Xəbər lentiwidget-title-icon

ETN niyə çörəyi çəkməçiyə verir?
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bu gün Abşeron rayon Əfqan Qadaşov adına Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Nilufər Şükürova ilə görüşüb.
Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
Firudin Qurbanovun növbəti yalanları
Qadınların ailə məsələlərinə görə karyerada geridə qalması bizi narahat edir
Oğlanlar daha çox texniki, qızlar isə humanitar sahəyə yönəlir - Nazir müavini
DİM abituriyent, valideyn və pedaqoji ictimaiyyətlə açıq görüş keçirib
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif OLUNUR
Jalə Bəhramova BMT-nin Change the World Academy-də səfir seçildi
Azərbaycan dövləti həmişə öz müəlliminin yanındadır - Nicat Məmmədli
"Blockchain Memorial System" layihəsinin təqdimatı olub
Şagirdlər ali təhsil mühiti ilə tanış oldu
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik təklif olundu
Müəllimlərə niyə bayram mükafatı verilmir? - maaşları artırılsa...
250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub
Komitə sədri Araz Paşayev açıqladı:Fevral ayında 980 üzv sanatoriyalara göndərilib
Təhsilin Qənimi: MÜTDA-nın "Cib" və "Əmr" Siyasəti
Martın 9-da buraxılış imtahanı keçiriləcək - BÖLGƏLƏR
8 Martda müəllimlərə hədiyyə qadağası: tapşırıq VERİLDİ
Növbəti tədris ilindən yeni kurikulum tətbiq olunacaq Xarici təhsil
DİM-də TOEFL iBT imtahanı keçirilib
Təhsildə idman məsələsi problemə çevirilib
Təhsilimizdə “firon sindromu”: Müəllim niyə ALÇALDILIR?
“Virtual Kimya” layihəsi çərçivəsində təlimlər davam etdirilir.
Jurnalistlər Hikmət Hacıyevlə görüşəcək-TƏCİLİ+FOTO

“Folklorşünaslığın yeni tarixi və aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib

“Folklorşünaslığın yeni tarixi və aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib

AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş “Folklorşünaslığın yeni tarixi və aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.

Bu barədə "tehsil.media" a institutdan bildirilib.

Tədbiri giriş sözü ilə açan Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov bildirib ki, düz 100 il əvvəl - 2 noyabr 1923-cü il tarixində yaradılan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti elmin səmərəli inkişafı, elm sahələrinin istiqamətləndirilməsi məqsədinə xidmət edib. Azərbaycan Milli Elmlər Akademiyasının bünövrəsini təşkil edən elmi, ictimai-siyasi təşkilatlardan biri olan, C.Məmmədquluzadə, Ü.Hacıbəyli, Salman Mümtaz, Ə.Abid kimi ziyalıların təmsil olunduğu bu Cəmiyyətin ən mühüm tarixi xidmətlərindən biri 1926-cı ildə I Türkoloji Qurultayı təşkil etməsi olub. Akademik vurğulayıb ki, görkəmli folklorşünas alim Hənəfi Zeynallının rəhbərliyi ilə folklor komissiyasının da fəaliyyət göstərdiyi Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması Azərbaycanda folklorşünaslığın elmi sahə kimi təməlini qoyan qurumlardan, müəssisələrdən biri olmaqla yanaşı, şifahi xalq yaradıcılığı örnəklərinin toplanmasına, nəşrinə və tədqiqinə böyük təkan verib.

Sonra məruzələr dinlənilib. Folklor İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanovanın “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti və azsaylı xalqlar” mövzusunda məruzəsi maraqla qarşılanıb. Əməkdaşımız bildirib ki, olduqca həssas bir mövzu olan azsaylı xalqlar, onların tarixi, həyatı və məişəti, folkloru, bir sözlə, maddi və mənəvi mədəniyyətinin tədqiqi ilk gündən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin prioritet məqsədinə çevrilib. Cəmiyyətdə azsaylı xalqlarla birbaşa məşğul olan komissiyalar və ya altkomissiyalar yaradılıb. Dosent Afaq Ramazanova Cəmiyyətin azsaylı xalqları tədqiq edən tat, talış, kürd və başqa komissiyalarının fəaliyyəti haqqında arxiv materiallarına əsaslanan maraqlı faktlardan bəhs edib.

İnstitutun Klassik folklor şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Rza Xəlilov “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində folklor məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Tədqiq və Tətəbbö Cəmiyyətinin Azərbaycanın elmi-mədəni mühitində, milli folklorşünaslığımızın meydana çıxmasında və təşəkkülündə müstəsna əhəmiyyətindən bəhs edib. “Sözügedən cəmiyyətin təşəbbüsü ilə təşkil edilən folklor ekspedisiyaları folklor məkanımızın geniş ərazilərini, coğrafiyasını əhatə etməyə başladı, toplayıcılıq işi isə bu vaxtadək olan fərdi təşəbbüskarlıq, sistemsizlik xarakterindən çıxıb sistemli kütləvilik qazanmış oldu”, – deyə dosent Rza Xəlilov qeyd edib.

Konfransda Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi Akifə Xəlilovanın “Aleksandr Baqri və Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti” mövzusunda məruzəsi də dinlənilib. Məruzəçi professor A.Baqrinin Tədqiq və Tətəbbö Cəmiyyətində aktiv fəaliyyətindən, eləcə də alimin Azərbaycan nağılşünaslığında özünəməxsus xidmətlərindən, “Azərbaycan biblioqrafiyası” adlı məlumat kitabını hazırlaması və “Azərbaycan və ətraf ölkələrin folkloru” üçcildliyini tərtib etməsindən danışıb. Akifə Xəlilova qeyd edib ki, A.Baqrinin zəngin irsi təkcə folklor nümunələrinin öyrənilməsi baxımından deyil, eyni zamanda elmi-nəzəri və metodoloji baxımdan əhəmiyyətini bu gün də qoruyur.

Daha sonra çıxış üçün söz alan Folklor İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tədqiqatçı Əli Şamil Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti haqqında maraqlı faktları diqqətə çatdırıb.

Sonda folklorşünaslığın yeni tarixi və aktual problemləri mövzusu ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər