Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

ADPU-nun “Brend tələbə”ləri mükafatlandırıldı - FOTO

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

Bu gün AzEdu.az və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Tədbirdə AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, AzEdu.az Təhsil Portalının baş redaktoru Ləman Novruzova, Universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor, filologiya elmləri doktoru Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi İsmayıl Nəsirov və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Mükafatlandırma mərasimi professor Fikrət Rzayev açılış nitqi ilə başlayıb. O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib. Qeyd edib ki, tələbələri motivasiya etmək üçün bu layihənin xüsusi rolu var:

"Bu kimi layihələr tələbələrin bacarıqlarını inkişaf etdirməsi və gələcək karyera hədəflərini müəyyənləşdirməsi baxımından təqdirəlayiq addımdır. Layihədə iştirak edən tələbələr həm akademik, həm də ictimai fəaliyyətləri ilə örnək olurlar. Universitet rəhbərliyi olaraq bu təşəbbüsü yüksək qiymətləndirir və tələbələrin təşəbbüskarlığını dəstəkləyirik".

Elşad Eyvazlı tədbirin mahiyyətindən söz açıb:

"Layihə tələbələr arasında səmərəli rəqabət mühiti yaratmaq və onların bilik, bacarıqlarını təkmilləşdirmək məqsədini daşıyır. Eyni zamanda, bu təşəbbüs gənclərə öz potensiallarını kəşf etmək imkanı verir və abituriyentlər üçün əlavə motivasiya mənbəyinə çevrilir. Nəticədə, öyrənməyə maraq və şəxsi inkişaf meyli daha da güclənir."

Daha sonra Ləman Novruzova tələbələri təbrik edərək təhsil həyatlarında uğurlar arzulayıb."Layihəyə qoşulan iştirakçı universitetlərin sayının artması ali təhsil müəssisələrinin həm layihəyə, həm də təşkilatçı quruma göstərdiyi etimadın bariz nümunəsidir. Bu təşəbbüsün əsas məqsədi tələbələrin akademik və şəxsi nailiyyətlərini ictimaiyyətə təqdim etməklə gənclərin daha fəal, məqsədyönlü və müasir düşüncəli formalaşmasına dəstək verməkdir. 3 il öncə layihə çərçivəsində 20 universitet ilə əməkdaşlıq edirdik, bu il bu say 29-dur. Bir daha qalib olan tələbələri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirəm".

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

2024-2025-ci tədris ili üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

Aytac Muradlı- Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbəsi;

Nərmin Həsənova- Fizika ixtisasının tələbəsi;

Zərinə Hümbətova- İbtidai sinif müəllimiyi ixtisasının tələbəsi;

Xədicə Babayeva- Təsviri incəsənət müəllimiliyi ixtisasının tələbəsi;

Səfa İdrisov- Kimya və biologiya müəllimliyi ixtisasının tələbəsi;

İlkin Quluzadə- Təlim və tədrisin təşkili və metodikası ixtisasının tələbəsi;

Mehriban Hüseynova- Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbəsi ;

Şərəf Əzəmmədova- RİN ixtisasının tələbəsi;

Səidə Abulova- İbtidai sinif müəllimliyi ixtisasının tələbəsi;

Məleykə İsmayılova- Tarix müəllimliyi ixtisasının tələbəsi;

Oxşar xəbərlər

Bütün xəbərlər