Peşə təmayüllü siniflərdə çox ciddi problemlər var. Əvvəla, rəhbərləri çox vaxt düzgün seçmirlər. Ya təhsillə əlaqəsi olmayan, ya da kolleci bitirmiş adamlardan seçirlər. Bu çox ciddi problemdir. Rəhbərlər məktəbə gəlmir, istədikləri kimi gəlir, gedir, sadəcə maaşı alırlar. Bunlar da pul verib vəzifə satın almaqdan başqa bir şey deyil.
Nəzərə alaq ki, müəllimlər özləri 3 aydan bir müqavilə ilə seçilir. Bu isə təhsili birbaşa məhv etməkdir. Təhsil oyuncaq deyil, 3 aydan bir müəllim dəyişdirmək, 3 aydan bir nə olacağı bilinməyən müəllim müəyyənləşdirmək yanlış addımdır.
Bir tərəfdən kurikulumdan danışmaq, proqramdan, Sinqapur təhsil modelindən danışmaq, bir tərəfdən də bu addımlar heç düzgün deyil .
Digər məsələ peşə təmayüllü siniflərin müəllimləri çoxları əslində müəllim deyil, pullarını verib saxta şəkildə müəllimlik edirlər. Bakı Texnologiya Mərkəzi müəllimləri təyin etsə də, iddia olunur ki, müəyyən şəxlər bölgələrdə pulunu verib müəllim kimi fəaliyyət göstərir.
Bir digər məsələ bir çox sənəd işləri, əziyyət çəkən insanlar amma maaşları verilmir. ARTİ, MÜTDA, ETN- sistem dəyişməsinin müəllimlərə aidiyyatı yoxdur. Əsas odur ki, əziyyət çəkənlərin ödənişi ödənilməlidir.
Bəs Həmkarlar İttifaqı niyə işləyən müəllimlərin haqqını qorumur, maaşlarının verilməsini təmin etmir, haqqlarını qorumur???