Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Məktəblər açıldı, səsyazıları başladı...

Cəmi iki həftədir ki, məktəblər fəaliyyətə başlayıb, amma hər gün bir səs yazısı ortalığa atılır: “filan məktəbdə pul yığılır”, “filan müəllim valideynləri məcbur edir” və s. Sosial şəbəkələrdə bu səsyazıları ildırım sürəti ilə yayılır, nəticədə tanıyan-tanımayan, mövzudan xəbəri olan-olmayan hər kəs başlayır məktəbi qaralamağa.

Əslində, bu cür hallarda ilk addım araşdırma olmalıdır. Çünki bu gün yayılan səsin müəllifinin kimliyi dəqiq bilinmir: bu, doğrudan da valideyndir, ya müəllim? Yoxsa ümumiyyətlə, məktəblə əlaqəsi olmayan, hansısa şəxsi marağı üçün qarayaxma kampaniyası aparan biridir? Hətta ola bilər ki, həmin insan sadəcə dava-dalaş axtaran, “qarışdırmaq”dan zövq alan biri olsun.

Təəssüf ki, Elm və Təhsil Nazirliyi rəhbərliyi hər dəfə belə hallarda soyuq başla araşdırma aparmaq əvəzinə, sosial şəbəkədə yaranan təzyiqin təsiri ilə dərhal qərar verməyə üstünlük verir. Nazir Emin Əmrullayev elə təsir bağışlayır ki, guya ictimai fikirdən yox, “məcburiyyət”dən çıxış edir: kiminsə paylaşımı ilə oturur-durur, nəticədə müəllimlər işdən azad edilir, amma hadisənin mahiyyəti çox vaxt qaranlıq qalır.

Tehsilmedia.az bildirir ki, əlbəttə, real neqativ hallar da ola bilər – pul yığılması, ayrı-seçkilik, haqsız davranış. Amma bunlar sistemi qaralamaq üçün fürsət axtaranların əlinə alət çevrilməməlidir. Təhsil sahəsi onsuz da cəmiyyətin ən çox diqqət mərkəzində olan sahədir. Burada hər şaiyə, hər əsassız səsyazısı bir məktəbin, bir müəllimin, hətta bütöv sistemin adına zərbə vurur.

Ona görə də çıxış yolu aydındır: hər deyilənə inanmaq olmaz. Hər səs yazısına görə günah keçisi axtarıb müəllimləri və məktəbləri hədəfə gətirmək əvəzinə, obyektiv araşdırma mexanizmi işlədilməlidir. Əks halda, məktəbin qapısı açılan kimi qara günlərin də başladığını görəcəyik – fürsətcil insanlar üçün isə bu, əsl meydan olacaq.

Təhsil sistemi sosial şəbəkə emosiyaları ilə yox, ədalətli və prinsipial araşdırmalarla idarə olunmalıdır. Yoxsa “səsyazısı”nı əsas götürüb qərar vermək, həm müəllimləri, həm də cəmiyyəti çaşqınlıq içində saxlamaq deməkdir.

Oxşar xəbərlər

Bütün xəbərlər