Milli dəyərlər, həmrəylik və sevinc dolu bir gün
Binəqədi rayon Rövşən İmanov adına 205 nömrəli tam orta məktəbin 1 “A” sinif şagirdləri sinif rəhbəri Saadət Adnalıyeva rəhbərliyi ilə 29.12.2025-ci il tarixində unudulmaz və mənalı bir ekskursiyada iştirak etdilər. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 Yanvar – Yeni il münasibətilə təşkil olunan bu ekskursiya təkcə gəzinti deyil, eyni zamanda dərin tərbiyəvi və maarifləndirici məzmun daşıyırdı.
Ekskursiya zamanı şagirdlərə milli dəyərlər aşılandı, həmrəylik, birlik və vətənpərvərlik hissləri formalaşdırıldı. Şəhərin bayram ab-havası, yeni ilin atributları, bəzədilmiş məkanlar uşaqlarda mənəvi-estetik zövqün inkişafına, müşahidə və sosial bacarıqların formalaşmasına xidmət etdi.
Bu tədbirin ən önəmli cəhətlərindən biri isə müəllim–valideyn–şagird əməkdaşlığının yüksək səviyyədə qurulması oldu. Valideynlər arasında ünsiyyət və qarşılıqlı dəstək gücləndi, xüsusilə sinifdə təhsil alan inkluziv şagirdlərin valideynlərinə göstərilən həssas yanaşma və dəstək təqdirəlayiq idi. Paralel olaraq valideynlər üçün maarifləndirici söhbətlər aparıldı, inklüzivlik və sağlam sosial mühit anlayışları möhkəmləndirildi.
Hər detalı əvvəlcədən düşünülmüş, “ölçülüb-biçilmiş” şəkildə planlaşdırılmış bu ekskursiya şagirdlər üçün tam təhlükəsiz, sağlam və rahat mühitdə keçirildi. Uşaqlar sevinc dolu anlar yaşadı, yaddaşlarında silinməz xatirələr formalaşdı.
Bu mənalı və yüksək təşkilatçılıqla həyata keçirilmiş ekskursiyaya görə sinif müəllimi Saadət Adnalıyevaya dərin təşəkkürümüzü bildiririk. Belə təşəbbüslər bir daha sübut edir ki, peşəkar, məsuliyyətli və uşaqların qəlbinə yol tapmağı bacaran müəllimlərə hər zaman ehtiyac var.
Bu cür tədbirlər gələcəyimiz olan uşaqların sağlam düşüncəli, dəyərlərinə bağlı və sosial cəhətdən fəal şəxsiyyət kimi yetişməsində mühüm rol oynayır.
Ekskursiyadan kiçik bir video sizlərə təqdim edirik:




























