5-6-cı siniflər üçün təbiət dərsliyi gələn ildən etibarən istifadəyə veriləcək

"5-6-cı siniflər üçün təbiət dərsliyi 2 hissəli hazırlanır".
tehsilmedia.info xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, bu, kitabın fiziki çəkisinin azaldılması üçün nəzərdə tutulub:
"Yeni dərslik gələn ildən etibarən istifadəyə veriləcək. Şagirdlər yarım il üzrə dərslikdən istifadə edəcəklər".



























