Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

AzMİU ilə Avrasiya Milli Universiteti əməkdaşlıq edəcək - FOTO

AzMİU ilə Avrasiya Milli Universiteti əməkdaşlıq edəcək - FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elm və innovasiya işləri üzrə prorektoru professor Nigar Aslanova Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetində olub.

AzMİU-dan "tehsilmedia.info"a bildirilib ki, professor Nigar Aslanova Avrasiya Milli Universitetinin Fundamental riyaziyyat kafedrasında təşkil olunan elmi seminarda məruzə ilə çıxış edərək son elmi nəticələrini qazaxıstanlı alimlərə təqdim edib. Seminarda qazaxıstanlı akademiklər, elm adamları və kafedranın professor-müəllim heyəti iştirak ediblər.

Fizika-riyaziyyat elmləri doktoru, Avrasiya Milli Universitetinin professoru Kordon Omarov çıxış edərək elmi məruzəni yüksək qiymətləndirib və alimə gələcək fəaliyyətində uğurlar arzulayıb. Eyni zamanda, seminarda əlaqələrin gücləndirilməsi, elmi nəticələrlə bağlı mütəmadi fikir mübadiləsinin həyata keçirilməsi ilə bağlı tövsiyələr səsləndirilib.

Professor Nigar Aslanova, həmçinin Avrasiya Milli Universitetinin Mexanika və riyaziyyat, Memarlıq və inşaat fakültələrinin dekanları, kafedra müdirləri və professor-müəllim heyəti ilə görüşlər keçirib. Görüşlərdə AzMİU ilə Avrasiya Milli Universiteti arasında elmi və potensial əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Müzakirələrin nəticəsi olaraq Avrasiya Milli Universitetinin Memarlıq və inşaat fakültəsi ilə AzMİU-nun Memarlıq və İnşaat fakültələri arasında elmi əməkdaşlıq memorandumunun hazırlanmasına dair ilkin razılıq əldə edilib.

Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astanada yerləşən Avrasiya Milli Universiteti 1996-cı ildə Tselinoqrad İnşaat İnstitutu və Tselinoqrad Pedaqoji İnstitutunun birləşməsi əsasında qurulub. Universitetdə 65 bakalavr, 68 magistratura və 38 doktorantura ixtisası üzrə mütəxəssis hazırlanır.

Avrasiya Milli Universiteti “QS World University Ranking” üzrə 355, “QS Emerging Europe and Central Asia University Ranking” üzrə isə 2-ci yerdə qərarlaşıb.

AzMİU ilə Avrasiya Milli Universiteti əməkdaşlıq edəcək - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər