Xəbər lentiwidget-title-icon

Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13
Texnologiya sahəsində karyera qurmaq istəyən xanımlar üçün YENİ layihəyə start verilir

“İnnovasiya və təhsil” adlı beynəlxalq seminar öz işinə başlayıb - FOTO

Mayın 15-də "eTwinning" layihəsi çərçivəsində "İnnovasiya və təhsil” adlı beynəlxalq seminar öz işinə başlayıb.

tehsilmedia.info xəbər verir ki, seminarda Albaniya, Bolqarıstan, Çex Respublikası, Finlandiya, Portuqaliya, Slovakiya və Sloveniyanı təmsil edən 25 təhsil işçisi, müvafiq ölkələrin təhsil nazirliklərinin nümayəndələri, həmçinin ölkə üzrə 8 regiondan ümumilikdə 28 müəllim iştirak edir.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli "eTwinning” layihəsinin təhsil sisteminə inteqrasiyası və ölkəmizdə uğurlu icrası barədə danışaraq layihəəsaslı dərs modelinin qurulması və təcrübə mübadiləsinin aparılması baxımından layihənin əhəmiyyətini vurğulayıb.

Nazir müavini bildirib ki, layihə çərçivəsində müəllimlər İKT-nin təhsilə səmərəli tətbiqi və onlayn peşəkar inkişaf imkanlarından faydalanmaq imkanı əldə edirlər.

Daha sonra təmsil olunan ölkələrin layihə rəhbərləri çıxış edərək "eTwinning” layihəsinin tətbiqi və pedaqoji işçilərə yaratdığı imkanlardan bəhs ediblər.

Seminarın növbəti günlərində İKT-nin təhsilə tətbiqi, layihəəsaslı tədris və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək təlim və panel müzakirələr təşkil olunacaq. Təlimlər həm xarici, həm də yerli mütəxəssislər tərəfindən keçiriləcək.

Tədbirin sonunda iştirakçı müəllimlər innovativ öyrənmə metodlarının tədrisdə istifadəsinə yol açan ortaq dərs modellərini "eTwinning” platformasında yaradacaqlar.

Qeyd edək ki, "eTwinning" layihəsi Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və məktəbəqədər, orta məktəb və ali təhsil sahələrində çalışan təhsil işçilərinə peşəkar inkişaf təlimlərində iştirak, beynəlxalq əməkdaşlıq, ortaq dərs modelləri yaratmaq və Avropada ən böyük öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir.

"eTwinning” layihəsində Avropadan 44 ölkə iştirak edir. Azərbaycan 2013-cü ildən etibarən qonşuluq siyasətinə əsaslanaraq layihəyə qoşulub və indiyədək 1 141 məktəbdən 4 180 müəllimin iştirakı ilə 4 445 layihə həyata keçirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər