Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

İyunun 16-da AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurası­nın növ­bə­ti iclası keçirilib.

Bu barədə "tehsilmedia.info"a AMEA-dan bildirilib.

İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva açaraq gündəlikdə duran məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İclasda AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinə, onun ictimai-siyasi və mənəvi həyatına misilsiz xidmətlər göstərən dahi bir şəxsiyyət kimi daxil olub. Vurğulayıb ki, dəyərlər problemi fəlsəfə, sosiologiya, həm də psixologiyanın tədqiqat obyektinə daxildir. Bu kontekstdə ictimai elmlərlə əlaqəli müzakirələrdə dəyər mövzusu xüsusi əhəmiyyət kəsb edir. Qloballaşan dünyada mənəvi dəyərlərin deqradasiyası, tarixin süzgəcindən keçərək təşəkkül tapmış milli-mənəvi düşüncə sisteminin qeyri-ənənəvi mühit üçün “hazır” vəziyyətə gətirilməsi, yad düşüncə və həyat tərzinin doğmalıq kəsb etməsi heç kəsdə şübhə doğurmur, əksinə, ziyalıları, elm adamlarını düşündürür və narahat edir. Bu baxımdan, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənə­lərinin zənginləşdirilməsinə çalışıb.

Məruzəçi həmçinin diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirib. Onun sözlərinə görə, məhz o dövrdə əsası qoyulan və bu gün uğurla həyata keçirilən uzaqgörən siyasətin nəticəsidir ki, hazırda ölkəmizdə 2166 məscid, 14 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Hazırda ölkədə 945 dini icma qeydiyyatdan keçib: “Bütün bu uğurlara Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründən başlayaraq ölkəmizdə dövlət-din münasibətlərinin hüquqi tənzimlənməsi, bütün dinlərin fəaliyyətinə sərbəst şərait yaradılması və bu sahəyə böyük diqqət və qayğı göstərilməsi nəticəsində nail olunub”.

Sonra mövzuya dair müzakirələr aparılıb.

Daha sonra bir sıra elmi-təşkilati və kadr məsələləri müzakirə olunub.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji materiallarının saxlanılması fondunun bazasında Nadir tapıntılar fondunun yaradılması, Azərbaycanı tədqiq edən və öyrənən cəmiyyətin yaradılmasının 100 illik yubileyi ilə bağlı və s. məsələlər müzakirə edilib, AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

İclasda akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, professor Elman Quliyevə 65 illik yubileyi münasibətilə AMEA-nın İctimai Elmlər Bölməsinin Fəxri fərmanı təqdim edilib.

Sonda akademik Gövhər Baxşəliyeva bir sıra məsələlərlə əlaqədar müəssisələrin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

Oxşar xəbərlər

Bütün xəbərlər