Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

BMU-da Erasmus+ proqramı ilə bağlı məlumatlandırma günü keçirilib

BMU-da Erasmus+ proqramı ilə bağlı məlumatlandırma günü keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Avropa İttifaqının Erasmus+ proqramı ilə bağlı məlumatlandırma günü keçirilib.

tehsilmedia.info xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin, Azərbaycandakı Milli Erasmus Ofisinin və ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Yaqub Piriyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirləri, icra olunan dövlət proqramlarını vurğulayıb.

Ali təhsilin daha da inkişafı üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın, gerçəkləşdirilən layihələrin əhəmiyyətini qeyd edən rektor bu baxımdan Erasmus+ proqramının yaratdığı imkanlara toxunub.

Rektor bildirib ki, beynəlmilləşmə istiqamətində islahatların aparılması, xarici əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıqların qurulması, müəllim-tələbə mobilliyinin artırılması, həmçinin beynəlxalq arenada nüfuzun artırılması və reytinq cədvəllərində ön sıralarda qərarlaşmaq hər bir ali təhsil müəssisəsi üçün zəruridir. Erasmus+ proqramının Azərbaycan ali təhsil müəssisələri ilə Avropa universitetləri arasında əlaqələrin qurulmasında mühüm rol oynadığını deyən rektor, eyni zamanda, universitetlərdə təhsili beynəlxalq standartlara uyğunlaşdırmaq, tədqiqat keyfiyyətini yaxşılaşdırmaq baxımından proqramın önəminə diqqət çəkib.

Beynəlxalq reytinqlərdə yer tutmaq üçün Erasmus+ proqramının yaratdığı imkanlardan maksimum yararlanmağı tövsiyə edən Yaqub Piriyev bir neçə gün öncə BMU ilə yanaşı, ölkəmizin 7 universitetinin “QS Avropa Universitetləri Reytinqləri 2024” reytinq cədvəlində yer almasının müsbət hadisə olduğunu bildirib.

Rektor cari ildə qrant qazanan layihələri sadalayaraq bütün bu layihələrin ölkəmizin ali təhsilinin inkişafı, universitetlərin təkmilləşməsi üçün vacib olduğunu söyləyib.

Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov proqramın ölkəmizdə tətbiq olunduğu dövrdən görülən işləri, əldə olunan müsbət nəticələri qeyd edib. Erasmus+ proqramının əsas xüsusiyyətləri (2021- 2027-ci illər) və təklifləri üçün davam edən təklif çağırışlar (CBHE, Jean Monnet, CBVET, EMJM/EMDM) barədə təqdimatla çıxış edən P.Bağırov proqram çərçivəsində gerçəkləşdirilən layihələrin əsas istiqamətləri, aidiyyəti üzrə təqdim olunması, eləcə də son bir ildə edilmiş dəyişikliklər və yeniliklər barədə geniş məlumat verib.

Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Vüsalə Qurbanova mübadilə proqramlarında iştirak edən tələbələrin kreditlərinin tanınması üçün yaranan çətinliklər və onların həll yolları istiqamətində təqdimatla çıxış edib. Təqdimatda müvafiq qanunvericilik bazası nəzərə çatdırılıb, ali təhsil müəssisələrinin aidiyyəti strukturlarının üzərinə düşən vəzifələrlə bağlı tövsiyələr verilib.

Sonda tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər