Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

ADU-da elmi konfrans öz işinə başlayıb

Elm və təhsil

30-08-2023, 20:41

ADU-da elmi konfrans öz işinə başlayıb


Azərbaycan Dillər Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu "STMEGI" və İsraildəki Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzinin (Dahan Centre) birgə layihəsi olan "Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Konfransdan əvvəl Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzinin direktoru Şimon Ohayon, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Aşkelon Akademik Kollecinin rektoru Şimon Şarvit, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və Bar-İlan Universiteti Təhsil fakültəsinin dekanı Zehavit Qrossun görüşu olub.

Rektor Kamal Abdulla Azərbaycan Dillər Universiteti haqqında məlumat verərək qeyd edib ki, bu gün universitetdə 20-yə yaxın dil öyrədilir. Buraya təkcə Avropa dilləri daxil deyil, o cümlədən Yəhudi Dili Mərkəzi də var: “Paralel olaraq çalışırıq ki, Azərbaycan dilini də digər ölkələrdə yayaq. Bu məqsədlə bəzi ölkələrdə Azərbaycan Dili Mərkəzi də var. İsraildə də bu cür mərkəzlər yaradılarsa, sevinərik".

O əlavə edib ki, universitet müasir dillərin öyrənilməsində 300-cü yerdədir. Bu, 1600 universitet arasında aparılan statistikadır.

K.Abdulla qonaqların diqqətinə çatdırıb ki, Azərbaycanda yəhudilərlə münasibətlər çox gözəl inkişaf edib. Ümumiyyətlə, bütün dinlər arasındakı münasibətlər harmonik vəziyyətdir. Ölkəmizdə aparılan siyasət bunu tənzimləyən amillərdəndir ki, bütün konfessiyalara bərabər münasibət göstərilir. Nəticədə isə bu xüsusiyyətlər Azərbaycanda multikulturalizmin çiçəklənməsinə gətirib çıxarıb. Rektor 1918-ci il Mart soyqırımı haqqında qonaqlara məlumat verərək bildirib ki, ermənilərin törətdiyi cinayətlər zamanı təkcə azərbaycanlılar öldürülməyib. Onların arasında yəhudilər də çox olub. Bu məsələlər ADU-da dərslər vasitəsilə tələbələrə çatdırılır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qonaqlara mərkəzin fəaliyyəti haqqında məlumat verib. Ölkəmizdə multikulturalizmə aid tədbirlərin keçirilməsinin ənənəvi hal aldığını qonaqların diqqətinə çatdırıb.

Görüşün sonunda qonaqlara hədiyyələr təqdim edilib.

Konfrans Azərbaycan və İsrailin himlərinin səsləndirilməsi ilə başlayıb.

“Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti" mövzusundakı beynəlxalq-elmi konfransda çıxış edən Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzinin direktoru Şimon Ohayon bildirib ki, Azərbaycan Dillər Universiteti ilə Bar-İlan Universiteti arasında əməkdaşlıq əlaqələri qurulacaq. Bu da universitetlər arasındakı münasibətləri yaxşılaşdıracaq. O, Dağ, Avropa və Gürcüstan yəhudiləri haqqında məlumat verərək deyib ki, bu konfrans vasitəsilə akademik və mədəni əməkdaşlığın əsası qoyulur. Bunun təzahürlərini gələcəkdə görəcəyik.

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla qeyd edib ki, bugünkü konfrans elmi cəhətlərinə görə vacib əhəmiyyətə malikdir. Bu gün Azərbaycan və İsrail münasibətləri üçün xüsusi bir gündür. Çünki konfrans elmi, mədəni və siyasi mahiyyətinə görə əhəmiyyətlidir. Vurğulayıb ki, ölkəmizdə tarix boyu yəhudilər yaşayıblar. Bu səbəbdən də iki ölkənin tarixində, mədəniyyətində oxşarlıqlar var. “İsraildə Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin yaradılması məsələsini israilli qonaqlarla müzakirə etdik. İnanırıq ki, yaxın zamanlarda bu baş verəcək”, - deyə Kamal Abdulla bildirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov konfransda çıxışı zaman deyib ki, Azərbaycanda yəhudi icması min illər boyu yaşayıb. Biz ölkəmizdə yəhudi irsini və mədəniyyətini qoruyuruq. Azərbaycanda yəhudi icmasına qarşı heç bir ayrı-seçkiliyin olmadığını söyləyən icraçı direktor bildirib ki, bu ilin noyabrın ayında ilk dəfə olaraq Hahamların konfransı keçiriləcək.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov diqqətə çatdırıb ki, yəhudilərin sürgünlərdən sonra məskunlaşdığı yerlər arasında Azərbaycan da var. Bu da ölkəmizin bütün millətlər, dinlərin nümayəndələri üçün təhlükəsiz ölkə olmasını göstərir. Diqqətə çatdırıb ki, Azərbaycan İlahiyyat İnstitutunda yəhudi dini ilə bağlı dərslər də keçirilir. Yəhudi icması ilə də yaxın münasibətlər var. Biz bunu akademik səviyyədə də inkişaf etdirmək istəyirik.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetində reallaşan konfransda Azərbaycan, İsrail, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən 60-dan çox tədqiqatçı-alim iştirak edir.

Konfrans Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzi (İsrail), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Dillər Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Akademik Aşkelon Kolleci (İsrail), Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu "STMEGI"nin birgə təşkilatçılığı ilə keçirilir.

Beynəlxalq konfrans çərçivəsində Azərbaycanın musiqi və rəqslərinin də nümayiş olunacağı Qala tədbirinin keçirilməsi nəzərdə tutulur.

İki gün davam edəcək beynəlxalq konfransın 13 panel iclasında - "Adət və ənənələr". "Azərbaycanda və yəhudi icmasında multikulturalizm", "Milli və etnik kimlik", "Sionist fəaliyyət və Qafqazdan immiqrasiya", "İsrail-Azərbaycan münasibətləri", "Bakıdakı yəhudi icması: Tarix və cəmiyyət", "Dil və kimlik", "Qafqaz yəhudiləri müasir dövrdə", "Dağ Yəhudiləri İkinci Dünya müharibəsi dövründə", "Mədəniyyət və incəsənət", "Yəhudilər Azərbaycanda", "Qafqaz yəhudilərinin tədqiqi mənbələri" mövzularında geniş müzakirələr aparılır.

Oxunub: 281
Paylaş:
Digər xəbərlər

Ali təhsil

8-05-2023, 19:42

ADU-da “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda konfrans keçirilib

Ali təhsil

13-06-2023, 22:09

Kamal Abdulla Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun Fəxri doktoru seçilib - FOTO

Elm və təhsil

24-05-2023, 13:39

Şimali Qazaxıstan Universiteti ilə Dendrologiya İnstitutu birgə beynəlxalq konfrans keçiriblər

Ali təhsil

13-07-2023, 17:56

ADNSU-nun rektoru vəzifəsi Vazeh Əskərova həvalə olunub

Elm və təhsil

2-06-2023, 13:59

Azərbaycanlı alimə Qırğızıstan Milli Universitetinin “Fəxri professoru” adı verilib

