Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

ADPU müəllimləri reytinqlərini yüksəldiblər

ADPU müəllimləri reytinqlərini yüksəldiblər

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), onun filialları və kolleci üzrə akademik heyətin performansını qiymətləndirmək və rəğbətləndirmə məqsədi ilə 2018-ci ildən tətbiq olunan reytinq qiymətləndirilməsi vasitəsilə hər ilin noyabrında 80 meyar üzrə akademik heyətin reytinqi hazırlanır.

tehsilmedia.info xəbər verir ki, 2022-ci il üzrə reytinq qiymətləndirilməsində, ümumilikdə, 1185 nəfər müəllim iştirak edib. Onlardan  735 nəfəri ADPU-nun, 450 nəfəri isə filiallar və kollecin payına düşür.

Sənədlərin təhlili və nəticələrin analizinə əsasən, universitetin və müvafiq strukturların nəticələrində ötən illərə nisbətən artım dinamikası müşahidə olunur. Əgər 2021-ci ildə 32 faiz çox iştirakçı, əsasən, 30-100 bal arasında nəticə əldə etmişdisə, 2022-ci ildə bu göstərici 15 faizə düşmüş, əksinə 300-500 bal toplayan iştirakçılarda əsaslı artım olaraq, müvafiq olaraq, 8 faizdən 20 faizə qədər artmışdır. Eyni zamanda müvafiq olaraq, 500 baldan yuxarı bal toplayan iştirakçılar arasında da artım müşahidə olunur, hətta onlar arasında 3000 baldan yüksək nəticə göstərənlər də yer alır.

Ümumilikdə, iki ilin müqayisəsinə görə iştirakçıların 83 faizi, 3 ilin müqayisəsinə görə isə 63 faizi reytinq balını artırıb. Ötən il 32 faiz müəllim nəticələrini 100-300 bal qədər, 14 faiz isə 300-500 bal qədər artırıb. Əgər 2021-ci ildə 45 faiz iştirakçının nəticəsi 100 baldan aşağı idisə, 2022-ci ildə bu göstərici 20 faizdən azdır.

Ötən il ərzində ADPU-nun akademik heyət üzvlərindən 4,64 faizinin (55 müəllif və həmmüəllifin 92 məqaləsi) Web of science və Scopus bazalarında indekslənən impakt faktorlu jurnallarda, 33 faizinin isə (386 müəllif və həmmüəllifin 872 məqaləsi) AAK tərəfindən tövsiyə olunan nüfuzlu jurnallarda elmi məqalələri dərc olunub. Digər xarici jurnallarda azalma fonunda Web of science və Scopus bazalarında indekslənən impakt faktor göstəriciləri yüksək olan elmi jurnallarda nəşrlərin sayının artdığı müşahidə edilir.

Tələbələrin akademik heyətdən məmnunluq sorğusunun nəticələrinə əsasən, təhsilalanlar müəllimlərin təxminən 60 faizini 100 bal üzərindən 85-100 arasında qiymətləndirir.

Hesabatın yekunlarına əsasən, nəticələri qiymətləndirilən 1185 müəllimdən 275 (23 faiz) müəllim mükafatlandırmaya təqdim olunub. Onların aylıq əmək haqqına il ərzində 100 manat həcmində əlavələr ödəniləcək.

Bu barədə ADPU-nun Elmi Şurasında Keyfiyyətin təminatı şöbəsinin müdiri  dosent Qalib Şərifov "ADPU-da professor-müəllim heyətinin 2022-ci illərdə fəaliyyətinin Reytinq Qiymətləndirilməsinin yekunları” mövzusunda təqdim etdiyi hesabatda bildirib.

Oxşar xəbərlər

Bütün xəbərlər