Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Döyüşlərdə düşmənin kabusuna çevrilən qəhrəman (Məmmədov Tural Gülməmməd oğlu)-VİDEO

Mədəniyyət

3-11-2024, 15:29

Döyüşlərdə düşmənin kabusuna çevrilən qəhrəman (Məmmədov Tural Gülməmməd oğlu)-VİDEO


Vətənpərvərliyin dərin və tarixi kökləri var. Bu hisslər insana onun genləri vasitəsi ilə ötürülür. Bunlar ən ülvi hisslər və duyğulardır. Bu gərək insanın ruhunda olsun. İnsanın qiyməti onun vətənə, millətə olan vətənpərvərlik duyğuları ilə ölçülür.

Elə bu hiss və duyğularla yetişən gəncliyimiz son 200 illik Azərbaycan tarixində görünməyən bir qələbə qazandı. Ordu, xalq və Ali Baş Komandan birliyi xalqımıza böyük qələbə bəxş etdi. Böyük sərkərdələr yetişdirən Azərbaycan tarixi qələbəsini qazandı. Torpaqlarımız işğaldan azad oldu. Azərbaycann konstitusion hüququ, ərazi bütövlüyü tam bərpa olundu. Bununla da Azərbaycan əsgərinin gücü və əzmi bəşəriyyət tarixində böyük iz qoydu. Xalqımız ordusunun və Ali Baş Komandanın yanında olmaqla dəmir yumruğa çevrildi. Bu o yumruqdur ki, ermənilərin başını cəmi 44 gündə əzdi. 23 saat davam edən antiterror əməliyyatı isə erməni daşnaklarının belini sındırdı və Azərbaycanın ərazi bütövlüyü bərqərar oldu. Torpağı öz qanları ilə vətən edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz və bu gün səngərdə əlləri tətikdə dayanan əsgərlərimiz bizlərin qürur ünvanımızdr. Elə bu qürur duyduğumuz qazilərimizdən biri də MƏMMƏDOV TURAL GÜLMƏMMƏD oğlunun ünvanıdır. Onu yaxından tanıyaq:Gülməmməd oğlu 1987-ci ildə Xəzər rayonunun Binə qəsəbəsində anadan olmuşdur. 1994-cü ildə Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbin birinci sinfinə daxil olur. Təhsilini 136 saylı məktəbdə davam etdirən Tural Məmmədov 2005-ci ildə tam orta məktəbi bitirir.

2006-cı ildə həqiqi hərbi xidmətə göndərilir. Topçu batareyasında xidmətə başlayır. Topun dərin sirlərinə yiyələnir. Bu silahın istifadə və dəqiq hədəflərin vurulma mexanizmini ətraflı öyrənir. Ağstafada yerləşən N saylı hərbi hissədə topçu kimi xidmətini başa vurub, evə qayıtdıqdan sonra fəhlə kimi bir çox işlərdə özünü sınayır. Amma bir yerdə qərar tuta bilmir. O, yenilik axtarışında idi. İş quraraq, onu daha da genişləndirib insanlara xidmət etmək kimi böyük arzularla axtarışında idi. Nəhayət, günlərin bir günü kiçik biznes fəaliyyətinə başlayır və getdikcə biznesi böyüdür. O, haqsızlığa heç vaxt dözə bilmir. Ən xırda, kiçik mübahisələrdə belə həmişə haqqın və ədalətin yanında yer alırdı. Onunla söhbət daha maraqlı olur:Bir sözü tez-tez təkrarlayanda, qiymətdən düşür, mən belə şeyləri sevmirəm, çalışırım ki, maksimum dərəcədə düz olam. Əlbəttə ki, indiki cəmiyyətdə bu çox çətindir. Amma çətin də olsa, bunu edirəm”.

2020-ci il sentyabrın 27-də erməni təxribatının qarşısını almaq üçün Ali Baş Komandanın əmri ilə işğalçılara qarşı genişmiqyaslı hücum başladı. Ürəyi vətən eşqi ilə döyünən hər kəs komissralıqlara üz tuturdu. Tural bu barədə belə danışır:

“Məndə bir xasiyyət var. Kim nəyi edirsə, mən onu təkrarlamaq istəmirəm. Gördüm ki, hamı könüllü olaraq komissarlığa üz tutur. Bəziləri isə qorxu içində idi. Ona görə qorxurdu ki, birdən onu döyüşə apararlar. Mən isə düz 11 dəfə komissarlığa getdim. Hər dəfə mənə deyirdilər ki, sənin sənədlərini tapa bilmirik. Mən də məyus halda geri dönürdüm. Sonuncu dəfə isə dözməyib orada işləyən bir qıza yaxınlaşdım. Sənədlərimi arxivdən tapdırıb, xahiş elədim ki, şəxsi sənədlərim olan qovluğu birinci sıraya qoysun. Həmin günün axşamı mənə komissarlıqdan zəng gəldi. Dedilər ki, sabah yaxınlaş, gedirsən xidmətə. Çox sevindim, çünki döyüşə gedirdim. Vətəni quldurlardan xilas etməyin zamanı gəlmişdi. Bir də ki, vətəni sevməyi pulla satmırlar, o gərək qanda ola. Müharibə şərəf məsələsidir.”Döyüş başladı



Müsahibimiz o qədər həyəcanlı idi ki, söhbət elədikcə sanki o anları bir də yaşayır, əlləri əsir, rəngi ağarırdı. Amma xatirələrini maraqla anladırdı:

“İlk olaraq bizi Ağcabədiyə, sonrası gün isə Beyləqana apardılar. İki gün təlimdən sonra N saylı hərbi hissənin tərkibində döyüşə başladıq. Onu da qeyd edim ki, təlim vaxtı mənim topçu biliklərim komandirimizin diqqətini cəlb eləmişdi. Bu baxımdan hesab edirdim ki, döyüşdə ermənilərdən qisasımızı ala biləcəm. İlk döyüşümüz Cəbrayıl istiqamətində oldu. Düşmənin bir çix dayaq məntəqələrini, texnikasını, canlı qüvvəsini kəşfiyyat dəstəsinin verdiyi koordinata uyğun olaraq dəqiq və nöqtə atışlarla məhv etdik. Daha sonra biz Qubadlı istiqamətondə döyüşlərə başladıq. Düşmən texnikanı, silah-sursatı qoyub qaçırdı. Nəhayət, biz Qubadlının Xanlıq qəsəbəsində yerimizi möhkəmlətdik. Ordumuz sürətlə irəliləyir, düşmən geri çəkilirdi. Çox keçmədi ki, Qubadlı da Ermənilərdən təmizləndi. Bizim düşməni məhv etməyimiz hər bir döyüşçüdə böyük ruh yüksəkliyi yaratmışdı. Komandirimiz Zaur Ələkbərovun göstərişinə əsasən qarşıda mühasirəyə düşmüş əsgərlərimizin xilası üçün böyük və peşəkar döyüş planı quruldu. Plan və taktika uğurla işlədi, əsgərlərimizi mühasirədən çıxarmağı bacardıq. Döyüş ərəfəsində mən böyük zədə almışam, sənəddə 3-cü qrup Qarabağ əliliyəm, amma əslində həkimlərin rəyinə əsasən, mənə ikinci qrup verilməli idi. Dərmanlarla yaşayıram. Qrup davası eləmirəm. Özləri çağırıb veriblər. Haqsızlıq görəndə özümü saxlaya bilmirəm.Döyüş yoldaşlarımdan Əli Səlimovu, Muradı, Nahidi, Calal Ağayevi, İsanı deyə bilərəm. İndi travmadan sonra yaddaşım itib, az-az yadıma adalar düşür. Əli yaxşı oxuyandır, televizora da çıxır. Yaxşı dostuq. Nə isə əsas odur ki, qələbə qazandıq. Düzdür, sağlamlığım yerində deyil, yarımcanam. Əsas vətən sağ olsun. Prezident Ali Baş Komandanın sərəncamı ilə Cəbrayılın, Qubadlının alınmasına görə medalları ilə təltif olunmuşam.”

Döyüş yoldaşları arasında, Turalı “Canavar Tural” deyə çağırardılar. Döyüş vaxtı çəkilən video bu deyilənləri bir daha təsdiq edir. Topun atış traektoriyasını özü düzəldir və tətiyi çəkir.



ONLAR DÖYÜŞDƏ TANIŞ OLDULAR



Tural döyüş yoldaşları haqqında da danışır. Düzdür onların sayı kifayət qədərdir. Daha çox Asəfin igidliyindən söhbət açır.

Asəf haqqında qısaca arayış:

Agayev Asəf Sabir oglu 1988-ci ildə Cəbrayıl rayonu Kavdar kəndində anadan olub. Hərbçidir, 5 il orduda xidmət edib. 2016-cı il aprel döyüşlərində böyük qəhrəmanlıqlar göstərib. Lələtəpənin alınmasında iştirak edib. O da digər könüllülər kimi 27 sentyabrda döyüşə atılıb. Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərə qatılır. Elə Turalla da səngərdə tanış olur.

Turalın döyüş yoldaşı onun haqqında bunları deyir:Döyüş yoldaşlarım var idi, Tural, Murad və başqaları, biz çətin və şərəfli anlarda bir yerdə idik. Bəzən bir kanserv qutusunu 4 nəfərə bölürdük. Hətta bəzən ac qalan vaxtlarımız da olurdu. Buna baxmayaraq vətən sevgisi bizi daha da irəliyə, düşmənin üzərinə aparırdı. Düşünürdük ki, vətən uğrunda şəhid olmağımız bizim üçün ən böyük zirvədir. 3 ay Tural, Murad və digər dostlarla kürək-kürəyə verib düşmən üzərinə yeridik, gözümüzü qırpmadan. Tural çox qorxmaz və vətənpərvər igidlərimizdəndir. Onun kimi bizim səngərdə tanıdığımız çoxsaylı dostlarımız var. Səngər dostları ilə. nəhayət, qələbə çaldıq. Torpaqlarımızı işğaldan azad elədik. ”

Tural bildirir ki, indi başımız dik, alnımız açıqdır. Biz qalib dövlətik.

Qarabağ Azərbaycandır!

Subut Mehdiyev,

“Zəfər Tarixinin Qəhrəmanları” layihəsinin rəhbəri

Oxunub: 169
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

5-11-2023, 14:42

AMEA-da Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan elmi konfrans keçirilib

Ali təhsil

29-09-2023, 13:52

BDU-nun Kimya fakültəsində qazilərlə görüş olub

Gündəm

17-11-2023, 10:07

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Köşə

22-09-2023, 09:56

"Uğurla başa çatdırılmış antiterror tədbirləri Prezident İlham Əliyevin qəti Qələbəsidir"

Maraqlı

25-09-2024, 09:29

Düşmənə aman verməyən qəhrəman (Nazim Əziz oğlu Qəhrəmanov)

Araşdırma
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO
Şəhid ailəsi FƏRYAD EDİR: Torpağımı zəbt ediblər, Sabunçu İcra Hakimiyyəti kömək etmir - VİDEO
Aynur Rüstəmova ARTİ və Abşeron-Xızı Regional Təhsil İdarəsi arasında
Peşə Təhsilində səssiz təyinatlar - Direktor əvəzi, imtahansız necə direktor təyin olunacaq?
Elm və Təhsil
Dün, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Dün, 15:36
Bakı Dövlət Universitetində görkəmli alimlərə qarşı sayğısızlıq və traybalizm...
Dün, 13:11
Bakı Dövlət Universitetində görkəmli alimlərə qarşı sayğısızlıq və traybalizm...
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
15-07-2025, 14:43
Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO
15-07-2025, 11:50
“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb
Hadisə
Dün, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
15-07-2025, 14:43
Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO
Son xəbərlər
  • Dün, 15:39
    Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
  • Dün, 15:36
    Bakı Dövlət Universitetində görkəmli alimlərə qarşı sayğısızlıq və traybalizm...
  • Dün, 13:11
    Bakı Dövlət Universitetində görkəmli alimlərə qarşı sayğısızlıq və traybalizm...
  • 15-07-2025, 23:45
    Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
  • 15-07-2025, 14:43
    Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO
  • 15-07-2025, 11:50
    “Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb
  • 15-07-2025, 11:47
    İyulun 15-i Ümumdünya Gənclərin Bacarıqları Günüdür
  • 15-07-2025, 11:47
    Təhsil sistemində zəif halqa: Kolleclərdə müəllim hazırlığı
  • 15-07-2025, 11:43
    Kodlaşdırmada qəbul imtahanının balı necə seçilir? - DİM
  • 15-07-2025, 11:42
    BMU-da koreyalı müəllimlərlə görüş keçirildi - FOTO
  • 15-07-2025, 11:42
    Tələbələrin köçürülməsi prosesi BAŞLADI
  • 15-07-2025, 11:39
    Abituriyentlərin nəzərinə: Bu ixtisas qrupunda ballar ARTA BİLƏR
  • 14-07-2025, 22:21
    NDU - da qalmaqal. Dekan bizə cinsi əlaqə təklif edir...
  • 14-07-2025, 14:40
    Şəhid ailəsi FƏRYAD EDİR: Torpağımı zəbt ediblər, Sabunçu İcra Hakimiyyəti kömək etmir - VİDEO
  • 13-07-2025, 15:20
    Qabiliyyət imtahanı üzrə qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə!
  • 13-07-2025, 15:19
    DİM: İmtahanda 5 nəfərdə mobil telefon aşkarlanıb
  • 13-07-2025, 10:59
    Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
  • 13-07-2025, 10:57
    Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
  • 13-07-2025, 10:55
    34 mindən çox abituriyent üçün İKİNCİ CƏHD
  • 13-07-2025, 01:10
    AZƏRBAYCANDA TURİZMİN UTANC YERİ: “ŞIX” SANATORİYASINDA BAŞ VERƏN BİABIRÇILIQ
  • 12-07-2025, 14:11
    Direktorların işə qəbulu üzrə esse mərhələsinin nəticələri açıqlanıb
  • 12-07-2025, 14:10
    Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlanıb
  • 12-07-2025, 14:09
    Taksi sürücüləri üçün iyulun 22-də növbəti imtahan keçiriləcək
  • 12-07-2025, 14:00
    Qusarın Piral kənd orta məktəbində “ailə idarəçiliyi” davam edir – Nazirlik susur, qanunlar pozulur
  • 11-07-2025, 16:17
    MİQ-də bu fənn üzrə apellyasiya müraciətləri başladı
  • 11-07-2025, 16:00
    Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
  • 11-07-2025, 16:00
    DİM-də GRE General Test imtahanı keçirilib
  • 11-07-2025, 15:59
    Azərbaycan Universitetində yaz imtahan sessiyası başa çatıb
  • 11-07-2025, 15:58
    Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi
  • 10-07-2025, 12:30
    Gəncədə yeniyetməni bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
  • 10-07-2025, 12:29
    I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
  • 10-07-2025, 12:28
    7318 müəllim İŞDƏN ÇIXARILDI
  • 10-07-2025, 12:27
    Sertifikasiyadan riyaziyyat fənni üzrə ən yüksək nəticələr bu bölgələrdə OLUB
  • 10-07-2025, 12:27
    Riyaziyyatdan zəif nəticə göstərənlər bu universitetin MƏZUNLARIDIR
  • 10-07-2025, 12:26
    Sertifikasiyada 3 sual iştirakçıların lehinə çıxarılıb- Nazir səbəbini AÇIQLAYIB
Daha çox
15-07-2025, 14:43
Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO
12-07-2025, 14:00
Qusarın Piral kənd orta məktəbində “ailə idarəçiliyi” davam edir – Nazirlik susur, qanunlar pozulur
13-07-2025, 01:10
AZƏRBAYCANDA TURİZMİN UTANC YERİ: “ŞIX” SANATORİYASINDA BAŞ VERƏN BİABIRÇILIQ
11-07-2025, 15:58
Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi
10-07-2025, 12:22
Məktəb direktorlarının 20 faizi məhkəmə qərarı ilə işinə bərpa olunub
Dün, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə