Xəbər lentiwidget-title-icon

Maksimum bal toplasa da DİM qəbul etmir
Təhsilin "Böyük Səhnəsi"ndə 7 İl: Emil Tağızadə ilə Eksklüziv Müsahibə
Bakıda Türk dünyası həftəsi keçiriləcək
Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR

Universitetlər üçün ciddi SİQNAL: Minlərlə məzun ixtisasına uyğun iş tapa BİLMİR

Müasir dövrdə universitetlərin rolu təkcə ixtisaslı kadr hazırlamaqla məhdudlaşmır. Onlar eyni zamanda cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafında mühüm iştirakçıya çevriliblər. Bu isə ali təhsil müəssisələrinin qiymətləndirilmə meyarları ilə bağlı yeni yanaşmaları gündəmə gətirir.

Universitetlər yalnız elmi məqalələrin sayı və reytinqlərləmi ölçülməlidir, yoxsa ölkənin ümumi inkişafına verdiyi töhfələr də nəzərə alınmalıdır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Əməkdar müəllim, sabiq deputat Sona Əliyeva qeyd edib ki, müasir dünyada universitet anlayışı çoxdan dəyişib:

"Artıq universitet yalnız diplom verən və ya elmi məqalə çap edən qurum deyil. O, ölkənin iqtisadiyyatına, əmək bazarına, innovasiya mühitinə və cəmiyyətin ümumi inkişafına real təsir göstərən mərkəzdir. Bu baxımdan universitetləri yalnız reytinqlər və məqalə sayı ilə ölçmək yetərli deyil. Əlbəttə, elmi məqalələr, "Scopus" və "Web of Science" kimi reytinq sistemlərinin göstəriciləri akademik potensialın vacib indikatorlarıdır. Amma bu göstəricilər universitetin cəmiyyətə nə verdiyini tam izah etmir. Universitet elmi istehsal edirsə, sual yaranır: bu elm harada tətbiq olunur, kimə fayda verir, ölkənin hansı problemini həll edir? Məncə, ali təhsil müəssisələrinin qiymətləndirilməsində milli iqtisadiyyata və əmək bazarına töhfə də əsas meyarlardan biri olmalıdır.

Universitet məzunları nə dərəcədə iş tapır, hansı sahələrdə dəyər yaradır, biznes və sənaye ilə real əməkdaşlıq varmı, startaplar və innovativ təşəbbüslər yaranırmı və s. bunlar ölçülməlidir. Əgər universitet minlərlə məzun buraxır, amma onların böyük hissəsi ixtisasına uyğun iş tapa bilmirsə, bu, ciddi siqnaldır. Eyni zamanda universitetlərin innovasiya ekosistemində rolu da ayrıca qiymətləndirilməlidir. Patentlər, tətbiqi tədqiqatlar, texnoparklarla əməkdaşlıq, yerli problemlərə yönəlmiş elmi həllər - bunlar real inkişaf göstəriciləridir və kağız üzərində reytinqlərdən daha təsirlidir.

Digər vacib məsələ isə universitetlərin ictimai və milli məsuliyyətidir. Ali məktəblər gənclərə təkcə peşə yox, həm də vətəndaş mövqeyi formalaşdırır. Vətənpərvərlik, milli dəyərlərin qorunması, ictimai maarifləndirmə, cəmiyyətlə açıq dialoq – bunlar da universitet missiyasının ayrılmaz hissəsidir. Bu fəaliyyətlər ölçülməsi çətin olsa da, görməzdən gəlinməməlidir. Ümumilikdə, universitetlər çoxtərəfli qiymətləndirilməlidir.

Elmi göstəricilər qalmalıdır, amma onların yanına iqtisadi təsir, sosial töhfə, məzunların taleyi və milli inkişafda rol kimi meyarlar əlavə olunmalıdır. Əks halda, biz güclü reytinqləri olan, amma ölkənin real ehtiyaclarına zəif cavab verən universitet modeli ilə kifayətlənməli olacayıq. Universitetin dəyəri yalnız elmi məqalələrin yazılması ilə yox, cəmiyyət üçün nə qədər fayda yaratması ilə ölçülməlidir".

Oxşar xəbərlər

Bütün xəbərlər