Bakıda 18 yaşlı qızı maşın vurub
Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
tehsilmedia.info xəbər verir ki, “Toyota Prius” markalı avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Mikayılova Aydan Aydın qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.




























