Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Dərs, yarış, əyləncə...

Elm və təhsil

21-04-2023, 21:00

Dərs, yarış, əyləncə...

 

"Azərbaycan” səslənir. Səməd Vurğunun məşhur şeirini dünyanın nüfuzlu, türk dünyasının əbədiyaşar liderlərindən biri, azərbaycanlıların dahi şəxsiyyəti Heydər Əliyev səsləndirir. Növbəti bəndləri Aysu Vəliyeva, sonra Nuray Qurbanlı, Nuray Nəbiyeva, Turan Quliyeva, daha sonra Ayşən Tanrıverdiyeva, Tunar Ələkbərov, nəhayət Hüseyn Sadıqov davam etdirir.

Şagirdlərin hər biri özünəməxsus ifa etdiyi bəndlər üçün xüsusi fəallıq göstərir, şeiri adının işığına yığışdıqları Ulu Öndərə sonsuz sevgi ilə davam etdirməyə çalışırlar. Sanki "Azərbaycan” deyəndə səsi titrəyən bəşəri liderdən Azərbaycan sevgisini təhvil alırlar...

Onlar Qazax rayonundakı Qarapapaq kənd ümumi orta məktəbinin VII sinif şagirdləri, kənd məktəbinin ürəyində, Heydər Əliyev sevgisi ilə yanaşı, həm də ədəbiyyat, mütaliə sevgisi, qiraət həvəsi olan yetirmələridir. Dərs onların dərsidir, amma iştirakçı, sadəcə onlar deyillər. Çünki bu, bir dərs deyil, həm də yarışdır. 6, 7 və 8-ci sinif şagirdlərinin qatıldığı yarışı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səyalı Əliyeva Heydər Əliyevin 100 illiyinə həsr edib: "Şagirdlərimizə Heydər Əliyev sevgisi aşılamağın ən yaxşı yoludur, məncə. Onlar Ulu Öndərimizi böyüklərdən eşidir, görüntülərdən tanıyır. Amma ürəklərdə yaşayan, şeirlərdə, nəğmələrdə yaşadılan bir lideri hiss etmək üçün onu anladan, ifadə edən şeirləri əzbərləyib təqdim etmələrini istədim onlardan. Şeir seçimini də özlərinə həvalə elədim. Müsabiqə üçün şeir seçənə qədər Heydər Əliyevə həsr olunan onlarla şeir oxudular. Aralarından ən ürəklərinə yatanını da özləri seçdilər”.

Bəs, müsabiqə təşkilatçısı olan fənn müəllimi iştirakçıları necə seçib?

S.Əliyeva deyir ki, məktəbdə bu 3 sinifdə dərs aparır. Müsabiqə barədə tədris həyata keçirdiyi siniflərə 1 həftə əvvəl elan edib: "Özümün dərs keçdiyim siniflərdə elan etdim ki, ürəyində bəslədiyi Heydər Əliyev sevgisini kim daha yaxşı ifadə etsə, onu mükafatlandıracağam. Elan mətnini hazırlayıb sinif otaqlarına asdım. Bunun üçün də 1 həftə vaxt verdim. VII sinif şagirdləri arasında ədəbiyyata marağı olan uşaqlar üstünlük təşkil edir. Onlarla birgə işləməyin dərs dediyim digər siniflərdə - 6 və 8-ci siniflərdə də effektini görəcəyimi düşündüm. Üstəlik, yarışaraq öyrənmək maraqlı olduğu qədər, yaddaqalan və stimullaşdırıcıdır. Nəinki hədiyyə qazanmaq, sadəcə qalib olmaq həvəsi belə şagirdlərimi öz ana dilini, ədəbiyyatı oxumağa həvəsləndirəcək, Heydər Əliyevi beyinlərinə əbədi həkk etdirəcək”.

Mövzu bəlli olub: "Ədəbiyyatda Heydər Əliyev”. Sinif otaqlarında asılan elandan çox keçmədən bu yarışın iştirakçıları da müəyyənləşib: VI sinifdən 2 nəfər, VII sinifdən 7 nəfər, VIII sinifdən isə 1nəfər iddialı çıxıb. 

Bir həftəlik qızğın hazırlıq şagirdlərlə yanaşı, müəllimin özü üçün də həyəcanlı keçib: "Ümummilli Liderimiz qeyri-adi bacarıqları, ağlı, siyasi qabiliyyəti, uzaqgörən qərarları ilə yanaşı, həm də özünəməxsusluğu ilə xalqın qəlbində taxt qurub. Ona həsr olunan layihə də sıradan olmamalıydı. Ona görə də hər detal üzərində ayrıca işlədim. Hədiyyə seçərkən də, diploma hazırlayarkən də atdığım hər addımın şagirdlərim üçün nəsə ifadə etməsinə çalışdım. Müsabiqənin standart formatda olmaması üçün əlimdən gələni etdim. Nəticədə ortaya çıxan dərs, həm bir yarış oldu, həm də Heydər Əliyevə həsr olunan gecəyə çevrildi”.

