Xəbər lentiwidget-title-icon

73 saylı tam orta məktəbin önündə İNSİDENT – Valideynlər arasında BIÇAQLANMA !
"Son zəng" tədbirlərinin keçirilmə tarixi açıqlandı
Azərbaycan dili tədrisində yenilik: kurikulum və dərsliklər müasirləşdirilib
Dərsə geçikən tələbələrə davamiyyətdə güzəşt olacaq? - RƏSMİ
Peşə Məktəbinə daha yeni bir TƏYİNAT
Məktəb ətrafında təhlükəsizlik iddiası: məktəbdən rəsmi AÇIQLAMA
Süni intellektlə saxta video və foto düzəldənlərin nəzərinə!
Tərbiyə məqsədilə uşağı döyənlər bu qədər cərimə olunacaq
Təhsilalan və təhsilverənlər arasında vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı təsdiqlənib.
Bu təhsil mərkəzinə direktor müavini təyin EDİLDİ
Bu uşaq məktəbə getmirdi? - Deputatdan ETİRAZ
Yandırılan məktəblinin son durumu açıqlandı
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
DİM müəllim və tələbələr üçün hazırlıq kursları təşkil edib
Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür
Nazir Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb
Növbəti buraxılışın nəticələri bu həftə açıqlanacaq? - DİM
Ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
Direktorların işə qəbulu müsabiqəsi çərçivəsində ixtisas biliklərinin yoxlanılması üzrə test imtahanı keçiriləcək
Ən sadə mətbəx məhsulları ilə belə laboratoriya mühiti yaradırıq – Göygölün fərqli kimya müəllimi
Naxçıvanda məktəblərə 4300 kompüter veriləcək - Nazir
“Azərbaycanda müəllimlərə hər an müraciət etmək mümkündür” - Keniyalı tələbə
ADY şagirdlərə təlim keçdi - Fotolar
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır
Azərbaycanda III ixtisas qrupu ləğv olunur?

Qırğızıstanda Türk Əməkdaşlıq Təşkilatlarının ortaq layihəsi təqdim olunub

Qırğızıstanda Türk Əməkdaşlıq Təşkilatlarının ortaq layihəsi təqdim olunub

Qırğızıstanın Bişkek şəhərində Alykul Osmonov adına Qırğızıstan Milli Kitabxanasında Türk Akademiyasının və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı çərçivəsində nəşr olunan “Saqımbaydın Manası” kitabının təqdimat mərasimi keçirilib.

tehsilmedia.info xəbər verir ki, bu haqda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib.

Layihə çərçivəsində “Manas” eposunun Saqımbay Orozbakovun variantı Qırğızıstanın görkəmli sənətçisi və manasçısı Rısbay İsakovun redaktorluğu ilə ilk dəfə nəsr şəklində yayımlanıb.

Tədbirdə Qırğız Respublikası Prezidenti Administrasiyasının Siyasi və İqtisadi Araşdırmalar şöbəsinin müdiri Oktyabr Kapalbayev Dövlət katibi Suyinbek Kasmanbetovun təbrik məktubunu oxuyaraq, Türk Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən yayımlanan layihənin əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən Türk Akademiyasının prezidenti Şahin Mustafayev bildirib ki, yarım milyon misradan ibarət “Manas” dastanı dünya miqyasında və Türk dünyasında ən irihəcmli dastan hesab olunur. V-XII əsrlərdə qədim türklərin dövründə meydana çıxan “Manas” dastanı “Oğuz Kağan” dastanı ənənəsi ilə indiki dövr arasında simvolik əlaqə yaradır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva şifahi ənənə ilə əsrlər boyu nəsildən-nəslə ötürülən “Manas”ın qırğız xalqının daxili dünyasını, mənəviyyatını əks etdirdiyini bildirib. “Manas” qırğız xalqının gücüdür. Eposda qırğızların qəhrəmanlıq səhifələri, Vətənə sevgisi, torpağın müdafiəsinə hər zaman hazır olması özünü göstərir”, - deyə o qeyd edib. Günay Əfəndiyeva Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Bişkekdə "Manas" dastanının 1000 illiyinə həsr olunmuş tədbirdə “Manas bizim hamımızın, türk xalqlarının hamısının ulu babasıdır" sözlərini xatırladaraq, eposu Türk dünyasını birləşdirən amil kimi qiymətləndirib.

Həmçinin Azərbaycanın tanınmış alimi Adil Cəmilin Manasın tədqiqinə və təhlilinə dair kitabının Azərbaycan və qırğız dillərində nəşr edildiyi, təşkilatın mərkəzi qərargahında “Manas Günü”nün təşkil olunduğu və bu xüsusda digər tədbirlərin keçirildiyi bildirilib.

Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Kayrat İmanaliyev çıxışında Manas irsinin öyrənilməsinə və təbliğinə dəstək verən təşkilat rəhbərlərinə minnətdarlığını bildirərək, bu cür təşəbbüslərin türk ölkələri arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.

Qırğız Respublikası Joqorku Keneşinin deputatı Nurcigit Kadırbekov, Azərbaycanın səfiri Lətif Qəndilov, akademik Abdıldacan Akmataliyev, “Muras” Fondunun prezidenti, tarixçi Kıyas Moldokasımov, Qırğız Respublikası Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov çıxış edərək, müasir dövrdə qədim türk dastanlarının araşdırılmasının və daha dərindən öyrənilməsinin əhəmiyyətindən söz açıblar.

Tədbir çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya və Türk Akademiyasının prezidenti Şahin Mustafayevə fəaliyyətlərinə görə xüsusi Manas medalları təqdim olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər