Xəbər lentiwidget-title-icon

Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb

Parisdə azərbaycanlı tələbələrin birinci şəbəkələşmə tədbiri təşkil edilib - FOTO

Parisdə azərbaycanlı tələbələrin birinci şəbəkələşmə tədbiri təşkil edilib - FOTO

Azərbaycanın Fransadakı səfirliyi və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) və Azərbaycan-Fransa Məzunlar Birliyinin təşkilatçılığı ilə “Parisdə 1-ci şəbəkələşmə” tədbiri keçirilib.

tehsilmedia.info xəbər verir ki, tədbirdə Fransadakı səfirimiz Leyla Abdullayeva çıxış edərək, Azərbaycanın beynəlxalq və regional münasibətlərdəki rolundan danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider ölkəsi olan Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb və bu gün qlobal dialoqda fəal iştirak edir.

Səfir Azərbaycanın bir çox beynəlxalq təşkilatlara sədrliyindən danışıb, müstəqilliyini bərpa etdiyi bu qısa müddətdə ölkəmizin əldə etdiyi böyük nailiyyətlərdən bəhs edib. Azərbaycan ərazi bütövlüyünü və bütün ərazisi üzərində suverenliyini bərpa etdiyini bildirən səfir vurğulayıb ki, Azərbaycan regionda ən böyük inkişaf potensialına malik, eləcə də müstəqil siyasət aparan ölkədir. O, ölkəmizin çox həssas bir geosiyasi məkanda yerləşdiyini diqqətə çatdırıb.

Azərbaycan dövlətinin gənclər siyasətindən söz açan Leyla Abdullayeva əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, söhbət gənclikdən və gənclərdən gedəndə ilk qeyd olunan təhsildir. Təhsil dövlətimiz üçün əsas prioritetlərdəndir. Çünki təhsilli, müxtəlif sahələrdə biliklərə malik insanlar həm ölkənin, həm özlərinin inkişafına töhfə verir.

Səfir Azərbaycan-Fransa əlaqələrindən, beynəlxalq təhsil sferasının inkişafından və gənclərimizin xaricdə təhsil zamanı birliyinin önəmindən söz açıb.

Tədbirdə Fransada təhsil, təmsilçilik, yerli icmalarla əlaqələrin qurulması, magistr, doktorantura təhsili zamanı yaranan çətinliklər və ASAP, onun fəaliyyəti, Fransada keçiriləcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanlı gənclərin təhsil aldıqları zaman yaranan problemləri dinlənilib. Ölkəmizin Fransada olan səfirliyi tərəfindən, eləcə də ASAP tərəfindən onlar üçün yaradılan imkanlardan danışılıb.

Tədbir müzakirələrlə davam edib.

Sonda ASAP-ın Fransa nümayəndəliyinin rəhbəri İlhamə Nəsibova çıxış edərək tədbirin təşkilatçılarına və dəstək verən qurumlara təşəkkürünü bildirib.

Parisdə azərbaycanlı tələbələrin birinci şəbəkələşmə tədbiri təşkil edilib - FOTO
Parisdə azərbaycanlı tələbələrin birinci şəbəkələşmə tədbiri təşkil edilib - FOTO
Parisdə azərbaycanlı tələbələrin birinci şəbəkələşmə tədbiri təşkil edilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər