hazırlanma, xüsusi ölçülərə və biometrik formalara dəqiqliklə riayət edilmə, rəng amili də nəzərə alınmaqla səliqəli və estetik görünüş meyarları əsas götürülməklə qiymətləndirilir. Həmçinin hakimlər tərəfindən müəyyən edilmiş vaxt çərçivəsində komandanın iş prosesi, stressə davamlılıq, bərabər iş bölgüsü, mətbəxin təmizliyi, aşpazların şəxsi gigiyenası amilləri də nəzərə alınır.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan kulinariya komandaları “milli”, “gənc milli”, “ictimai keytrinq” və “regional” kimi qruplara üzrə yarışıblar.

Tədbir çərçivəsində, həmçinin Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasına (“Worldchefs”) məxsus pavilyonda Azərbaycanın qastronomiyasını əks etdirən stend quraşdırılıb. Milli məhsul və təamların təqdim edildiyi stenddə ziyarətçilərə, o cümlədən qastronomiya mütəxəssislərinə ölkəmizin qastroturizm potensialı barədə məlumat verilib, Azərbaycan milli mətbəx nümunələrini dadmaq üçün şərait yaradılıb.

Stenddə əsasən Naxçıvan və Qarabağ mətbəxi, eləcə də “Azərbaycanın UNESCO irsi üzrə qida ənənələri” tematikası ilə Ümumdünya İrs Siyahısına salınmış Şəki və Xınalıq üzrə mətbəxi nümunələri nümayiş etdirilib. Eləcə də milli komandanın qənnadçıları tərəfindən müsabiqənin şərtləri əsasında hazırlanan müxtəlif tematika və texnologiya ilə hazırlanan qənnadı məhsulları sərgilənib.

Qeyd edək ki, 1900-cü ildən etibarən hər dörd ildən bir Almaniyada təşkil olunan “IKA – Dünya Kulinariya Olimpiadası” kulinariya, qida, restoran və biznes sahələrində nüfuzlu beynəlxalq müsabiqə və sərgi kimi tanınır. Bundan əvvəlki 2020-ci ildə keçirilmiş müsabiqədə 67 ölkədən 1800 iştirakçı ilə 8000 fərqli resept dünyanın müxtəlif ölkələrindən olan 100 mindən çox ziyarətçiyə nümayiş etdirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər