Xəbər lentiwidget-title-icon

Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb

Yeddi şəhid verən Göytəpə məktəbinin ACINACAQLI VƏZİYYƏTİ: Bu cür daxmada təhsil almaqla sağlam gələcək yetişdirmək olar? - VİDEO

Yeddi şəhid verən Göytəpə məktəbinin ACINACAQLI VƏZİYYƏTİ: Bu cür daxmada təhsil almaqla sağlam gələcək yetişdirmək olar? - VİDEO

Təəssüflər olsun ki, Azərbaycanda hələ də elə təhsil ocaqları var ki, sözün əsl mənasında "tövlə"ni xatırladır. Doğrusu, bu cür bərbad vəziyyətdə olan və daxmaya bənzəyən tikililərə nəinki təhsil ocağı, hətta məktəb də deməyə adamın dili gəlmir. Amma hələ də xarabalığı xatırladan bu cür tikililərdə təhsil alan, elmin sirrlərinə yiyələnən, nüfuzlu universitetlərə qəbul olunan və hətta ən uca zirvə sayılan şəhidlik məqamına yüksələn şagirdlər var.

TəhsilMedia.az xəbər veri ki, adı məktəb olan, özü isə sözün əsl mənasında xarabalığı xatırladan təhsil müəssisələrindən biri də Cəllabadın Göytəpə şəhər məktəbidir. Qeyd edək ki, 2 əsrə yaxın tarixi olan bu tikilidə təxminən 2 mindən artıq şagird təhsil alır. Ancaq məktəbin nə qapı-pəncərəsi, nə istilik sistemi, nə tavanı, nə də ki döşəməsi normal vəziyyətdədir. Belə ki, pəncərə və qapılar sınıqdır, döşəmənin taxtaları isə çürüdüyündən adam üzərində gəzməyə qorxur. Belə bir vəziyyətdə məktəbdə təhsil almaq, yaxud tədris etmək müşkül məsələ olduğundan həm müəllimlər, həm də şagirdlər əziyyət çəkirlər. Hələ qışın soyuğunda, şaxtanın sazağında sinif otaqlarında oturmaq demək olar ki, mümkün olmur.

Göytəpə sakinlərinin sözlərinə görə, məktəbin təmiri ilə bağlı rayonun Regional Təhsil İdarəsinə müraciət etsələr də, şikayətlərini dinləıyən və diqqət göstərən yoxdur. Odur ki, şagirdlər illərdir ki, bu acınacaqlı vəziyyətdə olan məktəbdə elmin sirrlərinə yiyələnməyə məcburdurlar. Hərçənd bu cür bərbad vəziyyətdə olan məktəbdə buna nə dəırəcədə nail olub-olmadıqları da sual altındadır. Hər şeyə rəğmən adıçəkilən təhsil ocağı 44 günlük Vətən Müharibəsində 7 şəhid verib. Sakinlərin sözlərinə görə, Təhsil naziri Emin Əmrullayevə müraciət edərək məktəbin təmir olunması və yenidən qurulmasını xahiş etsələr də, hələlik heç bir nəticə yoxdur. Amma bu məktəbin torpaq uğrunda 7 şəhid verdiyini nəzərə alsaq, eləcə də gələcəkdə vətənpərvər gənclərin yetişəcəyini düşünsək, o zaman təhsil müəssisəsini təmir etdirmək və burada oxuyan şagirdlərin şəraitini yaxşılaşdırmaq aidiyyatı qurumların birinci vəzifəsi olmalıdır. Ancaq təəssüflər olsun ki, aidiyyatı qurumlar edilən müraciətlərə biganə yanaşaraq sağlam gələcəyimizin yetişməsinə göz yumurlar. Təhsil isə hər bir millətin gələcəyidir. Bəs görəsən, bu cür daxmalarda təhsil almaqla sağlam gələcək yetişdirmək mümkündürmü? Təhsil Nazirliyi və Regional Təhsil İdarəsi bu barədə düşünsə, yaxşı olar.

Müşviq Tofiqoğlu,

TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər