Xəbər lentiwidget-title-icon

İmtahan nəticələri aşağı düşərsə, blok sualları asanlaşacaq?
DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Nazir müavini Lənkəranda vətəndaşları qəbul edəcək
AzMİU QS 2026 reytinqində dizayn sahəsi üzrə ölkə lideri oldu
“Zəkaların mübarizəsi II” olimpiadası başlayır!
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
Soyqırımı qurbanlarının nurlu xatirsəni ehtiramla yad edirəm
Mart soyqırımından 108 il ÖTÜR
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
Bu universitetlərin Bakıdan köçürülməsi məqsədəuyğundur - Deputatlardan təklif
31 Mart tarixin unudulmayan qanlı səhifəsidir
1918-ci il qırğınları erməni vandalizminin qanlı izləridi
Universitetlər təhdidlər səbəbilə onlayn təhsilə keçdi
Bu gün Beynəlxalq Sıfır Tullantı Günüdür
Sabahdan bütün təhsil müəssisələrində tədris BAŞLAYIR
Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... - SUSDURMAQ İSTƏYİRLƏR...
ETN-nin dekorasiya siyasəti bir yağışa dözməz... - FAKT BUDUR!
Yeniyetmə voleybolçular çempionatda qalib olub
Qarabağ Universiteti tələbələri Vaşinqton və Vyanada yarışır
Rasim Balayev vəfat edib
"Novruz- 2026" düşərgəsi çərçivəsində İlqar Fəhmi ilə görüş keçirilib
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
"Uşaq 3 yaşından etibarən təhsilə başlamalıdır"-TƏKLİF
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi

NASCO XXVIII ADNSU-da öz işinə başlayıb

Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransının (NASCO XXVIII) açılış mərasimi baş tutub.

AzEdu.az xəbər verir ki, konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ADNSU-nun birgə təşkilatçılığı ilə keçirilir.

Konfransda dövlət rəsmiləri, yerli və xarici qonaqlar, tanınmış elm xadimləri, ali təhsil müəssisələrinin rektorları, professor-müəllim heyəti, doktorantlar və gənc tədqiqatçılar iştirak edirlər.

Konfransdan əvvəl Fəxri xiyaban ziyarət edilərək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad olunub, məzarları önünə əklil və gül dəstələri qoyulub. Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Salamlama nitqi ilə çıxış edən ADNSU-nun rektoru Rüfət Əzizov konfransın ölkənin elmi həyatında uzun illərdir mühüm platforma rolunu oynadığını bildirib. NASCO XXVIII-də dayanıqlı inkişaf məqsədlərinin əhatə olunduğunu deyən rektor statistik göstəricilərə əsaslanaraq qeyd edib ki, NASCO XXVIII 609 qəbul olunmuş iştirakçı ilə ümumi göstəricilər üzrə liderdir. Eyni zamanda, qəbul edilmiş məqalələrin sayı 600-ü ötüb.
Konfrans haqqında geniş təqdimatla çıxış edən rektor onu da diqqətə çatdırıb ki, konfransa Azərbaycandan 61, xarici ölkələrdən isə 11 ali təhsil müəssisəsi və institutun doktorant və gənc tədqiqatçılarının tezisləri qəbul olunub. Rektor ADNSU-da gənc alimlər üçün yaradılmış müasir elmi mühitdən və gənc tədqiqatçıların təşviqinə yönəlmiş imkanlardan danışıb və konfransın yaratdığı elmi imkanların bu istiqamətdə mühüm töhfə olacağını deyib.

Konfransda elm və təhsil naziri Emin Əmrullayev ölkənin elm və təhsil sahəsində əldə olunmuş nailiyyətlər və gələcək prioritetlər barədə çıxış edib. Nazir çıxışında xüsusilə vurğulayıb ki, elm və təhsil Azərbaycan üçün strateji prioritetdir və məqsəd yalnız nəzəri biliklərin artırılması deyil, həm də elmin iqtisadiyyat və cəmiyyətlə inteqrasiyasını gücləndirməkdir.

Nazir çıxışında bildirib ki, sentyabrdan ölkədə tətbiq olunacaq yeni nəsil doktorantura proqramları gənc alimlərin elmi fəaliyyətlərini beynəlxalq standartlara uyğun aparmağa imkan verəcək. Nazir vurğulayıb ki, ali təhsildə multidisiplinar yanaşmanın genişləndirilməsi, AMEA-da aparılan struktur islahatları, qrant və maliyyə mexanizmlərinin modernləşdirilməsi, startap ekosistemi və texnoparkların inkişafı Azərbaycan elmi potensialını gücləndirib. Nazir qeyd edib ki, bu islahatlar və təşəbbüslər ölkəmizin elm və innovasiya sahəsində gələcək inkişafına əsas yaradır.

Nazir çıxışının sonunda NASCO XXVIII-in gənc alimlər üçün elmi nəticələrin təqdimatı və fikir mübadiləsi baxımından vacib platforma olduğunu qeyd edərək konfransın işinə uğurlar arzulayıb.

Rəsmi açılış mərasimindən sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.

Qeyd edək ki, iki gün davam edəcək konfrans çərçivəsində “Akademik Yusif Məmmədəliyevin ölməz irsi və müasir kimyanın perspektivləri”, “Elm əsaslı innovasiya” mövzularında panel müzakirələr və müxtəlif elmi istiqamətlərini əhatə edən elmi məruzələr təşkil olunacaq.
Konfransın əsas məqsədi gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq, elmi fikir mübadiləsini genişləndirmək və təcrübə paylaşımı üçün platforma yaratmaqdır.

Oxşar xəbərlər

Bütün xəbərlər