Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

BMU rektoru sonuncu kursu Koreyada təhsil alacaq tələbələrlə görüşüb

BMU rektoru sonuncu kursu Koreyada təhsil alacaq tələbələrlə görüşüb

Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının (IDP) artıq üçüncü ili başa çatıb.

tehsilmedia.info xəbər verir ki, 3+1 modeli əsasında qurulan proqrama əsasən, tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili - sonuncu kursu isə İNHA Universitetində təhsil almalıdırlar. BMU İNHA İDP-nin ilk qəbul - 2020/2021-ci tədris ilinin 61 tələbəsi IV kurs üzrə təhsilini İNHA Universitetində davam etdirmək üçün 8-9 avqust tarixlərində Koreyaya yola düşəcək. Bununla əlaqədar BMU-nun rektoru, professor Havar Məmmədov Koreyaya göndəriləcək tələbələrlə görüşüb.

Görüşdə Prezident İlham Əliyevin təhsil sahəsinin inkişafına diqqəti və davamlı dövlət qayğısından söz açan rektor ölkənin təhsil infrastrukturunun müasirləşdirilməsi, keyfiyyət göstəricilərinin daha da artırılması, yüksəkixtisaslı kadr hazırlığı, həmçinin ali təhsildə rəqabət mühitinin formalaşdırılması istiqamətində qəbul edilən mühüm qərarlar və icra olunan dövlət proqramlarından danışıb.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənəsi və strategiyasının davamı kimi qəbul olunan proqramlara, o cümlədən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na diqqət çəkən rektor sənəddə ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları yolu ilə təkmilləşdirilməsini, eyni zamanda ölkə üçün ehtiyac duyulan əsas ixtisaslar üzrə minlərlə azərbaycanlı gəncin ali təhsil alması, yüksəkixtisaslı mütəxəssis kimi hazırlanmasına şərait yaradılmasını nəzərdə tutduğunu bildirib.

İkili diplom proqramlarının gənclərimizin dövlət vəsaiti hesabına aparıcı dövlətlərin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almasına xidmət etdiyini vurğulayan Havar Məmmədov deyib ki, BMU-İNHA İDP-nin məzunları ən qabaqcıl elmi nailiyyətlər, innovativ təlim-tədris texnologiyalarının yaratdığı imkanlar hesabına mühəndislik sahəsində yeni nəsil mütəxəssislər kimi yetişərək, ölkəmizin inkişafına töhfə verəcəklər.

Oxşar xəbərlər

Bütün xəbərlər