Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

ATU ilə Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu gün Azərbaycan Tibb Universiteti ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Universitetdən "tehsilmedia.info"a verilən məlumata görə, imzalanma mərasimi zamanı Biləsuvar Təhsil kompleksinin icraçı direktoru Aqşin Bağırov çıxış edərək kompleksin yaranma tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verib. A.Bağırov 18 oktyabr 2010-cu ildən fəaliyyət göstərən bu kompleksin əsas hədəfinin şagirdlərin şəxsiyyətini və yaradıcı potensialını inkişaf etdirməsi, müstəqil həyata hazır intellektuallar yetişdirmək, milli və bəşəri dəyərlər və liderlik keyfiyyətlərini təlqin etməkdən ibarətdir.

A.Bağırov qeyd edib ki, Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi Dövlət İmtahan mərkəzinin rəsmi statistik təhlillərində son 5 il ərzində ali məktəblərə qəbul göstəricisinə görə ölkə üzrə ardıcıl olaraq birinci yeri tutur: "Yüksək bal toplayan məzunlarımız arasında ATU-nu seçib qəbul olanları çoxdur. Şagirdlərimiz tibb təhsili ilə çox maraqlandırlqarına görə, əməkdaşlıq qurmaq və məktəblilərimizin ATU- dakı ixtisaslar barəsində məlumatlandırılmasını arzulayırıq”.

Görüş zamanı ATU-nun rektoru, professor Gəray Gəraybəyli Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi ilə faydalı əməkdaşlığın olacağından əminliyini bildirib. Rektor G.Gəraybəyli son illər ATU-da aparılan islahatlar, tədris prosesindəki yeniliklər, yeni ixtisasların açılması haqqında məlumatı görüş iştirakçılarının diqqətinə çatdırıb:

"Kompleks şagirdlərinin ATU-dakı təhsil prosesi, qurulan tədris sistemi ilə tanış etməyə çox şad olarıq. Şagirdləri universitetimizin Anatomiya Muzeyi, treninq mərkəzləri və s. ilə yanaşı, həm də tələbələrin sosial həyatı ilə də tanış edəcəyik. Çünki müasir dövrdə tələbələrin peşəkar kadr kimi yetişməsi ilə yanaşı, həm də ictimai baxımdan aktiv olmasına böyük ehtiyac var”.

Rektor Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin rəhbərliyini ATU-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirə dəvət edib.

Sonra çıxış edən ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev qonaqlara universitetin Hərbi tibb fakültəsi haqqında məlumat verib. Milli qəhrəman M.İbrahimovun adını daşıyan lisey şagirdlərində bu fakültəyə qarşı daha çox marağın olduğu da vurğulanıb.

Görüşün sonunda tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb. Görüşdə Ülvi Həzizadə İcraçı direktorun assistenti, ATU-nun Təlim-tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov, I müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov, II müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh
Mədətli, İctimai səhiyyə fakültəsinin dekanı Qalina Qəniyeva, stomatologiya fakültəsinin dekanı Səid Əhmədov, ATU-nun Kimya kafedrasının müdiri Rəvan Məmmədov, Biologiya kafedrasının müdiri Vəfa Xankişiyeva, Kimya müəllimi Vüsalə Pənahova, Mətbuat xidmətinin rəhbəri Günel Aslanova, Tələbə Həmkarlar Komitəsinin sədri Qoşqar İsmayılov iştirak ediblər.

ATU ilə Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında əməkdaşlıq memorandumu imzalanıb

ATU ilə Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında əməkdaşlıq memorandumu imzalanıb

ATU ilə Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında əməkdaşlıq memorandumu imzalanıb

ATU ilə Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında əməkdaşlıq memorandumu imzalanıb

ATU ilə Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında əməkdaşlıq memorandumu imzalanıb

Oxşar xəbərlər

Bütün xəbərlər