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Bugün, 00:00
Zəngilan Məktəbində Nələr Baş Verir? – İDDİALAR
Dün, 18:26
Prezident Deyir Dəyişin, Onlar Kağız Yazır
Dün, 17:33
UNEC tələbələri risk idarəetməsi üzrə dünya finalına vəsiqə qazanıblar
Dün, 17:32
Kibertəhlükəsizlik üzrə təhsil: yeni dərsliklər və ixtisaslar hazırlanmalıdır
Dün, 17:31
Rezidenturaya qəbul: qızlar üstünlük təşkil edir, yoxsa oğlanlar?
Dün, 17:30
DİM-in əməkdaşları Qazaxıstanda təlim keçiblər
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Bugün, 00:00
    Zəngilan Məktəbində Nələr Baş Verir? – İDDİALAR
  • Dün, 18:26
    Prezident Deyir Dəyişin, Onlar Kağız Yazır
  • Dün, 17:33
    UNEC tələbələri risk idarəetməsi üzrə dünya finalına vəsiqə qazanıblar
  • Dün, 17:32
    Kibertəhlükəsizlik üzrə təhsil: yeni dərsliklər və ixtisaslar hazırlanmalıdır
  • Dün, 17:31
    Rezidenturaya qəbul: qızlar üstünlük təşkil edir, yoxsa oğlanlar?
  • Dün, 17:30
    DİM-in əməkdaşları Qazaxıstanda təlim keçiblər
  • Dün, 17:29
    Azad Qarabağın elmi təməli necə qoyulur? Qarabağ Universitetindən REPORTAJ
  • Dün, 17:29
    Çin Xalq Respublikasına səfər çərçivəsində "Huawei" şirkəti ilə görüş baş tutub
  • Dün, 17:28
    Daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
  • Dün, 14:10
    Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
  • Dün, 14:09
    AzMİU süni intellekt və rəqəmsal sənaye sahəsində yeni əməkdaşlığa başlayır
  • Dün, 14:08
    Güllələnən müəllim evə buraxılıb? - TƏBİB-dən CAVAB
  • Dün, 14:08
    Azərbaycanda təhsil alan əcnəbilərin ən çox seçdiyi İXTİSASLAR
  • Dün, 14:07
    Səhiyyə Nazirliyi uşaqlar üçün tibbi aksiya keçirib
  • Dün, 14:06
    Azərbaycan Universitetinin əməkdaşlarının layihəsi qrant müsabiqəsinin qalibi olub
  • Dün, 09:22
    Dərslik müəllifləri Qərbi Azərbaycan İcmasında görüşəcəklər
  • Dün, 09:21
    Nazirlik və Cambridge əməkdaşlığı elmi nəşrlərə çıxışı genişləndirir
  • Dün, 09:21
    DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı”
  • Dün, 09:20
    Son 3 ildə yüksək bal toplayanlar rekord sayda ARTIB - STATİSTİKA
  • 12-02-2026, 21:48
    Nazirin "DOSTU" -du deyə işçiləri təhdid etməlidi...?
  • 12-02-2026, 14:30
    Hər il magistraturada yüzlərlə plan yeri boş qalır - STATİSTİKA
  • 12-02-2026, 14:29
    Doktoranturada təhsil alanların xarici dillər üzrə imtahanı keçiriləcək
  • 12-02-2026, 14:28
    Akademik bilik yetərli deyil: şagirdlərin emosional inkişafı NƏZƏRƏ ALINMIR
  • 12-02-2026, 14:28
    Sertifikatlaşdırma adı ilə saxta elanlar yayılır - XƏBƏRDARLIQ
  • 12-02-2026, 14:26
    Zaur İsayev: Akademiklərin dərsliklərə münasibəti zəifdir
  • 12-02-2026, 13:15
    Tarixdən xronoloji ardıcıllığı şagirdlərə necə mənimsətmək olar?
  • 12-02-2026, 08:49
    Prezidentimizin Təhsil sahəsində uğurlu addımı
  • 12-02-2026, 08:47
    Tələbələr üçün ixtisas yönümlü qış düşərgələri başa çatıb
  • 11-02-2026, 20:21
    Hüquq sahəsində maraq azalır, kadr tələbi qalır - “Praktiki bacıqlar yetərsizdir”
  • 11-02-2026, 20:19
    Bütün müəllimlər dərsliklərə rəy verə bilər - İZAH
  • 11-02-2026, 20:18
    İbtidai sinif dərslikləri psixoloqlarla hazırlanır
  • 11-02-2026, 20:17
    Dərsliklər yeganə bilik mənbəyi DEYİL
  • 11-02-2026, 20:17
    MİQ və sertifikasiya: psixoloji suallara da yer verilməlidir?
  • 11-02-2026, 20:16
    Dərslik müəllifləri həm məktəb, həm universitet təcrübəsi ilə seçilir
  • 11-02-2026, 20:15
    Prezident: Məktəblərdə tədris proqramına müəyyən dəyişikliklər edilməlidir
Daha çox
12-02-2026, 21:48
Nazirin "DOSTU" -du deyə işçiləri təhdid etməlidi...?
8-02-2026, 16:13
​"Ramiz Mehdiyev ailəsi təmizləndi, bəs onun kadrı olan Sevinc Orucova niyə 'toxunulmazdır'?"
10-02-2026, 15:33
Diqqət!!! Müəllimdən DQ və BSQ təhlili tələb etmək qanunidirmi?
10-02-2026, 15:11
ARTİ-də metodiki iflas... ARTİ özü sübut etdi ki,...
12-02-2026, 08:49
Prezidentimizin Təhsil sahəsində uğurlu addımı
12-02-2026, 13:15
Tarixdən xronoloji ardıcıllığı şagirdlərə necə mənimsətmək olar?
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə