Pedaqoji Universitetin rəhbərliyi Zəfər parkını ziyarət edib

Sentyabrın 27-də Anım Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov və universitetin müvafiq struktur rəhbərləri Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər.
ADPU-dan "tehsilmedia.info"a bildirilib ki, universitet kollektivi parkın girişində xatirə daşının önünə gül dəstələri qoyub, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.



