Heydər Əliyevin səsi, görüntüləri, onunla bağlı seçilən süjetlerin hər biri dahi lideri anlatdı. Unudulmaz liderin ədəbiyyatda buraxdığı iz anbaan üzə çıxdı, gözlərdə canlandı. Heydər Əliyev danışdı, şagirdlər ona rəy bildirdi, sözünə qüvvət verdi. Bir növ liderləriylə danışdılar, düşüncələrini paylaşdılar. Lider necə olur? Heydər Əliyev nəyi ilə liderdir? Xalq onu niyə sevir? - kimi sualların cavabları ilə bağlı artıq onların hər birinin öz düşüncəsi var. Məsələn, Baba Vəziroğlunun "Sən elə bir zirvəsən” şeri ilə qalib seçilən VII sinif şagirdi Ayşən deyir: "Heydər Əliyev uşaqları sevirdi, uşaqlarla danışanda uşaq kimi olurdu. Onunla bağlı çoxlu şeirlər oxumuşam, videolara baxmışam. Ulu Öndərimizin şeir deməyini dinlədim, hətta mahnı oxuduğunu gördüm videoların birində. Məncə, xalq Heydər Əliyevi onlardan biri kimi davrandığı üçün sevib. Onu mən də sevirəm”.

Müsabiqənin münsiflər heyətində iştirak edən məktəbin direktoru Şəhla Bayramova şagirdləri fəal iştiraklarına - maraqlı şeir seçiminə, gözəl qiraət qabiliyyətlərinə görə təbrik edib: "Seçdiyiniz şeirlər həm maraqlı idi, həm də Ulu Öndərimizi çox doğru anladırdı. Belə bir maraqlı dərsə görə sizi də, müəlliminizi də təbrik edirəm. Məni elə həvəsləndirdiniz ki, lap sizə qoşulub şeir demək istədim. Deyəsən, növbəti yarışda mən də sizə rəqib olacağam”.

Dediyi kimi, həvəslənən məktəb direktoru özünün Ulu Öndərə həsr etdiyi şeirini dedi. Onun şeiri də şagirdləri üçün maraqlı oldu.

Münsiflərin qərarı ilə  VIII sinifdə təhsil alan 3 şagird fərqləndirildi: Ayşən Tanrıverdiyeva, Aysu Vəliyeva və Nuray Nəbiyeva ilk üçlükdə qərarlaşaraq müsabiqənin qalibi seçildilər. Amma bu dərsin qalibi çoxdur. Kənd məktəbində Heydər Əliyev dərsi həm yaddaqalan, həm də maraqlı idi.

Ruhiyyə DAŞSALAHLI

Oxunub: 356
Paylaş:
Digər xəbərlər

Şikayətlər

21-04-2023, 17:33

Goranboyda məktəbi cəngəllik qanunları ilə idarə edən kimdir?: Direktor haqda ŞOK İDDİALAR

Araşdırma / Şikayətlər

18-04-2023, 14:00

İmişli məktəbində ÖZBAŞINALIQ: Direktor təhsil müəssisəsində baş verən cinayəti polisdən gizlədib? - VİDEO

Mədəniyyət

18-04-2023, 10:30

“Heydər Əliyev ideyaları və müasir dövr” mövzusunda respublika konfransı keçirilib - FOTO

Dünya

19-04-2023, 17:30

"Mən birmənalı şəkildə bildirirəm ki, Paşinyan satqındır" - Vanetsyandan ŞOK AÇIQLAMA

Elm və təhsil

19-04-2023, 21:07

AMEA-da “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda respublika elmi konfransı keçirilib

