Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Təqaüd alan tələbələrin sayı artacaq - məbləğdə dəyişiklik gözlənilir?

Təqaüd alan tələbələrin sayı artacaq - məbləğdə dəyişiklik gözlənilir?
Növbəti tədris ili üçün ali təhsil müəssisələrində dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təqribən 5 min 210 nəfər artırılaraq 151 min 100 nəfərə çatdırılması nəzərdə tutulur. Eyni zamanda, təqaüd alan tələbələrin sayının 7 min 520 nəfər artırılaraq 121 min 280 nəfər olması planlaşdırılır.

Maraqlıdır ki, təqaüd alan tələbələrin sayının artırılması büdcə vəsaitlərinin bölüşdürülməsi baxımından təqaüdlərin məbləğinin artırılmasının qarşısını ala bilərmi?

Mövzu ilə bağlı AzEdu.az-a danışan iqtisadçı Günay Hüseynov bildirib ki, müzakirə olunan plan ümumi yanaşma baxımından müsbət addım kimi qiymətləndirilə bilər:

175689

“Ölkədə mövcud olan sosial-iqtisadi çətinliklərə, eləcə də əmək bazarında müşahidə olunan problemlərə baxmayaraq, təhsilə maraq yüksək səviyyədə qalmaqdadır. Bu fakt cəmiyyətin gələcəyə yönəlik strateji baxışının göstəricisi kimi qiymətləndirilə bilər.

Təqaüdlərin artırılmasının tələbələrin iqtisadi vəziyyətinə təsirinə gəldikdə isə, bu artımın birbaşa pul vəsaiti formasında deyil, daha çox sosial paket mexanizmi çərçivəsində həyata keçirilməsi daha məqsədəuyğun hesab edilə bilər. Belə yanaşma həm tələbələrin real xərclərinin azaldılmasına, həm də regionlarda daha əlverişli sosial mühitin formalaşmasına xidmət edər. Eyni zamanda, regionlarda üstünlüklərin yaradılması paytaxt Bakıda süni qiymət artımının və nəqliyyat sıxlığının müəyyən qədər qarşısının alınmasına da müsbət təsir göstərə bilər.

Ölkədə inflyasiya səviyyəsinin yüksəlməsi, mal və xidmətlərin qiymətlərində artım, eləcə də bazarda qeyri-sağlam rəqabət mühitinin mövcudluğu nəzərə alındıqda, təqaüdlərin nə qədər artırılmasından asılı olmayaraq, onların tələbələrin bütün tələbatlarını tam şəkildə qarşılaya bilmədiyi aydın görünür. Bu vəziyyət tələbələrin minimum ehtiyacları ilə real yaşayış xərcləri arasında ciddi uyğunsuzluğun mövcud olduğunu göstərir. Məhz bu səbəbdən sosial-iqtisadi dəstək paketlərinin tətbiqi daha səmərəli yanaşma kimi çıxış edir.

Nümunə olaraq, tələbələr üçün aylıq uyğun məbləğli nəqliyyat paketlərinin tətbiqi, market və mağazalarda ümumi alış məbləğinə 10 faiz endirimlərin verilməsi, eləcə də evlərini tələbələrə kirayə verən şəxslərin tələbənin təhsil müddəti ərzində vergidən azad olunması kimi mexanizmlər göstərilə bilər. Bundan əlavə, bayram günlərində hava nəqliyyatında 10 faiz, dəmir yolu və şəhərlərarası sərnişin daşımalarında isə 30 faiz tələbə endirimlərinin tətbiqi sosial yükün azaldılmasına mühüm töhfə verə bilər".

Təcrübə göstərir ki, valideynlər övladlarının təhsil alması naminə şəxsi istək və ehtiyaclarını ikinci plana keçirirlər:

“Bu baxımdan, dövlət tərəfindən münbit və etibarlı sosial mühitin yaradılması xüsusi əhəmiyyət daşıyır. Valideyn bilməlidir ki, hər hansı çətinlik yaranacağı təqdirdə, övladının arxasında güclü dövlət dəstəyi mövcuddur. Hazırkı şəraitdə valideyn dəstəyi olmadan tələbələrin əksəriyyətinin kirayə haqqını, gündəlik xərclərini və ya ödənişli əsaslarla təhsil alanların təhsil haqqını qarşılamaq faktiki olaraq mümkün deyil. Hətta dövlət hesabına təhsil alan tələbələr üçün belə mövcud təqaüd məbləğləri kifayət etmir.

Əmək bazarına inteqrasiya məsələsinə gəldikdə isə, bu prosesin müəyyən dərəcədə müsbət təsir göstərə biləcəyi qeyd olunmalıdır. Lakin bu təsirin səviyyəsi birbaşa tələbənin bilik və bacarıqlarından, eyni zamanda ali təhsil müəssisələrinin kadr hazırlığı keyfiyyətindən asılıdır. Mövcud vəziyyət göstərir ki, ali təhsil sistemi əmək bazarının real tələbləri ilə tam uyğunlaşmayıb.

Məsələn, universitet məzunundan mühasib vəzifəsində çalışmaq üçün 1C proqram təminatı üzrə bilik tələb olunduğu halda, bu bacarıqlar ali təhsil müəssisələrində kifayət qədər tədris edilmir. Nəticədə məzun əlavə olaraq özəl kurslara müraciət etməyə məcbur qalır. Bu isə həm vaxt, həm də maliyyə baxımından əlavə yük yaradır. Ona görə də yeni tədris proqramları və dərsliklər sovet dövrünün köhnəlmiş yanaşmalarından uzaqlaşdırılmalı, müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Yalnız bu halda ali təhsil sistemi iqtisadi səmərəliliyə və dayanıqlı insan kapitalının formalaşmasına real töhfə verə bilər”.

Oxşar xəbərlər

Bütün xəbərlər