Xəbər lentiwidget-title-icon

Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13
Texnologiya sahəsində karyera qurmaq istəyən xanımlar üçün YENİ layihəyə start verilir

Yüksək Texnologiyalar Parkında Heydər Əliyevin xatirəsi anılıb - FOTO

Yüksək Texnologiyalar Parkında Heydər Əliyevin xatirəsi anılıb - FOTO

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

YTP-dən "tehsilmedia.info" a bildirilib ki, əvvəlcə əbədiyaşar lider Heydər Əliyevin Parkın ərazisindəki büstü önünə gül dəstələri qoyulub, onun xatirəsi texnoparkın kollektivi tərəfindən ehtiramla yad edilib.

Tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində Yüksək Texnologiyalar Parkının direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov çıxış edərək Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müstəsna tarixi xidmətlərindən, zəngin siyasi irsinin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, başa çatmaqda olan 2023-cü ilin ən mühüm hadisələrindən biri Ümummilli Lider Heydər Əliyevin 100 illiyinin qeyd edilməsi olub. İl ərzində ölkəmizin hər yerində əlamətdar yubileyə həsr olunmuş müxtəlif tədbirlər - konfranslar, dəyirmi masalar, seminarlar, sərgilər keçirilib, əbədiyaşar liderin xatirəsi ehtiramla anılıb.

Vasif Abbasov bildirib ki, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir. Xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində Heydər Əliyev siyasəti və işıqlı əməlləri dayanır.

O, bu gün Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini söyləyib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Həmçinin cari ilin sentyabr ayında keçirilən antiterror tədbirləri ilə Qarabağda Azərbaycan Respublikasının Konstitusiya quruluşu bərpa olundu, Prezident İlham Əliyev Azərbaycanın Dövlət Bayrağını Xankəndi şəhərində ucaltdı.

“Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratmışdır”, - deyə bildirən Vasif Abbasov vurğulayıb.

Tədbirdə digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, Azərbaycanın inkişafı üçün həyata keçirdiyi islahatların əhəmiyyətindən, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində görkəmli şəxsiyyətin misilsiz xidmətlərindən bəhs ediblər.

Oxşar xəbərlər

Bütün xəbərlər