Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

Doğru qiymətləndirmə= sağlam şəxsiyyət

“Qiymətləndirməni başa düşmədən təhsildə irəliləyiş mümkün deyil"

Biz məsələnin mahiyyətini başa düşmək üçün metodika üzrə mütəxəssis, təlimçi-pedaqoq, təhsil mütəxəssisi Sevinc Məmmədova ilə müsahibə hazırladıq. Həmin müsahibəni sizə təqdim edirik.

– Təhsildə tez-tez eşitdiyimiz narazılıqlardan biri qiymətləndirmə ilə bağlıdır. Sizcə, bu narazılıqların əsas səbəbi nədir?

– Əsas səbəb qiymətləndirmənin mahiyyətinin düzgün başa düşülməməsidir. Metodika, pedaqogika və psixologiyanı bilmədən qiymətləndirməni yalnız “bal vermək”, “yoxlamaq” kimi qəbul edirlər. Halbuki müasir təhsildə qiymətləndirmə öyrənmənin tərkib hissəsidir. Mən çox vaxt valideyn və müəllimlərlə söhbətlərdə elmi və metodiki əsasları izah etdikdə görürəm ki, yeni təhsil proqramına keçidin nə qədər doğru qərar olduğunu qəbul edirlər.

– Demək olar ki, problem proqramdan yox, maarifləndirmənin zəifliyindən qaynaqlanır?

– Tam olaraq belədir. Proqram özü kifayət qədər müasir və əsaslandırılmışdır. Amma hər bir dəyişiklik insanlara izah olunmalıdır. Müəllim də, valideyn də bilməlidir ki, niyə belə qiymətləndiririk, nəyi ölçürük və bunun uşağa nə qazandırdığı nədir. Sadəcə “konstruktiv rəy verin” deməklə məsələ həll olunmur. Konstruktiv rəy verdikdə nə baş verir, uşağın psixologiyasında hansı dəyişikliklər yaranır – bunlar açıqlanmalıdır.

– Konstruktiv rəy uşağın inkişafına necə təsir edir?

– Konstruktiv rəy uşağın davranışına yox, fəaliyyətinə yönəlir. Bu, çox mühüm fərqdir. Biz uşağı yox, onun gördüyü işi qiymətləndiririk. Bu zaman uşaq özünü şəxsiyyət kimi təhlükədə hiss etmir, əksinə, inkişaf etməyə motivasiya olunur. Elmi araşdırmalar da göstərir ki, bu yanaşma uzunmüddətli öyrənməni və daxili motivasiyanı gücləndirir.

– Siz tez-tez “tərif” məsələsinə də diqqət çəkirsiniz. Burada risk nədir?

– Bu gün ən böyük problemlərdən biri narsisizmdir. Səbəbsiz, ölçüsüz və şəxsiyyətə yönəlmiş tərif uşağı inkişaf etdirmir, onu özünə vurğun edir. Özünü həddən artıq tərifləyən, amma real bacarıqları formalaşmayan uşaqlar gələcəkdə ciddi sosial və psixoloji çətinliklər yaşayırlar. Bu, təhlükəli tendensiyadır.

– Bəs düzgün tərif necə olmalıdır?

– Düzgün tərif konkret fəaliyyətə əsaslanmalıdır: “Sən ağıllısan” yox, “Bu tapşırığı yerinə yetirərkən məntiqi düzgün qurmuşdun”. Belə olduqda biz şagirddən sadəcə nəticə yox, şəxsiyyət yetişdiririk. Uşaq anlayır ki, zəhmət çəkdikdə, düşündükdə, çalışdıqda uğur qazanır.

– Müəllim və valideynlər üçün əsas mesajınız nədir?

– Təhsildə peşəkarlıq təkcə biliklə ölçülmür, yanaşma ilə ölçülür. Metodika, pedaqogika və psixologiya bir bütündür. Bunu düzgün izah etdikdə və tətbiq etdikdə əminəm ki, həm müəllim, həm valideyn, ən əsası isə şagird daha sağlam və balanslı inkişaf edəcək. Maarifləndirmə davamlı və elmi əsaslı olmalıdır – yalnız o zaman təhsildə real keyfiyyət dəyişikliyindən danışa bilərik.

Oxşar xəbərlər

Bütün xəbərlər