Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

SN: 1 yaşadək uşaqlara meyvə şirələrini vermək məsləhət görülmür

SN: 1 yaşadək uşaqlara meyvə şirələrini vermək məsləhət görülmür


Körpələrin qidalandırması üçün qəbul edilmiş cədvəllərin olmasına baxmayaraq, bu məsələdə hər bir körpəyə fərdi yanaşmaq lazımdır. Elə uşaq var ki, tez-tez yemək istəyir, digəri isə bir dəfəyə çox yeyir və növbəti qidaya qədər olan müddət onun rejimində daha uzun olur.

TƏHSİL MEDİA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-esperti, həkim-pediatr Tərlan Əyyubov bildirib. Onun sözlərinə görə, eyni zamanda, onlar böyüdükcə həm birdəfəlik qida miqdarları, həm də qidalar arasındakı zaman da artır. Tibb mütəxəssisləri uşaqda aclıq hissi yarananda onları qidalandırmağı məsləhət görürlər:

"Əksər yenidoğulmuşlar hər 2-3 saatdan bir və ya gün ərzində 8-12 dəfə qidalana bilərlər. Həyatın ilk günlərində bir qidalanma həcmi 15-20 ml olur, sonra 30-60 ml-ə qədər qalxır və körpənin 3-4 həftəsinə artıq 60-90 ml-ə kimi çatır.

İki ayadək uşaqlar gün ərzində bədən çəkisinin təqribən 1/5 qədər (600-900 ml) qida qəbul edirlər. İki aylıq körpələr birdəfəyə təqribən 120-150 ml, dörd ayında 120-180 ml gündə 6-8 dəfə yeyə bilərlər. 6-12 ay ərzində uşaqlar gün ərzində 210-240 ml olmaqla 4-6 dəfə qidalana bilərlər. 2-4 aylıq uşaqlar üçün gündəlik qidanın həcmi çəkilərinin 1/6-i, yəni 800-1000 ml, 4-6 ay üçün çəkinin 1/7-i (900-1000 ml), 6 aydan 1 yaşadək isə bu çəkinin təqribən 1/8-i, yəni 1000-1200 ml qədər olur.

6 ayadək uşaqda çəki hər ay təqribən 600-800 qr, 6 aydan sonra isə təqribən 400-600 qr artır. Körpələrin ən azı 6 ayadək ana südü ilə qidalanması çox mühüm əhəmiyyət kəsb edir. Çünki hərtərəfli inkişaf üçün, xüsusən də mədə-bağırsaq sisteminin tədricən ağızdan qəbul edilən qidaya öyrəşməsi, immun sisteminin normal fəaliyyəti, ana-uşaq əlaqələrinin yaranması və s. üçün ana südü ilə qidalandırma çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) körpələrin ilk 6 ay yalnız ana südü ilə qidalanmasını, 6 aydan sonra isə əlavə qidalarla birlikdə 2 yaşa qədər əmizdirilmənin davam etməsini tövsiyə edir.

Əvvəllər meyvə şirələrini, məsələn alma şirəsini 3 ayından sonra başlayaraq vermək məsləhət görülürdüsə, indi isə ümumiyyətlə meyvə şirələrini 1 yaşadək uşaqlara vermək məsləhət görmürlər. 1 yaşadək uşaqların suya olan tələbatları böyüklərdəki kimi deyil. Belə ki, suyun artıq verilməsi bu yaş qrupunda olan uşaqlarda müəyyən problemlərə gətirib çıxara bilər. Körpələrin suya qarşı olan tələbatı bu yaş qrupunda ana südü və ya süni qida ilə tam qarşılanır. Çünki ana südünün və ya süni qidanın demək olar ki, təqribən 95 faizi sudur və onlar həm qidaya, həm də suya olan tələbatı tam ödəmək iqtidarındadırlar. Bu baxımdan, ÜST istər təbii qidalanmada, istərsə də süni qidalanmada olan 6 ayadək uşaqlara su verilməsini məsləhət görmür.

