Xəbər lentiwidget-title-icon

“Jurnalistin Hüquqi Sərhədləri” mövzusunda təlim keçirildi
“Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik”
Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndərin məzarı ziyarət edib
Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib

Dövlət İdarəçilik Akademiyasında XİN əməkdaşları üçün təlim keçirilib

Dövlət İdarəçilik Akademiyasında XİN əməkdaşları üçün təlim keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Xarici İşlər Nazirliyinin əməkdaşları üçün təlim keçirilib.

Bu barədə "tehsilmedia.info"a DİA-dan məlumat verilib.

Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 30 dekabr tarixli Sərəncamından irəli gələn “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üzrə Strategiya”nın 2023-2025-ci illərdə icrası üzrə Fəaliyyət Planına uyğun olaraq Dövlət İdarəçilik Akademiyasına dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün idarəetmə sahəsində, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı təlimlərin keçirilməsi tapşırılıb. Bu məqsədlə Xarici İşlər Nazirliyinin əməkdaşları üçün Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasında insan resurslarının innovativ idarəetmə texnologiyaları iqtisadi, sosial, hərbi uğurların əsası kimi” mövzusunda məruzə söyləyib.

Məruzədə U.Ələkbərov Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. O, Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanı davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə üzrə regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb. Rektor, eyni zamanda, Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimizin azad edilməsində təsdiqini tapdığını bildirib. Akademik Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib. U.Ələkbərov Azərbaycanın bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran dünya lideri olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsində və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Respublikanın hazırkı davamlı inkişafı dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində reallaşdırılan ardıcıl islahatlar və dəyişikliklərin nəticəsidir.

Rektor müstəqil və suveren Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu qeyd edərək, inklüziv cəmiyyətin qurulması prosesinin ölkənin 2030-cu il üçün planlaşdırılmış əsas prioritetləri sırasında olduğunu söyləyib. O, beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu yeni mərhələdə Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişafın planlaşdırılması və idarəedilməsi sahəsindəki uğurlarını dinləyicilərin diqqətinə çatdırıb.

Akademik U.Ələkbərov işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işlərindən, müstəqillik dövründə qazanılan siyasi, iqtisadi, hərbi uğurlardan, inklüziv inkişafın idarə olunması sahəsində ölkənin əldə etdiyi nailiyyətlərdən bəhs edib.

Sonra dinləyicilərin sualları cavablandırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər