Xəbər lentiwidget-title-icon

İmtahan nəticələri aşağı düşərsə, blok sualları asanlaşacaq?
DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Nazir müavini Lənkəranda vətəndaşları qəbul edəcək
AzMİU QS 2026 reytinqində dizayn sahəsi üzrə ölkə lideri oldu
“Zəkaların mübarizəsi II” olimpiadası başlayır!
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
Soyqırımı qurbanlarının nurlu xatirsəni ehtiramla yad edirəm
Mart soyqırımından 108 il ÖTÜR
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
Bu universitetlərin Bakıdan köçürülməsi məqsədəuyğundur - Deputatlardan təklif
31 Mart tarixin unudulmayan qanlı səhifəsidir
1918-ci il qırğınları erməni vandalizminin qanlı izləridi
Universitetlər təhdidlər səbəbilə onlayn təhsilə keçdi
Bu gün Beynəlxalq Sıfır Tullantı Günüdür
Sabahdan bütün təhsil müəssisələrində tədris BAŞLAYIR
Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... - SUSDURMAQ İSTƏYİRLƏR...
ETN-nin dekorasiya siyasəti bir yağışa dözməz... - FAKT BUDUR!
Yeniyetmə voleybolçular çempionatda qalib olub
Qarabağ Universiteti tələbələri Vaşinqton və Vyanada yarışır
Rasim Balayev vəfat edib
"Novruz- 2026" düşərgəsi çərçivəsində İlqar Fəhmi ilə görüş keçirilib
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
"Uşaq 3 yaşından etibarən təhsilə başlamalıdır"-TƏKLİF
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi

Şagird sıxlığının qarşı necə alınmalıdır? – Çıxış YOLLARI

Şagird sıxlığının qarşı necə alınmalıdır? – Çıxış YOLLARI

Son illər dövlət əyani ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbədə təhsil alan şagirdlərin sayında artım müşahidə edilir.

Bununla bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə üçnövbəli məktəblərlə bağlı sorğu ünvanladıq.

İdarədən sorğumuza cavab olaraq bildirildi ki, şagird sıxlığı səbəbindən ikinövbəli iş rejmində fəaliyyət göstərən 10 məktəbdə növbələrarası dərslər keçirilir:

“Ümumi təhsil müəssisələrində gün ərzində təhsil infrastrukturundan səmərəli istifadə etmək üçün mövcud qaydalara uyğun ayrı-ayrı siniflər üzrə növbələr əsasında tədris təşkil edilir. Şagird sıxlığı səbəbindən ikinövbəli iş rejmində fəaliyyət göstərən 10 məktəbdə növbələrarası dərslər keçirilir.

Qeyd edək ki, məktəblərin dərs günləri və növbəli iş rejimi müəssisənin layihə tutumu və təhsilalanların sayı əsasında təhsil müəssisəsinin Pedaqoji Şurasının verdiyi qərara əsasən tənzimlənir”.

Təhsilmedia.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, məktəblərdə şagird sıxlığının qarşısını almaq üçün təhsil müəssisəsinin ərazisində fərdi korpus yaratmaq olar:

“Şagird sıxlığının qarşısını almağa çalışırıqsa, bunun üçün sıxlıq olan ərazidə yeni bir məktəb tikintisi ola bilər və ya həmin məktəbin ərazisində yer varsa, fərdi korpus yaratmaq olar. Belə olan halda artıq üçnövbəli rejim yox, ikinövbəli yaxud da birnövbəli dərslər keçirilə bilər. Həmçinin, əhalinin öz yaşadıqları ərazidə yerləşən məktəbdə təhsil alması bu sıxlığı aradan qaldıra biləcək nüanslardan biridir. Bizdə bir tendensiya formalaşıb. Bəzi valideynlər düşünürlər ki, şəhərin mərkəzində olan məktəb ən yaxşı məktəbdir və bunun üçün 5 km və ya ondan daha çox məsafə qət edirlər. Halbuki uşaq həmin ərazidə qeydiyyatda deyil. Təbii ki, bunun qarşısı birmənalı formada alınmalıdır”.

E.Əfəndi bildirib ki, valideynlər övladlarını öz yaşadıqları ərazidə məktəbə göndərsələr daha yaxşı olar:

“Bilirsiniz, biz bunu dəfələrlə demişik və artıq bu şablonlaşmış ifadəyə çevrilib. Burada valideynlər düşünməlidir ki, istənilən halda uşaq liseyə, ən yaxşı məktəbə də getsə, əgər ali təhsil müəssisələrində təhsil almağı düşünürsə, 9-10-11-ci siniflərdə mütləq hazırlığa gedəcək. Mövcud durum budur. Hazırda aparılan qəbul imtahanları model və digər amilləri nəzərə alsaq, bizim təəssüf ki, başqa alternativ seçimimiz yoxdur. Ona görə də valideynlər yaxşı olar ki, öz uşaqlarını yaşadıqları ərazilər üzrə qeydiyyata aldırsınlar”.

Ekspertin sözlərinə görə sıxlığın digər müşahidə olunduğu yer rus bölməsindədir:

“Evdə bu dilə bağlılıq yoxdursa, aparıb uşağı rus bölməsinə qoymağın bir mənası yoxdur. Yaxşı olar ki,onlar övladlarını Azərbaycan bölməsində təhsil almasına imkan yaratsınlar. Əgər məqsəd rus dilini öyrənməməkdirsə, 9-10-cu sinifdə gedib 1 il və ya 6 aylıq kurslarda dil öyrənə bilərlər. Bu kimi məqamlara diqqət yetirsək sıxlığın qarşısnı almaq olar və yaxud üçüncü növbə olmaya bilər”.

Oxşar xəbərlər

Bütün xəbərlər