Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Ankara Universitetində Qərbi Azərbaycana Qayıdış Konsepsiyası müzakirə olundu

Ankara Universitetində Qərbi Azərbaycana Qayıdış Konsepsiyası müzakirə olundu

Ankarada səfərdə olan Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupunun nümayəndə heyətinin iştirakı ilə Ankara Universitetində Qərbi Azərbaycana qayıdış mövzusunda dəyirmi masa formatında tədbir keçirilib.

tehsilmedia.info xəbər verir ki, tədbirdə Qərbi Azərbaycana Qayıdış Konsepsiyası müzakirə olunub. Azərbaycan Milli Məclisinin və Türkiyə Böyük Millət Məclisinin üzvlərinin, Ankarada fəaliyyət göstərən Qazi, Sosial Elmlər, Ortadoğu Texniki Universitetinin rektorlarının, Ankara Universitetinin professor-müəllim heyətinin iştirak etdiyi tədbir Ankara Universitetinin rektoru Necdet Ünüvarın açılış nitqi ilə başlayıb. Rektoru cənab Nejdət Univar Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını dəstəklədiklərini bildirdilər. Daha sonra Azərbaycan Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov Ermənistan tərəfindən zorla doğma yurdlarından qovulmuş azərbaycanlıların hüquqlarının beynəlxalq platformalarda müdafiə edilməsinin əhəmiyyətini qeyd edib. Akademik Əhliman Əmiraslanov çıxış edərək Konsepsiyanın müzakirəsində fəal iştirakına görə Ankara Universitetinin rektoruna və müzakirəyə qatılmış elm xadimlərinə minnətdarlığını bildirdi. Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli təşkilatın fəaliyyəti, məqsədi və məramı haqqında təqdimat edib, Qərbi Azərbaycandan olan əhalinin əsas hüquqlarının beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin və təmin olunmasının vacibliyini qeyd edib.

Daha sonra nümayəndə heyətinin tərkibində olan millət vəkilləri Nizami Cəfərov, Fəzail Ağamalı, Anar İskəndərov, Məlahət İbrahimqızı, Ramin Məmmədov, Fəzail Ağamalı, Naqif Həmzəyev, Cavanşir Feyziyev Qərbi Azərbaycan İcmasının fəaliyyətinin müxtəlif aspektləri haqqında məlumat veriblər. Türkiyə Parlamentində Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Şamil Ayrım, çıxışında Qərbi Azərbaycandan məcburi köçürülmüş əhalinin hüquqlarının beynəlxalq platformalarda müdafiəsi məqsədilə Türkiyə və Azərbaycan Parlamentləri arasında əməkdaşlığın zərurətini vurğulayıb. Daha sonra çıxış edən Qazi Universiteti, Orta Doğu Texniki Universiteti, Sosial Elmlər Universiteti rektorları və Ankara Universitetinin professor-müəllim heyəti üzvləri Qərbi Azərbaycan mövzusunun tədris prosesində işlənməsi, bu mövzuda akademik tədbirlərin ardıcıl olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Tədbirin sonunda iştirakçılar Ankara Universiteti Rektorluğu önündə 2001-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən əkilmiş ağacın önündə xatirə şəkli çəkdirərək, ulu öndərin əziz xatirəsini yad ediblər.

Ankara Universitetində Qərbi Azərbaycana Qayıdış Konsepsiyası müzakirə olundu

Ankara Universitetində Qərbi Azərbaycana Qayıdış Konsepsiyası müzakirə olundu

Ankara Universitetində Qərbi Azərbaycana Qayıdış Konsepsiyası müzakirə olundu

Oxşar xəbərlər

Bütün xəbərlər