Xəbər lentiwidget-title-icon

Qalmaqallı şəkildə işdən çıxarılan bağça direktoru sifarişlə bərait alır?
Məktəblilərimiz XVII Beynəlxalq İnformatika Turnirində uğur qazanıblar
73 saylı tam orta məktəbin önündə İNSİDENT – Valideynlər arasında BIÇAQLANMA !
"Son zəng" tədbirlərinin keçirilmə tarixi açıqlandı
Azərbaycan dili tədrisində yenilik: kurikulum və dərsliklər müasirləşdirilib
Dərsə geçikən tələbələrə davamiyyətdə güzəşt olacaq? - RƏSMİ
Peşə Məktəbinə daha yeni bir TƏYİNAT
Məktəb ətrafında təhlükəsizlik iddiası: məktəbdən rəsmi AÇIQLAMA
Süni intellektlə saxta video və foto düzəldənlərin nəzərinə!
Tərbiyə məqsədilə uşağı döyənlər bu qədər cərimə olunacaq
Təhsilalan və təhsilverənlər arasında vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı təsdiqlənib.
Bu təhsil mərkəzinə direktor müavini təyin EDİLDİ
Bu uşaq məktəbə getmirdi? - Deputatdan ETİRAZ
Yandırılan məktəblinin son durumu açıqlandı
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
DİM müəllim və tələbələr üçün hazırlıq kursları təşkil edib
Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür
Nazir Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb
Növbəti buraxılışın nəticələri bu həftə açıqlanacaq? - DİM
Ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
Direktorların işə qəbulu müsabiqəsi çərçivəsində ixtisas biliklərinin yoxlanılması üzrə test imtahanı keçiriləcək
Ən sadə mətbəx məhsulları ilə belə laboratoriya mühiti yaradırıq – Göygölün fərqli kimya müəllimi
Naxçıvanda məktəblərə 4300 kompüter veriləcək - Nazir
“Azərbaycanda müəllimlərə hər an müraciət etmək mümkündür” - Keniyalı tələbə
ADY şagirdlərə təlim keçdi - Fotolar

İlkin Kainatla müqayisədə zaman axını sürətlənib

İlkin Kainatla müqayisədə zaman axını sürətlənib

Avstraliyanın Sidney və Oklend Universitetinin astrofizikləri 200-ə yaxın kvazarı araşdıraraq zamanın ilkin Kainatda 5 dəfə yavaş axdığı qərarına gəliblər.

Bu barədə "tehsilmedia.info"a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə əsasən, biz çox uzaq və keçmişdə qalmış Kainatın daha yavaş hərəkət etdiyini görməliyik. Kainatın genişlənmə sürəti zamanın axınında onun ləngiməsi ilə əks olunur. Bu qədər keçmişə birbaşa baxmaq mümkün olmasa da, alimlər zamanın axınını izləmək üçün kvazarlardan “saat” kimi istifadə edərək bu nəzəriyyəni təsdiq ediblər.

Kvazarlar ilk qalaktikaların mərkəzində fəal superkütləli qara dəliklərin maddə akresiyası nəticəsində ayrı-ayrı ulduzlardan milyonlarla dəfə daha parlaq parlayan obyektlərdir. Tədqiqatçılar iyirmi il ərzində astronomik müşahidələr zamanı toplanmış, yaşı 2.47-12.17 milyard il olan 190 kvazar üçün müşahidə məlumatlarını tədqiq ediblər. Tədqiqat qrupu hər bir kvazarı müxtəlif diapazonda araşdıraraq bütün kvazarlar üçün zamanın axınını standartlaşdırmağa nail olub. Nəticədə alınıb ki, Kainatın genişlənməsinin sürətlənməsinə görə biz uzaqda olan kvazarların davranışındakı dəyişikliklərin, bizə yaxın olanlardan daha yavaş baş verdiyini görürük.

Sidney Universitetinin professoru Gerant Lyuisin sözlərinə görə, Kainatın yaşının bir milyard ildən bir qədər artıq olduğu bir dövrə nəzər salsaq, zamanın beş dəfə daha yavaş axdığını görürük: “Əgər siz bu körpə Kainatda olsaydınız, 1 saniyə 1 saniyə kimi görünərdi, amma bizim mövqeyimizdən baxanda - 12 milyard ildən çox yaşı olan gələcəkdə, bu vaxt uzanır”.

Kainatdakı məkan və zaman ayrılmaz şəkildə bağlıdır. Kosmosun genişlənməsi səbəbindən uzaqdan gələn işıq da “dartılır” və məsafə artdıqca qırmızı dalğa uzunluğuna doğru sürüşür. Bu hadisə Dopler effekti adlanır. Nəticədə obyekt bizdən nə qədər uzaqlaşırsa, hadisələri bir o qədər ləngiyən zaman axınında müşahidə edirik.

Kvazarların tədqiqatının nəticələri göstərir ki, erkən kainatın bu parlaq obyektləri Böyük Partlayışdan (13.8 milyard il əvvəl baş verib) sonrakı ilk milyard ili qiymətləndirmək üçün standartlaşdırılmış “saat” roluna uyğun gəlir.

Tədqiqat işi bağlı elmi məqalə “Nature Astronomy” jurnalında dərc olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər