Xəbər lentiwidget-title-icon

Naxçıvanda 3698 şagird məzun olur
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ
Kenquru müsabiqəsinin final nəticələri AÇIQLANDI
Qazax kollecinə yeni direktor təyin edilib
"Bilbacar" müsabiqəsinin final mərhələsi keçiriləcək
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
AzTU SABAH proqramları üçün müəllim vakansiyası elan edir
Keçmiş qaliblər uşaqları olimpiadaya hazırlaşdırırlar
37 mindən çox 11-ci sinif şagirdi məktəbi bitirir - BŞTİ
Doktorant və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək – ƏMR
Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər keçiriləcək
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Aşura gününün vaxtı açıqlanıb
BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 7-ci sinfə şagird qəbulu elan edir
Naxçıvanda MİQ üzrə vakant yerlər elan olundu
Rektor: Regionda ilk dəfə qeyri-akademik TRANSKRİPT təqdim etməyə başlayırıq
“Müasir metodist” müsabiqəsinin nəticələri AÇIQLANIB
UNEC tələbələri təhsil müddətində staj proqramlarına cəlb olunacaqlar – YENİLİK
Emin Əmrullayev TDT Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib
Elm və təhsil naziri YÖK sədri Erol Özvarla görüşüb
Riyaziyyatda zəif olanlar bunları BİLMƏLİDİR
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ!
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır

Kimya-Biologiya Təmayüllü Liseyə qəbul olan şagirdlər və onların valideynləri ilə görüş olub

Kimya-Biologiya Təmayüllü Liseyə qəbul olan şagirdlər və onların valideynləri ilə görüş olub

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali məktəbin tabeliyindəki Kimya-Biologiya Təmayüllü Liseyə qəbul olan şagirdlər və onların valideynləri ilə görüşüb.

tehsilmedia.info xəbər verir ki, rektor Azərbaycan təhsilində həyata keçirilən islahatlardan, bu islahatların müsbət nəticələrindən danışıb. Bildirilib ki, Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin Azərbaycanın ali təhsil müəssisələri arasında özünəməxsus yer tutan Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi ali təhsil ocağına göstərilən yüksək diqqət və etimadın bariz nümunəsidir.

Vurğulanıb ki, “Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər ərzində sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramı”nda universitetin nəzdində ingilisdilli orta məktəbin yaradılması layihəsinin icra olunması da nəzərdə tutulub. Layihənin icrası istiqamətində məhz Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin bazasında yaradılacaq Beynəlxalq Məktəb gələcəkdə ali təhsil müəssisəsi ilə digər ölkələrin ali məktəbləri arasında əməkdaşlığın güclənməsi, birgə proqramların təşkil olunması, həmçinin universitetlərdə yeni məzmunlu proqramların tətbiqi üzrə layihələrin həyata keçirilməsini də mümkün edəcək:” Əminliklə qeyd edə bilərik ki, Azərbaycan təhsil tarixində ilklərə imza atan Naxçıvan Dövlət Universiteti bundan sonra da muxtar respublikada elmin inkişafı istiqamətində öz töhfəsini verməyə davam edəcək”.

Rektor qeyd edib ki, liseyin özəlliyi onun internat tipli olmasındadır:” Liseydə yüksək təhsillə yanaşı, şagirdlərin milli dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verilir. Bu da onların gələcəkdə ölkəmizin hüdudlarından kənarda Azərbaycan elmini layiqincə təmsil etmələrinə şərait yaradacaq”.

Görüşdə liseyin direktoru Nazim Rəhimov çıxış edərək qeyd edib ki, keçirilən imtahanda ümumtəhsil müəssisələrinin 7-ci sinfini bitirən 406 şagird iştirak edib. Nəticələrə əsasən, ən yüksək göstəriciyə sahib 30 qız, 32 oğlan olmaqla, ümumilikdə 62 namizəd liseyə qəbul olub. N.Rəhimov liseyin maddi-texniki, müəllim kollektivi və burada təhsil alan şagirdlərin hüquq və öhdəlikləri barədə də geniş məlumat verib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, şagirdlər və valideynlər liseylə əyani tanış olublar.

Oxşar xəbərlər

Bütün xəbərlər