Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

“Müəllimliyin insanlıq fəlsəfəsi” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Müəllimliyin insanlıq fəlsəfəsi” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

Dekabrın 23-də "Ədibin Evi" tərəfindən “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə təşkil edilən “Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Ədibin Evi”ndə baş tutan tədbirdə "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun İcraçı direktoru Şəfəq Mehrəliyeva açılış nitqi ilə çıxış edib. Şəfəq Mehrəliyeva bildirib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, müəllim, filologiya elmləri doktoru Mir Cəlal Paşayevin pedaqoji irsinə həsr olunmuş müsabiqənin əsas məqsədi müəllimlik üçün zəruri olan keyfiyyətlər – pedaqoji etika, empatiya və şəfqət duyğularının əhəmiyyətinin təbliği, müxtəliflik və inklüzivliyin, eləcə də peşəkar pedaqoji icma arasında tənqidi və yaradıcı düşüncə tərzinin təşviqi olub.

Daha sonra Mir Cəlal Paşayevin “insanlıq fəlsəfəsi” ideyası barədə danışan “Ədibin Evi”nin həmtəsisçisi, Bakı Dövlət Universitetinin müəllimi, professor Təhsin Mütəllimov Mir Cəlal Paşayevin elmi-pedaqoji məktəbinin fərqi barədə söz açıb.
Xalq şairi Nəriman Həsənzadə də çıxış edərək müəllimi Mir Cəlal Paşayev haqda xatirələrini bölüşüb, müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

Münsiflər heyətinin rəyini ifadə edən Təhsil İnstitutunun böyük elmi məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyev müsabiqəyə təqdim olunan esselərin Azərbaycanın geniş coğrafiyasını təmsil etdiyini qeyd edib. Əlavə edib ki, yazılarda həssas janr xətti ilə yanaşı, şagird-müəllim münasibətləri, müasir tədrisdə aktual məsələlər, həmçinin təhsildə beynəlxalq yanaşmaların təhlili də yer alıb.

Bildirilib ki, müsabiqəyə təqdim olunan 300-ə yaxın esse tanınmış təhsil mütəxəssislərindən ibarət münsif heyəti tərəfindən qiymətləndirilib.

Çıxışlardan sonra qaliblər mükafatlandırılıb.

Mükafatları ADA Universitetinin rektoru, "Ədibin Evi" Himayəçilik Şurasının üzvü Hafiz Paşayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Sarvan İbrahimov təqdim ediblər.

Oxşar xəbərlər

Bütün xəbərlər