Xəbər lentiwidget-title-icon

TİF-in keçirdiyi müsabiqənin qalibləri açıqlandı
Qarabağ Universitetində mədəniyyət gecəsi keçirilib
SABAH doktorantlarına ikiqat təqaüd veriləcək
Doktoranturada yenilik: SABAH proqramı tətbiq ediləcək
"BilBacar"ın finalçıları ELAN olunub
Nazir iyunda vətəndaşları qəbul edəcək - SİYAHI
7 iyunda qəbul imtahanı verənlərin NƏZƏRİNƏ!
İlham Əliyevin siyasəti müstəqilliyimizin bu gününün və sabahının qarantıdır
ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı - TƏFƏRRÜAT
Tibb təhsili üçün xaricə axın var - Gənclər niyə geri dönmür?
Nazir İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan Korpusunda olub
"İdrak" liseyində müəllimi güllələyən şagirdin məhkəməsi başlayır
Qəbul imtahanlarında “köməklik” göstərən şəxslərə hökm oxundu
Yararsız vəziyyətdə olan məktəblərin sayı ildən-ilə azalır
Sumqayıt baxçasında örnək dərs: Körpələrə Vətən sevgisi aşılandı...
FİKRƏT FƏRHADOĞLU - 50: BİR İCİM SU KİMİ İCİLƏN ÖMÜR...
UNEC-in SABAH Mərkəzinin rəhbəri vəfat etdi
Bu gün 56 mindən çox abituriyent qəbul imtahanı VERƏCƏK
“Bakı Fəaliyyətə Çağırış” sənədi
FİKRƏT FƏRHADOĞLU - 50: BİR İCİM SU KİMİ İCİLƏN ÖMÜR...
“Bakı Fəaliyyətə Çağırış” sənədi
Sertifikasiya imtahanında texniki xəta: bəzi nəticələrdə fərqlər yaranıb
Bu qrupda rəqabət pik həddə çatır - Təhsil ekspertindən XƏBƏRDARLIQ
Yerə düşən Azərbaycan bayrağını qaldıran məktəbli mükafatlandırıldı - FOTO

İlham Əliyevin siyasəti müstəqilliyimizin bu gününün və sabahının qarantıdır

Milli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəqilliyin möhkəmləndirilməsi istiqamətində atdıqları addımlar müasir dövrdə Azərbaycanı Cənubi Qafqazda sabit, suveren və nüfuzlu bir dövlətə çevirdi.

SSRİ-nin süqutu Azərbaycanın müstəqilliyinin bərpasına yol açdı. 18 oktyabr 1991-ci ildə “Dövlət Müstəqilliyinin Bərpası haqqında” Qanun qəbul edildi və müasir Azərbaycan Respublikası ADR-in hüquqi varisi elan olundu.

Bu qərarın dərin tarixi əhəmiyyəti var idi. Azərbaycan 1920-ci ildə kəsilən dövlətçiliyinin davamlılığını bərpa etdi. Müstəqillik Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrinə qayıdış və onun siyasi irsinin davamı kimi qəbul edildi.

Lakin müstəqilliyin ilk illərində xalqımız daxili ictimai-siyasi böhran, iqtisadi tənəzzül, daxili qeyri-sabitlik təhlükəsi və bəzi hallarda satqınlıq, Ermənistan-Azərbaycan münaqişəsinin acı nəticələri kimi ağır sınaqlarla üzləşdi. Böyük mənada dövlət müstəqilliyimizə və ərazi bütövlüyümüzə ciddi təhdidlər yarandı.

Məhz bu məqamda müstəqilliyin formal şəkildə elan olunması ilə onun reallıqda təmin edilməsi arasında yerlə-göy qədər fərq olduğu sübuta yetirildi.

Bu baxımdan, müstəqil Azərbaycanın tarixində dönüş nöqtəsi böyük siyasətin patriarxı Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı oldu. Onun fəaliyyəti Azərbaycan dövlətçiliyinin qorunmasında əsas rol oynadı. Heydər Əliyevin rəhbərliyi altında dövlət qurumlarının fəaliyyəti sabitləşdirildi, daxili siyasi xaosun qarşısı alındı, davamlı iqtisadi inkişafın və qüdrətli ordunun yaradılmasının təməli qoyuldu.

Xüsusilə Azərbaycanın neft siyasəti və ölkəyə genişmiqyaslı xarici investisiyalar cəlb etməyə, beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməyə imkan verən “Əsrin müqaviləsi”nin imzalanması mühüm əhəmiyyət kəsb edirdi.

Heydər Əliyevin formalaşdırdığı müstəqil Azərbaycanın strateji modeli güclü dövlətçilik, milli maraqların qorunması, çoxvektorlu diplomatiya və suverenliyin möhkəmləndirilməsi prinsiplərinə əsaslanırdı. Müasir müstəqil Azərbaycan dövlətçiliyinin təməli məhz həmin dövrdə qoyuldu.

2003-cü ilin oktyabr ayında Azərbaycan Prezidenti seçilən İlham Əliyev layiqli davamçı kimi dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi siyasi kursunu inkişaf etdirərək bu müstəvidə qazandığımız uğurları daha yüksək zirvələrə qaldırdı. Onun müdrik siyasəti və strateji düşüncəsi sayəsində XXI əsrdə beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirən Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətinə çevrildi.

Prezident İlham Əliyevin rəhbərliyi altında yeni uğurlara imza atan müasir Azərbaycan sabit dövlət qurumları, müstəqil xarici siyasəti, böyük beynəlxalq nüfuzu, enerji və nəqliyyat layihələrində aparıcı rolu ilə seçilir.

Ölkəmiz Avropa ilə Asiyanı birləşdirən beynəlxalq logistika və enerji marşrutlarında mühüm qovşaq rolunu oynayır, əsas infrastruktur təşəbbüslərində fəal iştirak edir və bir çox ölkələr üçün strateji tərəfdaş kimi mövqeyini gücləndirir.

Prezident İlham Əliyev ADR tarixinin dərslərinə xüsusi diqqət yetirir. Bu kontekstdə dövlət siyasətinin prioritetləri sırasında ordunun gücləndirilməsi, siyasi sabitliyin təmin edilməsi, milli birliyin və dövlət suverenliyinin qorunması, müstəqil xarici siyasət əsas hədəflərdir.

ADR-dən fərqli olaraq, müasir Azərbaycan sabit idarəetmə sisteminə, güclü silahlı qüvvələrə və geniş beynəlxalq əlaqələrə malikdir ki, bu da dövlətin milli maraqlarını müdafiə etmək qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.

Məhz bu reallığa söykənən siyasət nəticəsində 2020-ci ildə İkinci Qarabağ savaşında qazanılan Şanlı Qələbə və 2023-cü ildə keçirilən ildırımsürətli antiterror əməliyyatı ilə son 200 illik tariximizdə ilk dəfə işğal olunmuş ərazilərimiz azad edildi və suverenliyimiz tam bərpa olundu.

ADR-in və müasir Azərbaycanın tarixi göstərir ki, müstəqillik yalnız rəsmi bəyannamə deyil, həm də milli maraqları müdafiə etmək, daxili sabitliyi təmin etmək və müstəqil strateji siyasət yürütmək bacarığı tələb edir. Bu gün Azərbaycan mürəkkəb beynəlxalq mühitdə davamlı dövlətçiliyin və milli suverenliyin ardıcıl şəkildə möhkəmləndirilməsi nümunəsini sərgiləyir.

Bu isə o deməkdir ki, 108 il əvvəl ADR-in ilk dəfə yüksəltdiyi üçrəngli bayraq bu gün etibarlı əllərdədir və “Dəmir Yumruq” bu reallığı qorumaq əzmindədir.

Sahil İsgəndərov, politoloq

Oxşar xəbərlər

Bütün xəbərlər