Xəbər lentiwidget-title-icon

Qalmaqallı şəkildə işdən çıxarılan bağça direktoru sifarişlə bərait alır?
Məktəblilərimiz XVII Beynəlxalq İnformatika Turnirində uğur qazanıblar
73 saylı tam orta məktəbin önündə İNSİDENT – Valideynlər arasında BIÇAQLANMA !
"Son zəng" tədbirlərinin keçirilmə tarixi açıqlandı
Azərbaycan dili tədrisində yenilik: kurikulum və dərsliklər müasirləşdirilib
Dərsə geçikən tələbələrə davamiyyətdə güzəşt olacaq? - RƏSMİ
Peşə Məktəbinə daha yeni bir TƏYİNAT
Məktəb ətrafında təhlükəsizlik iddiası: məktəbdən rəsmi AÇIQLAMA
Süni intellektlə saxta video və foto düzəldənlərin nəzərinə!
Tərbiyə məqsədilə uşağı döyənlər bu qədər cərimə olunacaq
Təhsilalan və təhsilverənlər arasında vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı təsdiqlənib.
Bu təhsil mərkəzinə direktor müavini təyin EDİLDİ
Bu uşaq məktəbə getmirdi? - Deputatdan ETİRAZ
Yandırılan məktəblinin son durumu açıqlandı
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
DİM müəllim və tələbələr üçün hazırlıq kursları təşkil edib
Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür
Nazir Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb
Növbəti buraxılışın nəticələri bu həftə açıqlanacaq? - DİM
Ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
Direktorların işə qəbulu müsabiqəsi çərçivəsində ixtisas biliklərinin yoxlanılması üzrə test imtahanı keçiriləcək
Ən sadə mətbəx məhsulları ilə belə laboratoriya mühiti yaradırıq – Göygölün fərqli kimya müəllimi
Naxçıvanda məktəblərə 4300 kompüter veriləcək - Nazir
“Azərbaycanda müəllimlərə hər an müraciət etmək mümkündür” - Keniyalı tələbə
ADY şagirdlərə təlim keçdi - Fotolar

Əsgərə məktub... - FOTO

Əsgərə məktub... - FOTO

Qəhrəman müəllim ona məktub yazan məktəbli qızın arzusunu yerinə yetirdi

tehsilmedia.info Adətən məktublar birbaşa, ünvanlı yazılır. Kimə çatacağını bilirsən. Nurayın yazdığı məktub adi məktub deyildi, əsl şanlı məktub idi. O, ilk məktubunu tanımadığı, heç vaxt üzünü görmədiyi Azərbaycan əsgərinə, qəhrəmanına yazırdı. Özü də çətin, mürəkkəb dövrdə yazılmışdı bu məktub. 2020-ci il, Azərbaycanın müzəffər ordusunun, igidlərinin işğalda olan torpaqlarımızın azadlığı uğrunda vuruşduğu günlər idi. İndi bu məktəbli qızcığaz bir çox yaşıdları kimi ön cəbhədə şücaət göstərən əsgərlərə ürək sözlərini yazır, onlara dəstəyini, sevgisini məktubla göndərirdi. Nuray Bayramova Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəbin 7c sinif şagirdidir. 44 günlük Vətən müharibəsi zamanı qəhrəman əsgərlərimizə mənəvi dəstək olmaq üçün “Əsgərə məktub” kampaniyasına qoşulur. O zaman 4-cü sinifdə oxuyurdu: “Məktubu yazarkən həyəcanlı idim. Əsgərə Qarabağımızı tezliklə azad edib sağ-salamat evlərinə, ailələrinə qayıtmağı arzuladım və müharibə bitdikdən sonra mənimlə görüşməyi, onun özünə təşəkkür etməyi dilədim”. Bu məktubu oxumaq döyüşçü Eldəniz Niftiyevə qismət olur.

Qızğın döyüşlərin içində məktəbli balaların səmimi arzularını oxumaq, onların yolunu gözlədiklərini bilmək əsgərlər üçün həm böyük stimul, həm də on qat məsuliyyət demək idi. Deməli, onların yolunu təkcə doğmaları deyil, hər kəs gözləyir, hər kəs onların qələbə ilə qayıdacaqlarına inanır.

Eldəniz Niftiyev Bakı şəhəri 236 nömrəli tam orta məktəbin hərbi rəhbəridir. Həmin günlərdə ehtiyatda olan polkovnik-leytenant kimi Eldəniz Niftiyev də vətənin müdafiəsinə qoşulmuşdu.

“Qələbədən sonra mənimlə görüşsən çox xoşbəxt olaram”

“2020-ci il Vətən müharibəsi başlayanda məktəbdə müəllim idim və oktyabr ayının 6-da döyüşə yollandım. Murovdağ istiqamətində olan döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etdim. Eləcə də, Talış istiqaməti, Ağdərə şəhərinin ön tərəfində olan mövqelərdə döyüşlərə qatılmışam. Həmin vaxt bizə məktublar gəlməyə başladı.

O məktublar əsgərlərimizə çox böyük ruh yüksəkliyi verirdi. Nurayın məktubunu da məktubların içərisindən seçib saxladım. Məktubun məzmununu oxuyanda çox xoşuma gəldi, məni çox təsirləndirdi. O öz şəklini də qoymuşdu. Nuray məktubda xahiş etmişdi ki, əgər salamat qalsanız, məktubu mənə çatdırarsınız. Mən də orada olan zabit və əsgərlərimizin yanında söz verdim ki, məktubu Nuraya çatdıracağam.

Eldəniz müəllim məktubu düz 3 ildir saxlayırmış. Elə hər gün deyirmiş ki, gedim Nurayı tapım, məktubunu çatdırım.

Bu günlərdə ona Elm və Təhsil Nazirliyinin Təhsil TV-nin əməkdaşı Jalə Əliyevadan zəng gəlir, onun haqqında süjet hazırlamaq istədiyini bildirir. Söz əsnasında Eldəniz müəllim saxladığı məktubdan və Nuraydan söz açır. Elə Jalə xanımın da təklifi ilə Nurayı birlikdə soraqlaşıb tapırlar.

Nəhayət, 3 ildən sonra Nurayın arzusu gerçək olur. Eldəniz müəllim və döyüşçü yoldaşı, Təhsil TV komandası Nuraya sürpriz edərək onların məktəbinə gəlirlər. Sinifdə hər kəs onları böyük sevinc və qürurla qarşılayır.

“Sevinirdim ki, sözümün üstündə durdum...”

Eldəniz Niftiyev: “Sinifdə olan bütün şagirdlər özlərini saxlaya bilmədilər, gözlərindən yaş axırdı. Biz də onlar qədər həyəcanlı, sevincli idik. Kövrəldik, qucaqlaşıb görüşdük. Sevinirdim ki, sözümün üstündə durdum, məktubu Nuray balaya çatdırdım”.

Nuray Bayramova: “Hisslərimi sözlə ifadə edə bilmirəm. Çox həyəcanlı və qürurverici an yaşayırdım. Məktubum Murovdağa gedib çıxmışdı. Əsgər sağ-salamat qayıdıb və sözünün üstündə durdu. Qarabağı azad edib mənimlə görüşə gəldi. Əsl Qalib Azərbaycan əsgərinə yaraşan bir hərəkət!

O bizə döyüşlərdən maraqlı söhbətlər etdi. Mənə hədiyyələr də gətirmişdi. Hədiyyələr arasında mənim üçün ən qiymətli hədiyyə Azərbaycan bayrağı oldu. Bayrağı öpüb gözümün üstünə qoydum. Otağımda başımın üzərindən asacağıma söz verdim. Məktubu da həmişə saxlayacağam.

Hazırda mən həm də 2 əsgər bacısıyam. İnanıram ki, qardaşlarım da xidmətlərini layiqincə başa vuracaqlar və sağ-salamat qayıdacaqlar”.

Gülnarə İLHAM

Əsgərə məktub... - FOTO
Əsgərə məktub... - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər