Xəbər lentiwidget-title-icon

Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?!  
Eşqi Bağırovdan şikayətlər artmağa davam edir...
ETN niyə çörəyi çəkməçiyə verir?
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bu gün Abşeron rayon Əfqan Qadaşov adına Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Nilufər Şükürova ilə görüşüb.
Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
Firudin Qurbanovun növbəti yalanları
Qadınların ailə məsələlərinə görə karyerada geridə qalması bizi narahat edir
Oğlanlar daha çox texniki, qızlar isə humanitar sahəyə yönəlir - Nazir müavini
DİM abituriyent, valideyn və pedaqoji ictimaiyyətlə açıq görüş keçirib
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif OLUNUR
Jalə Bəhramova BMT-nin Change the World Academy-də səfir seçildi
Azərbaycan dövləti həmişə öz müəlliminin yanındadır - Nicat Məmmədli
"Blockchain Memorial System" layihəsinin təqdimatı olub
Şagirdlər ali təhsil mühiti ilə tanış oldu
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik təklif olundu
Müəllimlərə niyə bayram mükafatı verilmir? - maaşları artırılsa...
250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub
Komitə sədri Araz Paşayev açıqladı:Fevral ayında 980 üzv sanatoriyalara göndərilib
Təhsilin Qənimi: MÜTDA-nın "Cib" və "Əmr" Siyasəti
Martın 9-da buraxılış imtahanı keçiriləcək - BÖLGƏLƏR
8 Martda müəllimlərə hədiyyə qadağası: tapşırıq VERİLDİ
Növbəti tədris ilindən yeni kurikulum tətbiq olunacaq Xarici təhsil
DİM-də TOEFL iBT imtahanı keçirilib
Təhsildə idman məsələsi problemə çevirilib
Təhsilimizdə “firon sindromu”: Müəllim niyə ALÇALDILIR?

Gəncə Regional Kollecində idarəçilik böhranı dərinləşir: kollektiv təzyiq altında, Tərlan Qayıbova isə himayə olunur

Gəncə Regional Kollecində uzun müddətdir davam edən idarəetmə problemləri və əmək mühitində formalaşmış gərginlik artıq açıq böhran xarakteri alıb. Müəllimlərin narazılıqları, rəhbərliyin bu narazılıqlara münasibəti və kollektiv daxilində psixoloji təzyiq iddiaları təhsil ocağında ciddi pozuntuların mövcud olduğuna işarə edir.

Kollecin metodisti Qayıbova Tərlanın davam edən qeyri-etik davranışları müəllimlər arasında narazılığı artırıb. Müəllimlərin bildirdiyinə görə, o, əməkdaşlar arasında dedi-qodu yaratmaq, insanları bir-birinə qarşı qoymaq, açıq şəkildə alçaltmaq və bəzi hallarda əməkdaşları "üzə durmağa" məcbur etmək kimi davranışlar sergileyib. Bu cür münasibət təhsil mühitinə tamamilə zidd olmaqla yanaşı, kollektivdə psixoloji gərginliyin artmasına səbəb olur.

Qayıbova Tərlanın aylar ərzində yaratdığı mühit müəllimlərin fəaliyyətinə, pedaqoji prosesə və ümumi iş atmosferinə ciddi şəkildə zərbə vurub.

Müəllimlərin iddialarına görə, direktor Xoşqədəm Xudiyeva bütün şikayətlərə baxmayaraq, Tərlan Qayıbovanı açıq şəkildə müdafiə edir. Kollektivin rəhbərliyə etdiyi müraciətlərin cavabsız qalması isə vəziyyətin daha da ağırlaşmasına səbəb olub. Müəllimlər bildirir ki, rəhbərlik tərəfindən bu himayəçilik münasibəti həm şikayətlərin araşdırılmasına mane olur, həm də metodistin daha cəsarətli şəkildə öz fəaliyyətini davam etdirməsinə zəmin yaradır.

İddialar arasında o da yer alır ki, Tərlan Qayıbova dərs saatları ilə bağlı rüşvət tələb edib və bunu Xudiyevanın adından etdiyi söylənilib. Direktorun bütün bu iddialar haqqında susqun qalması kollektivdə təəssüf və gərginlik doğurur.

Kollektivin ən ciddi ittihamlarından biri Tərlan Qayıbovanın bir müddət Sankt-Peterburqda yaşadığı halda, həmin dövrdə işə çıxmamasına baxmayaraq sənədlərdə işdə kimi göstərilməsi və adına əməkhaqqı yazılmasıdır. Müəllimlər bu halın dövlət büdcəsinin aldadılması olduğunu və məsələ ilə bağlı araşdırmanın indiyədək aparılmamasının təəccüb doğurduğunu bildirirlər.

Qayıbova Tərlanın hələ də metodist vəzifəsində işləməsi isə bu hadisələrin kölgəsində daha diqqətçəkici görünür. Kollektivdə yayılan fikrə görə, Tərlan Qayıbova Vidadi Həsənovla yaxın münasibətlərinə görə yeni direktor Xoşqədəm Xudiyevanın himayəsində saxlanılır. Bu isə Kolecin XUdiyeva tərəfindən deyil Həsənov tərəfindən idarə edilməsi anlayışın çıxarır ortaya.

Sentyabr ayında baş verən hadisə vəziyyəti daha da gərginləşdirib. İddialara görə, bir qrup ali təhsilli müəllimə şikayətlərini geri çəkmələri üçün təzyiq göstərilib və onlardan “tərif məktubu” imzalatdırılıb. Həmin məktubun müxtəlif qurumlara göndərildiyi deyilir.

Bundan əlavə, metodist Qayıbova Tərlanın müəllimlərə “kimin qol çəkdiyi halda 750–900 saat dərs yükü ilə təmin olunacağı” barədə bildirməsi kollektiv tərəfindən təzyiq və manipulyasiya cəhdi kimi qiymətləndirilib. Bu cür hərəkətlər həm etik normaları pozur, həm də tədris prosesinin obyektivliyini şübhə altına alır.

Gəncə Regional Kollecində yaranmış vəziyyət artıq əmək münasibətlərinin pozulması çərçivəsini keçərək ciddi idarəçilik böhranı səviyyəsinə çatıb. Müəllimlər redaksiyaya müraciətlərində bildirirlər ki, kollektiv psixoloji təzyiq altında fəaliyyət göstərir və bu mühit tədrisin keyfiyyətinə birbaşa mənfi təsir edir.

Kollektiv əldə olan faktlar və illərlə davam edən narazılıqlar fonunda aidiyyəti qurumlardan məsələyə obyektiv yanaşma və hərtərəfli araşdırma aparılmasını tələb edir. Onların fikrincə, Qayıbova Tərlanla bağlı deyilənlər, xüsusən də dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsi ilə bağlı iddialar hüquqi qiymət almalıdır.

Müəllimlərin gözləntisi ondan ibarətdir ki, rəhbərlik şəffaflıq prinsiplərinə əməl edərək məsələyə aydınlıq gətirsin və kollec daxilində pozulmuş balansın bərpası üçün addımlar atsın.

Qarşı tərəf səsləndirilən iddialara qarşı münasibət bildirmək hüququndan istifadə edə bilər.

Bizimlə baku.news@mail.ru elektron adress vasitəsi ilə münasibətlərini yazılı bildirmək imkanlarıda mövcudur.
Adları keçən şəxslərin fikri bizim üçün önəmlidir.

Oxşar xəbərlər

Bütün xəbərlər