Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

BMU-da kitab təqdimatı keçirilib

BMU-da kitab təqdimatı keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Ümumi fənlər kafedrasının baş müəllimi, tarixçi alim, gənc tədqiqatçı Elnur Nəciyevin Qarabağın tarixinə dair müəllifi olduğu kitabların təqdimatı keçirilib.

tehsilmedia.info xəbər verir ki, universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov tarixi faktlarla zəngin kitabların əhəmiyyətindən ətraflı bəhs edib. Bildirib ki, belə tədqiqatlar Qarabağın, onun tacı olan Şuşanın tarixi, mədəniyyəti ilə bağlı həqiqətlərin üzə çıxmasında mühüm rol oynayır. Prorektor, eyni zamanda BMU əməkdaşlarının bu istiqamətdə fəaliyyətinin, elmi yaradıcılıq işlərinin hər zaman universitet rəhbərliyi tərəfindən diqqətdə saxlanıldığını vurğulayıb.

Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva tarixi qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Qarabağla əlaqədar aparılan elmi araşdırmaların yeni çağırışlara uyğun daha da gücləndirilməsinin zəruriliyinə, bu baxımdan təqdimatı keçirilən əsərlərin önəminə diqqət çəkib.

Sonra kitablar barədə məlumatlar təqdim olunub. Bildirilib ki, tarixçi alimlər-Elnur Nəciyev və Ramin Əlizadənin həmmüəllifi olduqları “Qarabağın alban-qıpçaq tarixinə dair” adlı kitabda min ildən artıq mövcud olan Albaniya dövlətinin tarixi ilə bağlı gerçəkliklərin öyrənilməsi və tarixin erməni uydurmalarından təmizlənməsi istiqamətində mühüm faktlar əks edilib. “Şuşa ABŞ və Böyük Britaniya mətbuatında: 1827-1915-ci illərə aid qəzet materialları əsasında” adlı kitabda isə tarixçi alim Elnur Nəciyev Şuşa ilə bağlı 1827-1915-ci illərdə ABŞ və Böyük Britaniya mətbuatında dərc edilən seçilmiş materialları, 1905-1906-cı illərdə ermənilərin Azərbaycan türk-müsəlman əhalisinə qarşı törətdiyi soyqırımları, çar Rusiyasının Şuşada ruslaşdırma siyasəti və bu tədbiri pərdələmək üçün atdığı addımları oxuculara çatdırıblar. Qarabağla bağlı təqdim edilən növbəti dəyərli əsər- “K.A.Nikitin. Şuşa şəhəri və Şuşa qəzasının oçerki” isə (tərçümə və şərhlərin müəllifləri-Elnur Nəciyev, Günay Nəciyeva) Şuşa şəhərinin tarixi, coğrafi mövqeyi, təbiəti, əhalisi, daxili və xarici ticarət əlaqələri barədə maraqlı məlumatlar yer alıb. Təqdim edilən mənbə Azərbaycanın Qarabağ bölgəsinin mərkəzi-Şuşa şəhərinin tarixi, coğrafiyası, demoqrafiyası, iqtisadiyyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Daha sonra Elnur Nəciyevin də redaksiya heyətinin üzvü olduğu və akademik Yaqub Mahmudovun elmi redaktorluğu ilə nəşr edilmiş “Azərbaycan tarixi xəritələrdə” adlı ilk mükəmməl və geniş həcmli atlas təqdim olunub.

Tədbirdə çıxış edənlər qeyd olunan nəşrlərin önəmi ilə bağlı fikirlərini bildiriblər.

Oxşar xəbərlər

Bütün xəbərlər