Azərbaycan Texniki Universitetində (AzTU) dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində daha bir layihə həyata keçirilib.
AzTU-dan "
tehsil.media"a bildirilib ki, universitetin həyətində hər birinin gücü 500 vatt olan dörd ədəd müasir günəş panellərindən ibarət gücü 2 kVt olan günəş elektrik stansiyası istifadəyə verilib.
Universitetdə bərpa olunan enerji sahəsində təhsil alan tələbələr stansiyanın iş prinsipi ilə tanış olacaq və praktiki vərdişlərə yiyələnəcəklər.
Cari ilin iyul ayında AzTU-da yaşıl enerji texnologiyalarının tədrisi üzrə bilik və bacarıqların davamlı yüksəldilməsi, energetika sahəsində yüksəkixtisaslı kadrların hazırlanması üçün universitetin həyətində külək qurğuları da istifadəyə verilib.