Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

Esse yazmaq jurnalistika deyil - Qabiliyyət imtahanı ləğv olunsun

Xəbər veridiyimiz kimi, jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 4-də keçirilmiş qabiliyyət imtahanının nəticələri elan edildi. İmtahana 1071 abituriyent qeydiyyatdan keçmişdi. Onlardan 253 nəfəri imtahana gəlməyib. Geridə qalan 818 nəfərdən isə 745 abituriyent "məqbul" cavabı alıb.

Bu zaman düşündürücü sual ortayaq çıxır: cəmiyyətin "dördüncü hakimiyyət" adlandırdığı jurnalistləri sadəcə bir esse ilə seçmək bu qədər asan olmalıdırmı?

AzEdu.az mövzu ilə bağlı jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli ilə həmsöhbət olub.

O qeyd edib ki, Dövlət İmtahan Mərkəzi (DİM) boş yerə vəsait, kağız və zaman xərcləyib, gərəksiz imtahanla məşğul olmamalıdır

"Bu məsələdə polemika yaratmağa, müzakirə predmetinə çevirməyə ehtiyac yoxdur. Yeganə bir çıxış yolu var ki, o da jurnalistikaya qəbulda həm bakalavrda, həm də magistraturada “qabiliyyət imtahanı” deyilən gərəksiz və faydasız proseduru aradan qaldırmaqdır ki, abituriyentlər üçün daha rahat və geniş imkanlar yaransın. Dövlət İmtahan Mərkəzi boş yerə vəsait, kağız və zaman xərcləyib, gərəksiz imtahanla məşğul olmamalıdr. Buna görə də təklifim ondan ibarətdir ki, jurnalistikaya qəbulda qabiliyyət imtahanı ləğv olunsun".

Esse, felyeton yazmaq müəyyən subyektiv hissləri ifadə etmək ədəbi yaradıcılıq məsələsidir. Bu, jurnalistika deyil

"Əgər özümüzü qonşu Türkiyə Respublikası ilə müqayisə etsək, görərik ki, orada jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı tələb olunmur. Bəs bizdə niyə var? Bu təklifi irəli sürənlərin niyyəti, yəqin ki, xoş olub. Ancaq bu yanaşmanın arxasında ideoloji düşüncə, daha doğrusu, Sovet dövründən qalma bir ənənə dayanır. Guya jurnalist yaxşı oçerk, esse və ya inşa yazmağı bacarmalıdır. Halbuki bu, jurnalistikanın mahiyyəti deyil.

Esse və felyeton yazmaq - yəni subyektiv hiss və düşüncələri ifadə etmək bədii yaradıcılığa aiddir, jurnalistikaya yox. Yaxşı jurnalist yetişdirmək üçün intellektual səviyyəsi yüksək, yaxşı hazırlıqlı tələbələr seçilməli, tədrisin keyfiyyəti artırılmalı və praktikaya əsaslanmalıdır. Dərsləri bu sahədə təcrübəsi olan, peşəkar jurnalistlər tədris etməli və tələbələr də jurnalistikanı real praktik mühitdə öyrənməlidirlər. Əks halda, bəsit mövzularda yazılmış esse və oçerklərlə jurnalist yetişdirmək mümkün deyil. Bu cür yanaşma jurnalist olmaq üçün heç bir zəmanət vermir".

Oxşar xəbərlər

Bütün xəbərlər