ADNSU-nun kollektivi Zəfər parkında olub - FOTO

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru v.m.i.e.dosent Vazeh Əskərov, universitetin professor-müəllim və bir qrup tələbəsi Zəfər parkında olublar.
Universitetdən "tehsilmedia.info"a bildirilib ki, parkın girişindəki xatirə daşının önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.




























