Xəbər lentiwidget-title-icon

​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI

GDU-da yaz imtahan sessiyasında yeniliklər tətbiq olunacaq

GDU-da yaz imtahan sessiyasında yeniliklər tətbiq olunacaq

Gəncə Dövlət Universitetində (GDU) yaz semestrinin imtahan sessiyası başlayıb. İmtahan sessiyası Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin “2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinin tələbləri gözlənilməklə təşkil edilib. Gəncə Dövlət Universitetində imtahanlar yazılı, şifahi, test üsulu ilə, yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçiriləcək.

İmtahan sessiyasının mövcud əsasnamələrə uyğun keçirilməsi və auditoriyalarda imtahanların aparılması üçün lazımi şərait yaradılıb, bütün texniki və təşkilati işlər vaxtında görülüb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə çatdırılıb.

2 iyun 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov auditoriyalarda imtahan prosesini yaxından izləyib. Rektor imtahanın gedişi ilə əlaqədar tələbələrin fikirlərini və onları maraqlandıran sualları dinləyib, müvafiq struktur rəhbərlərinə göstəriş və tapşırıqlarını verib. Tələbələr də öz növbələrində universitetdə imtahan zamanı obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.

İmtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Universitetdə İmtahan Mərkəzi, İmtahan Qərargahı və Apellyasiya Komissiyası təşkil edilib, auditoriyalara müasir kameralar quraşdırılıb. İmtahanların keçirilməsinə dair təlimat hazırlanıb və GDU-nun rəsmi saytında yerləşdirilib.

Bu gündən start verilən yeni sessiya dövründə də tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi prioritet seçilib. Bununla bağlı Gəncə Dövlət Universitetində bir sıra yeniliklər tədbiq olunub. Yeniliklərdən biri yazılı imtahanlarda işlərin qiymətləndirilməsi üçün kənar universitetlərin əməkdaşları da dəvət olunacaq.

Bildirək ki, hazırda imtahanlar yazılı və qabiliyyət formasında aparılır. Gün ərzində 2500-ə qədər tələbənin imtahanda iştirak etməsi nəzərdə tutulur. Yazılı formada olan imtahanlar 10 iyun tarixinədək davam edəcək. Yeni kurikulumun pilot layihəsi üzrə hazırlanan Biologiya müəllimliyi ixtisasında təhsil alan tələbələr bir fəndən yazılı, digər fənlərdən isə şifahi formada imtahan verəcəklər. 3 iyul tarixdə isə tələbələr komputerdə test üsulunda imtahanda iştirak edəcəklər.Gəncə Dövlət Univeristeti yeni texnologiyalarla təhsildə keyfiyyəti artırmağa davam edir. Belə ki, GDU-da test imtahanlarında istifadə olunan server infrastrukturu yenilənilib, yeni optik xətlərlə təmin edilib.

Nəzərinizə çatdıraq ki, GDU-da “Ultra” şirkəti ilə bağlanmış müqaviləyə əsasən “EduMan Platforması”nın digər modulları – elektron jurnal, elektron İmtahan idarəetmə və digər sistemlər mərkəzləşdirilmiş formada tətbiq olunur. Müasir texnologiyalar əsasında işlənib hazırlanan imtahan sistemi öz obyektivlik və şəffaflığı, mövzuların tam əhatəsi baxımından seçilir. Universitetdə Test İmtahan Sisteminin işlənib hazırlanması üzrə texniki tapşırığa əsasən “Elektron İmtahan Sistemi” proqramında təhsil müəssisəsinin imtahan prosesində istifadə olunanan sual bazası, test bazası, keçiriləcək imtahanların cədvəli və keçirilmiş imtahan üzrə məlumatlar saxlanılır. “Elektron İmtahan Sistemi” – təsdiqlənən testlər, imtahan qeydiyyatı, imtahanlar, hesabatlar, sual bankı modulu və test bankı modulundan ibarətdir.

Proqramın üstünlüyü bir də ondan ibarətdir ki, tələbə semestr ərzində imtahana qədər topladığı balla birgə həmin fənn üzrə yekun qiymətləndirməni də öz şəxsi kabinetində görə bilir. Tələbə kabinetinin İmtahan cədvəli menyusunda tələbənin imtahan cədvəli və imtahan sualları menyusunda isə tələbəyə göndərilmiş imtahan sualları əks olunur. Sistemdə universitetdə keçirilmiş hər bir imtahan və onun nəticələri imtahan keçirildikdən sonra 24 saat ərzində avtomatik olaraq İmtahanlar bölməsinə düşür.

Hər il olduğu kimi, bu il də Gəncə Dövlət Universitetində imtahanlar ictimaiyyətə açıq keçiriləcək. İmtahan sessiyası dövründə universitetin İctimai Nəzarət Şurasının, valideynlərin və ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günlərinin keçirilməsi də nəzərdə tutulub.

İmtahan sessiyasının 4 iyul 2025-ci il tarixdə yekunlaşması nəzərdə tutulur.

Oxşar xəbərlər

Bütün xəbərlər