“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə layihə qəbulu davam edir

"Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə layihələrin qəbulu davam edir.
Bu barədə "tehsilmedia.info"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qrant müsabiqəsinə təqdim olunacaq layihə sənədlərinin (layihə təklifi forması, CV forması, iştirak sənədləri) qəbulu sentyabrın 15-dək musabige@edu.gov.az elektron poçtu vasitəsilə aparılacaq.
Müsabiqə barədə ətraflı məlumatla Elm və Təhsil Nazirliyinin saytındakı elan vasitəsilə tanış olmaq mümkündür.
Xatırladaq ki, avqustun 9-dan Elm və Təhsil Nazirliyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsini elan edib.



