6 aydan bir yaşadək uşaqlarda isə az-az olmaqla gün ərzində 60-100 ml qədər su verilə bilər. Bu suyun qidalardan sonra verilməsi tövsiyə olunur.

Bu yaşda əlavə su verilməsi sutkalıq qəbul olunmalı südün miqdarını azalda bilər, çünki mədə dolacaq, iştah azalacaq. Nəticədə uşaq süd və ya süni qidanı qəbul etməyəcək, sonda böyümə üçün lazımi kalori və qida maddələrini almadığı üçün kütlə və vitamin, mineral defisiti yarana bilər və ya inkişafı yavaşlayar.

Birinci növbədə uşağın yaşına uyğun qidaları seçmələri lazımdır. Hazırda satılan formulaların üzərində yaşdan asılı olaraq “0”,”1”,”2”,”3” yazıları var. “0” yarımçıq doğulan uşaqlar üçün nəzərdə tutulur, “1” nömrə yazılan formulalar 0-6 yaş qrupu, “2” – uyğun olaraq 6-12, “3” isə 12 aydan böyük yaş qrupu üçün nəzərdə tutulub. Yaş artdıqca uşaqların bu və ya digər minerallara, vitaminlərə, kaloriyə ehtiyacları dəyişdiyi üçün bu formulaların da tərkibləri fərqlidir, və uşağa süni qida veriləndə mütləq onun hansı yaş qrupuna aidliyinə fikir vermək lazımdır.

Əgər uşaqda köp problemləri, laktaz çatışmazlıq, reflyuks xəstəliyi, allergiya və s. yoxdursa standart smeslərdən körpələrə verilə bilər. Ancaq hansısa problem varsa, həkimə müraciət etməlidirlər.

Bəzən olur ki, valideynlər öz-özlərinə yüksək və ya hissəvi hidrolizə edilmiş və ya amin turşu tərkibli formulalara keçirlər. Onu bildirmək istərdim ki, bu düzgün deyil. Hissəvi hidrolizə edilmiş formulalar da allergiya yaranma ehtimalı var, yüksək hidrolizə edilmiş və amin turşu tərkibli formulalar isə müalicəvi formulalar olduqlarından onları özbaşına təyin etmək olmaz. Ümumiyyətlə, allergiya əleyhinə olan smesləri təyin etməzdən əvvəl analiz vermək və əmin olmaq lazımdır ki, süd zulallarına qarşı allergiya var ya yox".

Həkim deyib ki, körpənin gecə qidalanması da lazımdır:

"Bu, elmi cəhətdən sübut edilmiş faktlara əsaslanır. Bir yaşa qədər körpələrdə maddələr mübadiləsi sürətlənir, qida daha tez həzm olunur və təbii ki, gecələr onlarda aclıq hissi yaranır. Süni qidalanmada olan uşaqlara gəldikdə isə, onların gecə oyanıb yeməsi ehtimalları daha azdır. Əksər hallarda 6-7 ayından sonra onlar gecələr qidalanma üçün oyanmırlar.

Belə bir məcburiyyət yaranarsa, təbii qidalanan uşaqlarda 6 ayından sonra, süni qidqalananlarda isə bir qədər tez də etmək olar, ancaq kütlə artımı nəzərə alınmaqla. Südverən analar çoxlu su içməlidirlər, təqribən gün ərzində 2-2,5 litrəyə qədər. Eyni zamanda, bol meyvə-tərəvəzdən istifadə olunmalıdır. Südverən anaların qida rasionunun tərkibində kofein olan qidalardan, “Fast food”lardan, yarımfabrikatlardan, ədviyyatlardan, alkoqoldan, tərkibində civə çox olan dəniz məhsullarından (bəzi balıq növləri - tuna balığı, skumbriya və s.) uzaq durmaları məsləhət görülür".

Oxşar xəbərlər


Bütün xəbərlər

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto