Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Səhnələşdirilmiş məhkəmə müsabiqəsinin qalibi bəlli olub - FOTO

 

"Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin final mərhələsi keçirilib.

Bu barədə "tehsilmedia.info"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Azərbaycan Respublikası Ali Məhkəməsində təşkil olunmuş tədbirdə Ali Məhkəmənin sədri İnam Kərimov, elm və təhsil naziri Emin Əmrullayev, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin deputatı Kamal Cəfərov, "ELSA Azərbaycan”ın prezidenti Rəhim Abasov, Elm və Təhsil Nazirliyinin, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, mentor tələbələr və şagirdlər iştirak ediblər.

Əvvəlcə finala vəsiqə qazanmış hər biri 2 şagird və 1 tələbədən ibarət 2 komandanın (7 nömrəli tam orta məktəb və 287 nömrəli "Zəkalar” liseyinin komandaları) səhnələşdirilmiş məhkəmə prosesi izlənilib, onların ittihamçı və müdafiəçi kimi çıxışları dinlənilib

BŞTİ-nin müdiri Mehriban Vəliyeva İdarə və Avropa Hüquqşünas Tələbələr Assosiasiyası Bakı İctimai Birliyinin ("ELSA Azərbaycan”) birgə təşkilatçılığı ilə keçirilən "Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin məqsədi və əhəmiyyəti barədə məlumat verib. İdarə müdiri bu gün dövlət siyasətinin əsas tərkib hissəsi olan intellektual və savadlı gəncliyin yetişdirilməsi işində belə müsabiqələrin rolundan, şagird-tələbə əməkdaşlığının uğurlu nəticələrindən danışıb, həmçinin hüquqşünaslıq ixtisasına marağı olan gənclərin gələcəkdə ölkəmizi beynəlxaq arenalarda uğurla təmsil edəcəklərinə inandığını söyləyib. M.Vəliyeva müsabiqə iştirakçılarının yanında olan elm və təhsil naziri Emin Əmrullayevə, yaratdığı imkana görə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimova,  həmçinin gələcəyin hüquqşünaslarına dəstək olan digər məhkəmə instansiyalarına – Yasamal Rayon Məhkəməsi, eləcə də Apelyasiya Məhkəməsinin rəhbərliyinə təşəkkürünü bildirib.

Ali Məhkəmənin sədri İnam Kərimov müsabiqənin final mərhələsinə yüksələn komandaları təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayıb. İ.Kərimov diqqətə çatdırıb ki, Ali Məhkəmə təkcə Avropada deyil, bütün dünyada hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri bir araya gətirən nüfuzlu "ELSA Azərbaycan” tərəfindən təşkil olunan Səhnələşdirilmiş məhkəmə müsabiqəsinə təşkilati dəstək göstərir. Ali Məhkəmənin sədri qeyd edib ki, rəhbərlik etdiyi qurum hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin və bu ixtisas üzrə təhsil almaq arzusunda olan şagirdlərin inkişafında, nəzəri biliklərlə yanaşı, təcrübi biliklərinin də artırılmasında maraqlıdır. Sədr müsabiqədə iştirak edən şagirdlərin gələcəkdə peşəkar hüquqşünas olacağına və ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində mühüm rol oynayacaqlarına əminliyini ifadə edib.  

Elm və təhsil naziri Emin Əmrullayev "Heydər Əliyev İli” çərçivəsində belə bir müsabiqənin keçirilməsini yüksək dəyərləndirib. Bildirib ki, bu gün hər kəs Ulu Öndərin misilsiz əməyi nəticəsində formalaşmış yeni hüquq sisteminin bəhrəsini görür və Ümummilli Liderin hüquqi-demokratik dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahididir. Nazir Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirən yeniyetmə və gənclərin gələcəkdə fəal vətəndaş kimi yetişəcəklərinə, yüksək təhsil, innovativ bacarıqları ilə hüquqi dövlət quruculuğu işinin genişləndirilməsinə öz layiqli töhfələrini verəcəklərinə inandığını söyləyib. Təhsil prosesinin fasiləsizliyini və davamlılığını önə çəkən nazir bildirib ki, belə müsabiqələr, həmçinin öyrənmə mühitinin bir hissəsi kimi əhəmiyyətlidir.

Müsabiqəni yeniyetmə və gənclərin hüquqi maarifləndirilməsi işində müsbət addım kimi səciyyələndirən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva yetişən nəslin hüquq düşüncəsinin və mədəniyyətinin inkişaf etdirilməsini demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşdırılmasının mühüm cəhətlərindən biri olduğunu söyləyib.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov ixtisas seçimi ərəfəsində olan yuxarı sinif şagirdlərinin bu müsabiqədə iştirakını hüquqşünaslıq ixtisası, onun tətbiqi və məhkəmə mühiti ilə yaxından tanış olmaq şansı kimi qiymətləndirib.

Milli Məclisin deputatı Kamal Cəfərov müsabiqə iştirakçılarına uğurlar arzulayıb. Qeyd edib ki, müsabiqə hüquq fakültəsi tələbələrinin, eyni zamanda gələcəkdə hüquqşünas olmaq istəyən məktəblilərin inkişafında müstəsna rol oynayır, onlara nəzəri bilikləri praktik formada tətbiq etməyi və təkmilləşdirməyi öyrədir.

Daha sonra müsabiqənin nəticələri açıqlanıb  və 287 nömrəli "Zəkalar” liseyinin komandası və mentor tələbə Aytac Əliyeva final mərhələsinin qalibi seçilib. 7 nömrəli tam orta məktəbin komandası II, 20 və 83 nömrəli məktəb-liseylərin komandaları isə III yerə layiq görülüb.   

Sonda qalib və fərqlənən komandalar diplom və hədiyyələrlə təltif olunub.


Oxşar xəbərlər


Bütün xəbərlər

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün