UNEC-də “Erasmus” infosessiyası təşkil olunacaq
Dekabrın 18-də “Erasmus Student Network” beynəlxalq tələbə təşkilatı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Erasmus+” infosessiyası keçirəcək.
UNEC-dən "tehsilmedia.info" a bildirilib ki, infosessiyada tələbələrə “Erasmus+” imkanları, Avropa Həmrəylik Korpusu, xaricdə təhsil və təcrübə proqramları barədə məlumat veriləcək və tələbələrin sualları cavablandırılacaq.




























