Xəbər lentiwidget-title-icon

SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər
Azərbaycanda mühəndislik və texnologiya üzrə YENİ universitet yaradılacaq
Səfir: TDT çərçivəsində əməkdaşlıq daha da gücləndirilməlidir
Türkoloji Qurultayın yubileyi münasibətilə 100 tələbə TƏQAÜDƏ layiq görüləcək - Firudin Qurbanov
"Yaxşı müəllim də səhv edə bilər"- Məleykə Abbaszadə
175 nömrəli məktəbin X sinif şagirdi pəncərədən yıxılıb
Folklor İnstitutunda “Ğaib dünya” və “Dağ-insan arxetipi” mövzularında məruzələr dinlənilib
“Bilim Quba” mərkəzi - 1 il
AZCON Mühəndislik və Texnologiya Məktəbi Münxen Texniki Universitetinin akademik bazası üzərində formalaşdırılır
İxtisasların tədris proqramları YENİLƏNİB
Rektor: “Tələbələr auditoriyalarda müəllim qismində çıxış edirlər”
Həsən Həsənli: Ən müasir təhsil məzmunu tətbiq olunacaq
Rəşad Nəbiyev: Universitetdən iş mühitinə qədər bütün mərhələləri əhatə edən proqram hazırlanıb
Ucar rayon təhsil sektoruna YENİ müdir təyin olunub
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb

BDU-da özbəkistanlı alimlərlə görüş olub - FOTO

BDU-da özbəkistanlı alimlərlə görüş olub - FOTO

Özbəkistanın Səmərqənd Dövlət Universiteti, Termez Dövlət Universiteti, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin bir qrup professor-müəllim heyəti Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində olublar.

BDU-dan "tehsilmedia.info"a bildirilib ki, görüş zamanı fakültə rəhbərliyi tərəfindən dost və qardaş ölkədən gələn qonaqlara ölkəmizdəki təhsil mühiti, Azərbaycanın ilk universiteti olan BDU-nun tarixi və bu günü, eyni zamanda İnformasiya və sənəd menecmenti fakültəsi barədə geniş məlumat verilib.

Görüşdə çıxış edən Səmərqənd Dövlət Universitetinin professoru Əzimidin Nəsirov “Heydər Əliyev İli”ndə Azərbaycanda və Ümummilli Liderin məzunu olduğu BDU-da olmaqlarından məmnunluğunu ifadə edib. O, eyni soya, ortaq tarixə və mədəniyyətə malik xalqlarımızın dostluq və qardaşlıq münasibətlərindən bəhs edərək özbəklərin hər zaman Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük maraq göstərdiyini vurğulayıb. Qardaş ölkələr arasında əlaqələrin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdıran natiq hazırda Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səyləri ilə dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə çatdığını bildirib.

Son illər Azərbaycanla Özbəkistan arasında elmi əlaqələrin gücləndiyini, xüsusilə BDU ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq haqqında müqavilələrin imzalandığını qeyd edən professor Əzimidin Nəsirov birgə elmi konfransların təşkili, müəllim-tələbə mübadiləsi və bu kimi digər məsələlərlə bağlı əməkdaşlığı yüksək qiymətləndirib.

Sonra Termez Dövlət Universitetinin dosentləri Normat Yuldaşev, Maksuda Berdimuradova, Batır Akbotayev, Gözəl Hümmətova, Hüriyyət Mühiddinova, baş müəllim Yulduz Haitova və Özbəkilstan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin müəllimi Gülnaz Çurakulova məruzələrlə çıxış ediblər. Qonaqlar həmçinin fakültənin professor-müəllim heyəti və tələbələri ilə müxtəlif mövzularda diskussiya aparıblar.

BDU-da özbəkistanlı alimlərlə görüş olub - FOTO

BDU-da özbəkistanlı alimlərlə görüş olub - FOTO

BDU-da özbəkistanlı alimlərlə görüş olub - FOTO

BDU-da özbəkistanlı alimlərlə görüş olub - FOTO

BDU-da özbəkistanlı alimlərlə görüş olub - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər