Xəbər lentiwidget-title-icon

Neçə abituriyent 300 bal topladı ?
15 mart imtahanının nəticələri AÇIQLANDI
Şagirdlərin zəhərlənməsi ilə gündəmə gələn şirkətə 9 milyonluq tender verildi
Apellyasiyaya müraciət edənlərin diqqətinə: balınız azala da bilər - DİM
Qlobal təhsil təcrübələrini birləşdirən “Yeni çağırışlar” kitabı təqdim edilib
“Son zəng”də geyim müzakirəsi - məktəb forması məcburi ola bilərmi?
ADNSU tələbələri üçün açıq dərs
İncəsənət məktəblərinə qəbul başlayır
Məktəblilər PIRLS 2026 tədqiqatına cəlb olunub
Ağstafada bıçaqlanan məktəbli evə buraxılıb - YENİLƏNİB
Emin Əmrullayev internat məktəblərinin direktorları ilə görüşüb
Qəbul imtahanlarına qeydiyyat davam edir
Abituriyentlər asan yolu seçir - hədəf ixtisas deyil, tələbə olmaqdır...
Ayla Həsənova-Məmmədova: Azərbaycan gəncliyi əvvəl vətəni müdafiə etdi, bu gün isə qayıdışı qurur
Ayla Həsənova-Məmmədova: Azərbaycan gəncliyi əvvəl vətəni müdafiə etdi, bu gün isə qayıdışı qurur
Azərbaycanın təhsil yolu özünəməxsusdur - Nazir müavini
“Pligrim_edu” adlı təhsil şirkəti vətəndaşın 2000 manatını belə mənimsədi.
“Əlaçı” televiziya layihəsinin seçim turuna qeydiyyat BAŞLADI
Şagirdlər arasında texnoloji olimpiada keçirilib
Sertifikasiya imtahanları: bu fənn müəllimləri üçün riskli OLACAQ
ADNSU tələbələri beynəlxalq hakatonda birinci yerə layiq görülüblər
Emin Əmrullayev Yunanıstan səfiri ilə görüşüb
Disleksiya: oxuma çətinliyi, yoxsa fərqli öyrənmə tərzi?
Bu gün Beynəlxalq Yer kürəsi Günüdür
Şagirdlər üçün “Mənim qəhrəmanım” müsabiqəsi elan olunub

Ayla Həsənova-Məmmədova: Azərbaycan gəncliyi əvvəl vətəni müdafiə etdi, bu gün isə qayıdışı qurur

“Qarabağ məsələsi Azərbaycan gənci üçün heç vaxt yalnız siyasi məsələ olmayıb. Bu məsələ bizim milli yaddaşımızın, kimliyimizin, ədalət duyğumuzun və gələcək təsəvvürümüzün bir hissəsi olub”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova Qarabağ Universitetində keçirilən “Qayıdış: Gənclər Forumu” çərçivəsində təşkil olunan “Qayıdış hüququ və beynəlxalq hüquq: normativ və tətbiqi yanaşmalar” mövzusunda panel sessiyada çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, Qarabağa qayıdış yalnız coğrafi dönüş deyil, eyni zamanda yaddaşın, tarixi ədalətin, milli ləyaqətin, həyatın, təhsilin və gələcəyin bərpasıdır. A. Həsənova-Məmmədova diqqətə çatdırıb ki, müharibədən əvvəlki, müharibə dövrü və müharibədən sonrakı qayıdış mərhələsinin hər birində Azərbaycan gəncliyinin rolu aydın şəkildə görünüb.

Onun sözlərinə görə, müharibədən əvvəlki dövrdə gənclərin əsas missiyası milli yaddaşı qorumaq olub. “Gənclər Qarabağ həqiqətlərini yaşadıb, bu məsələni yalnız tarixi fakt kimi deyil, gələcək vəzifə kimi qəbul ediblər”, – deyə o bildirib.

Ayla Həsənova-Məmmədova vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncliyi həm cəbhədə, həm də informasiya məkanında fəallıq nümayiş etdirib. Gənclər sosial mediada Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırıb, dezinformasiyaya qarşı mübarizə aparıb və milli həmrəyliyin formalaşmasına töhfə veriblər:

“Bu müharibə göstərdi ki, rəqəmsal vətəndaşlıq artıq sadəcə onlayn aktivlik deyil, milli məsuliyyət məsələsidir”.

Müharibədən sonrakı mərhələyə toxunan çıxışçı bildirib ki, hazırda əsas vəzifə qayıdışı davamlı həyata çevirməkdir. Bu proses yalnız fiziki bərpa ilə məhdudlaşmır, eyni zamanda sosial, akademik və mədəni mühitin formalaşdırılmasını da əhatə edir.

A. Həsənova-Məmmədova qeyd edib ki, Qarabağ Universiteti bu baxımdan xüsusi simvolik əhəmiyyət daşıyır. “Burada təhsil alan hər bir tələbə göstərir ki, Qarabağa qayıdış artıq reallıqdır və bu proses gənclərin iştirakı ilə davam edir”, – deyə o bildirib.

O əlavə edib ki, bu gün gənclərin rolu yalnız müdafiə ilə məhdudlaşmır, onlar eyni zamanda quruculuq, innovasiya, təhsil və ictimai inkişaf proseslərinin əsas aparıcı qüvvəsinə çevriliblər.

Çıxışçı sosial medianın əhəmiyyətinə də diqqət çəkərək bildirib ki, münaqişənin hərbi mərhələsi bitsə də, informasiya mübarizəsi davam edir. Bu baxımdan gənclərin məlumatlı, məsuliyyətli və təşəbbüskar şəkildə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Sonda A. Həsənova-Məmmədova qeyd edib ki, Azərbaycan gəncliyi Qarabağ məsələsində hər zaman fəal mövqe nümayiş etdirib və bu proses bu gün də davam edir:

“Azərbaycan gəncliyi əvvəl yaddaşı qorudu, sonra həqiqəti və vətəni müdafiə etdi, bu gün isə qayıdışı və həyatı qurur. Qarabağ yalnız azad edilmiş torpaq deyil, qurulan gələcəkdir və bu gələcəyin əsas daşıyıcısı məhz gənclərdir”.

Oxşar xəbərlər

Bütün xəbərlər