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Dün, 16:35
İmtahan üçün yox, həyat üçün lazım olan fənlər
Dün, 16:22
Monitorinq naminə qanunsuzluq: Təhsili xilas edirik, yoxsa məhv edirik?
Dün, 15:36
"İdrak" Liseyində hansı məşhurların övladları təhsil alır? - MARAQLI
Dün, 15:35
Müəllimə atılan güllə təhsilə dəydi - Hadisənin ilkin analizi
Dün, 15:34
Atəş açan şagird psixopat yox, sosiopatdır - Psixoloq
Dün, 15:34
Gənc tədqiqatçılar BMU-da
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Dün, 16:35
    İmtahan üçün yox, həyat üçün lazım olan fənlər
  • Dün, 16:22
    Monitorinq naminə qanunsuzluq: Təhsili xilas edirik, yoxsa məhv edirik?
  • Dün, 15:36
    "İdrak" Liseyində hansı məşhurların övladları təhsil alır? - MARAQLI
  • Dün, 15:35
    Müəllimə atılan güllə təhsilə dəydi - Hadisənin ilkin analizi
  • Dün, 15:34
    Atəş açan şagird psixopat yox, sosiopatdır - Psixoloq
  • Dün, 15:34
    Gənc tədqiqatçılar BMU-da
  • Dün, 15:24
    "İdrak" insidentlə bağlı müraciət etdi: Dərslər davam edir
  • Dün, 13:01
    Azərbaycan Texniki Universiteti (AzTU) tədris binalarında əsaslı təmir başlanır.
  • Dün, 13:00
    Məktəbdə döyüldüyü iddia edilən şagirdin son durumu
  • Dün, 12:59
    Beynəlxalq standartların Azərbaycanda tətbiqi qaydaları təsdiqləndi
  • Dün, 12:58
    “İdrak” liseyinin rəhbəri danışdı - Hadisə sinif otağında baş verib
  • Dün, 12:57
    Müəllimini güllələyən şagird saxlanıldı - cinayət işi açıldı
  • Dün, 12:56
    Bakıda şagirdin güllələdiyi müəllimin son durumu - RƏSMİ
  • Dün, 12:56
    Atəş açan şagirdin atası rəis müavini olub
  • Dün, 12:55
    Şagird, atası və liseyin mühafizəçisi həbs oluna bilər - AÇIQLAMA
  • Dün, 12:54
    Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı
  • Dün, 12:53
    Məktəblərə şagirdlərin əşyalarını müsadirə etmək hüququ verilsin - TƏKLİF
  • Dün, 12:52
    Təhsil İdarəsi baş verən insdentlə bağlı məlumat yaydı
  • 5-02-2026, 22:06
    Olimpiada qaliblərinin sonrakı taleyi
  • 5-02-2026, 18:26
    VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri
  • 5-02-2026, 18:26
    Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı — Uşaqlarımızı kimlərə əmanət edirik?
  • 5-02-2026, 17:41
    Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib
  • 5-02-2026, 17:40
    DİM: Magistratura imtahanına buraxılış vərəqəsini çap edin
  • 5-02-2026, 17:40
    RFO-nun yarımfinal turu bu tarixdə KEÇİRİLƏCƏK
  • 5-02-2026, 17:39
    BMU Pekin Kimya Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirir
  • 5-02-2026, 17:38
    Ənənəvi kafedra sistemi ləğv olunur: Azərbaycanda İLK
  • 5-02-2026, 16:31
    Bir müəllimin tək arzusu: övladının gələcəyini xilas etmək
  • 4-02-2026, 16:32
    Azərbaycan İsraillə elm və texnologiya sahəsində əməkdaşlığını genişləndirir
  • 4-02-2026, 16:31
    Bu il rezidentura imtahanı elektronlaşacaq
  • 4-02-2026, 16:30
    Məktəbin pəncərəsindən yıxılan şagirdin son vəziyyəti açıqlandı
  • 4-02-2026, 16:30
    DİM: 935 zal nəzarətçisi bazadan çıxarılıb, 6 nəfər məsuliyyətə cəlb edilib
  • 4-02-2026, 16:29
    Ən çox bu fənn müəllimləri imtahanlarda nəzarətçi olur - SİYAHI
  • 4-02-2026, 16:28
    Məleykə Abbaszadə: Kim riyakar, kim səmimidir artıq aydın oldu
  • 4-02-2026, 13:32
    Tam orta statusu kağız üzərində qalan məktəb: Arvana kəndində təhsilin acı mənzərəsi
  • 4-02-2026, 12:52
    İki fəndən sertifikasiyadan keçəcək tarix müəllimləri: Onlara güzəşt lazımdırmı?
Daha çox
2-02-2026, 15:28
Texnologiya fənnin əhəmiyyəti, tədrisi və vacib məqamlar...
2-02-2026, 21:35
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
4-02-2026, 00:01
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində açıq şantaj: qanun yox sayıldı, direktorlar pul verməyə məcbur edildi
4-02-2026, 13:32
Tam orta statusu kağız üzərində qalan məktəb: Arvana kəndində təhsilin acı mənzərəsi
3-02-2026, 08:15
Müsabiqə ilə işə qəbul – bəs idarəetmə bacarığı?
5-02-2026, 22:06
Olimpiada qaliblərinin sonrakı taleyi
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə